1. Riskin mahiyyəti və növləri 2. Layihələrin maliyyələşdirilməsi zamanı baş verən risklər və onların qiymətləndirilməsi 3. Risk dərəcələrinin riyazi üsullarla qiymətləndirilməsi 4. Sahibkarlıq fəaliyyətində riskin azaldılması yolları və metodları 5. Riskin sığortalaşdırılması 1. Risk bazar iqtisadiyyatının inkişaf etməsi ilə əlaqədar, sahibkarlıq fəaliyyəti qeyri-müəyyən vəziyyətdə və iqtisadi mühitin dəyişkənliyinin artdığı şəraitdə həyata keçirilir. Bu o deməkdir ki, göstərilən son nəticələrin alınmasında qeyri-müəyyənlik və inamsızlıq baş verir ki, bununla risk – müvəffəqiyyətsizlik təhlükəsi, gözlənilməz itkilərlə nəticələnir.
Bazara daxil olarkən qeyri müəyyənliklərlə, yüksək dərəcəli risklərlə qarşılaşırıq. Yüksək dərəcəli risk bir çox sahibkarı və müəssisəni böhran səviyyəsinə gətirib çıxarmasıdır.
Hər bir bazar subyektinin qarşısında duran məsələ riskdən qaçmaq deyil, onun ehtimallıq dərəcəsini və mümkün hədlərini qiymətləndirməkdir.
Risk kateqoriyası ehtimallıdır. Risk mümkün olan təhlükədir. Riskə müxtəlif təriflər verilir.
1. Risk dedikdə, baxılan layihənin həyata keçirilməsi nəticəsində itkilərin baş verməsi təhlükəsidir.
2. Risk dedikdə, baxılan layihənin qiymət göstəricilərinin çox saylı proqnozların nəticəsində alınan səpələnmə ölçüsü başa düşülür.
3. Risk dedikdə sahibkarlıq layihəsində qoyulmuş məqsədin lazımi həcmdə və vaxtında yerinə yetirilməməsi təhlükəsi başa düşülür.
Müəssisənin riskləri iki növə bölünür:
1. İnsanın məqsədyönlü fəaliyyəti ilə əlaqədar olan risklər (siyasi, iqtisadi, istehsal, maliyyə-kommersiya, texniki)
2. Təbii fəlakətlərlə ( hava şəraiti, zəlzələ, daşqınla əlaqədar olan risklər)
Siyasi risk- dövlət siyasətinin dəyişməsi nəticəsində itkilərə səbəb olan və ya mənfəətin azalması riskidir.
İqtisadi risk-müəssisənin rəqabət mövqeyini itirmə riskidir. Bu firmanın iqtisadi mühitində,nəzərdə tutulmamış dəyişikliklərin baş verməsi səbəbindən olur. (enerji daş-nın qiymətinin artması, kreditlər üçün layihələrin artması, gömrük tariflərinin yüksəldilməsi)
İstehsal riski – məhsul istehsalı ilə və istehsal fəaliyyətinin növü ilə əlaqədardır İstehsal riskinin yaranması səbəbi əsasən avadanlığın sıradan çıxması və ya qəzalar səbəbindən planlaşdırılmış işlərin həcminin yerinə yetirilməməsi və ya istehsalın planlaşdırılmasında buraxılmış nöqsanlara görə müəssisənin cari xərclərinin artması ilə bağlıdır.
Maliyyə riski – maliyyə aktivləri ilə aparılan əməliyyatlarla əlaqədar risklərdir. Maliyyə riski faiz, kredit, valyuta risklərini birləşdirir. Faiz riski, adətən, sürüşkən faizlər əsasında borclar üçün uzunmüddətli müqavilələr bağlayarkən meydana çıxır. Kredit riski maliyyə iflası səbəbindən kredit müqavilələrinin bank tərəfindən yerinə yetirilməməsi zamanı əmələ gəlir. Valyuta riski-valyuta məzənnəsinin dəyişilməsi nəticəsində firmanın rastlaşdığı potensial itki kimi tanınır.