1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Risklərin sığortalaşdırılması dedikdə



Yüklə 220,06 Kb.
səhifə46/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

5. Risklərin sığortalaşdırılması dedikdə, müəyyən risklərə görə məsuliyyətin sığorta şirkətlərinə verilməsi başa düşülür. Belə ki, iri sənaye müəssisələrinin yenidən qurulmasında iki əsas sığortalaşdırma üsulundan istifadə edilə bilər:
- əmlakın sığortalaşdırılması
- bədbəxt hadisələrə görə sığortalaşdırma
Əmlakın sığortalaşdırılmasına-yenidənqurma istehsalı modernləşdirmə, dəniz (hava) yükdaşımalarının icraçısı, icarəyə götürülmüş mülkiyyətin, standart və qeyri-standart avadanlığın, texnoloji qurğuların və s., risklərinin sığortalaşdırılması aid edilir. Risklər əsasən yanğından, bədbəxt hadisələrdən, avtomobil qəzalarından, nəqliyyatda yüklərin korlanmasından, müəssisələrdə işçilərin laqeyliyindən sığortalaşdırılr. Yenidənqurma (modernləşdirmə) icraçının (məsələn, podrat üsulu ilə) riskinin sığortalaşdırılması müqavilələri üç tip olur: Yanğından standart sığortalanma müqaviləsi əmlak müqaviləsində göstərilən birbaşa material itkilərinin və zədələnmələrinin mühafizəsinə xidmət edir. Yangından geniş sığortalaşdırma müqaviləsində yangından standar sığorta müqaviləsi və konkret sığortaçı şəxsinin tələblərini nəzərə alan bir və ya bir neçə spesifik əlavələr göstərilir. Əlavələrdə tufana, partlayışa, vətəndaş təlatümünə görə risklər daxil verilir. Müqavilədə bütün risklərə görə sığortalaşdırma podratçının müəyyən tələblərinə uyğun geniş xidmət sferası göstərilir. Sığortalaşdırma müqaviləsi bitməmiş tikinti istehsalının bütün mərhələlərini, material resurslarını, əsas və koməkçi, nəqliyyat avadanlığını, o cümlədən icarəyə götürülmüş obyektləri və habelə əmək əmək nəticələrini əhatə edir. Belə sığortalaşdırma ilə ilk növbədə sifarişçilər daha maraqlıdırlar. Onlar podratçılardan və subpodratçılardan itkilərin miqdarını azaldılması məqsədilə risklərin sığortalaşdırılmasını tələb edirlər. Bu çox vaxt tikinti-quraşdırma işlərinin qrafiklərinin pozulması nəticəsində müxtəlif növ avadanlığın sıradan çıxması hallarında baş verir. Riskin azaldılmasının ən geniş yayılmış və etibarlımetodlarından biri özünü sığortalandırmadır. Özünüsığortalama aşağıdakı hallarda məqsədəuyğundur: sığortalanan əmlakın dəyəri bütün biznesin əmlak və maliyyə parametrləri ilə müqayisədə çox böyük deyildir; itkilərin ehtimallığı çox azdır; firma eynitipli böyük miqdarda əmlaka malikdir. Bu cür sığortalama müəssisələrdə xüsusi ehtiyatların yaradılması vasitəsilə həyata keçirilir. Özünüsığortalam yüzlərlə tankeri olan beynəlxalq neft şirkətlərində istifadə edilir. Belə ki, onlardan birinin itirilməsi demək olar ki, ümumi fəaliyyətə təsir etmir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin