1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Mövzu 21. Sahibkarlıq mədəniyyəti



Yüklə 220,06 Kb.
səhifə59/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   51   52   53   54   55   56   57   58   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 21. Sahibkarlıq mədəniyyəti

1. Sahibkarlıq mədəniyyətinin mahiyyəti və əhəmiyyəti
2. Sahibkarlıq etikası və etiket qaydaları
3. Sahibkarın əsas xüsusiyyətləri
1. Mədəniyyət - cəmiyyətdə insanların davranışlarının, qarşılıqlı münasibətlərinin, motivlərinin formalaşmasında böyük rol oynayaraq irsi dəyər kimi qəbul olunur.
Sahibkarlıq mədəniyyəti sahibkarlıq fəaliyyətinin təşkilinin ayrılmaz hissəsidir. Sahibkarlıq mədəniyyəti ümumi mədəniyyət ünsürləri üzərində qurulur və xalq mədəniyyəti ilə sıx bağlıdır.
Mədəniyyət inkişafın müəyyən tarixi mərhələsində insanların davranışlarını, fəaliyyətlərini və həyatın müxtəlif cəhətlərini ifadə edən kompleks anlayışdır.
Rusiya iqtisadçısı V.D.Kozlov sahibkarlıq mədəniyyətinə belə tərif vermişdir: “Sahibkarlıq mədəniyyəti fəaliyyətin formal və qeyri-formal norma və qaydalarına, adət və ənənələrin, şəxsi və qrup materiallarının, müəssisə işçilərinin davranışlarının, müəssisəyə rəhbərliyin,iş şəraitindən razılıq göstəricilərinin qarşılıqlı əməkdaşlığa, işçilərin müəssisənin inkişaf perspektivlərində maraqlarının xüsusiyyətləri sistemidir. “Sahibkarlıq mədəniyyəti” bu fəaliyyətin iştirakçılarına qarşılıqlı münasibətlərini və müəssisənin dəyərlərini müəyyən edir. Hər bir yeni yaranan müəssisə öz daxili mədəniyyətini formalaşdıraraq özünün daxili və xarici münasibətlərinin özülünü qoymuş olur.
Sahibkar mədəniyyətinin ümumi əlamətlərindən aşağıdakıları göstərmək olar:
- qanunilik;
- hüquqi sənədlərdən, müqavilələrdən, qanuni sazişlərdən və işgüzar ənənələrindən doğan vəzifə və öhdəliklərinə ciddi riayət.
Sahibkar mədəniyyətinin formalaşmasına təsir göstərən daxili amillərə aşağıdakıları aid etmək olar:
- sahibkarın məqsədi;
- onun ideyaları və dəyərlər sistemi;
- sahibkarın nüfuzu;
- kollektivdə qeyri-formal əlaqə kanalları və s.
Sahibkarlıqda ümumi etika qaydalarına riayət olunması zəruri şərtlərdən biridir. Bu normalara peşəkarlıq etikasını, müəssisənin etika dəyərlərini, sahibkarın tərbiyə və mədəniyyət səviyyəsini, cəmiyyətdə mövcud olan adət və əxlaq normalarını, təhsil səviyyəsini və başqalarını aid etmək olar.
B.Karlov sahibkarlıq fəaliyyətinin təşkili mədəniyyətinin on əlamətini göstərmişdir.
1. Soaiallıq-sahibkarlıq mədəniyyətinin formalaşmasına onun bütün iştirakçıları təsir göstərirlər.
2. Kollektiv üzvlərinin davranışını tənzimləyir.
3. İnsanlar tərəfindən yaradılır.
4. Bütün işçilər tərəfindən dərk olunmuş və ya dərk olunmamış qəbul olunur.
5. Ənənələrə riayət edilməsinə əsaslanır.
6. Öyrənilməsi mümkündür.
7. Dəyişmək qabiliyyətinə malikdir.
8. Çoxcəhətlidir.
9. Dərk olunan və dərk olunmayan ola bilər.
10. Daimi inkişafdadır.
Sahibkarlıq mədəniyyəti istehsal mədəniyyətinin, sahibkarların öz mədəniyyətlərinin formalaşmasından, sahibkarlıq etikasından və mədəniyyətin digər elementlərindən asılı olaraq formalaşır.
Müəssisələrin mədəniyyəti aşağıda göstərilən amillərin təsiri ilə müəyyənləşir:
- Sahibkarlıq fəaliyyətinin predmeti;
- Sahibkarlıq fəaliyyətinin təşkili;
- müəssisə sahibinin və işçilərin motivasiyası;
- idarəetmə mədəniyyətinin səviyyəsi, rəhbərlərlə muzdlu işçilərin qarşılıqlı münasibətlər mexanizmi;
- bazarda aparıcı mövqelərin əldə edilməsinə gətirən xüsusi idarəetmə üslubu;
- müəssisənin fəaliyyət nəticələrində tam iştirakının olmasını dərk edə bilməsi üçün işçilərə uygun fəaliyyət şəraitinin yaradılması;
- müəssisənin istiqamətləndiyi dəyərlər haqqında dəqiq təsəvvürlərin mövcudluğu;
- müəssisə rəhbərlərinin, menecerlər və əməkdaşların peşəkarlıq səviyyələri və onların ixtisasartırma imkanları;
- rəhbərlərin məsuliyyəti öz üzərinə götürmə qabiliyyətləri;
- müvafiq maddi həvəsləndirmə ilə mütəxəssisələrin əməyinin intensivliyinə və yüksək keyfiyyətinə nail olmaq;
- təklif olunan məhsulların yüksək keyfiyyətinin təmin edilməsi;
- yüksək istehsal mədəniyyəti;
- zəruri sanitariya-gigiyenik və təhlükəsiz iş şəraitinin yaradılması;
- müəssisədə saglam mənəvi mühitin yaradılması.
Sahibkarlıq mədəniyyətinin formalaşması və inkişafı təbii və məqsədyönlü fəaliyyət nəticəsində həyata keçirilə bilər.
Ölkəmizdə mövcud olan bir çox dövlət müəssisələrində strateji və taktiki məqsədlərin qeyri-müəyyənliyi, məqsədə nail olmaq vasitələri və ya dəyərlər sistemi haqqında işçilərin təsəvvürlərinin olmaması, rəhbər işçilərlə əməkdaşların motivasiyalarındakı ciddi fərqlər istehsal mədəniyyətinin formalaşmasına mane olan ciddi amillərdir.
Aparılan tədqiqatlar göstərir ki, əvvəllər qəbul olunmuş bir çox dəyərlər ( icraçılıq, nizam-intizam, subordinasiya, amirlik, karyera və s.) öz əhəmiyyətini müəyyən qədər itirmiş və ya ciddi dəyişikliklərə məruz qalmışdır. Bununla yanaşı, kollektivçilik, tələbatlara istiqamətlənmək, qərarların qəbulunda iştirak və icra müstəqilliyi, etibarlılıq, peşəkarlıq sabitlik və başqa dəyərlərin əhəmiyyəti xeyli artmışdır.
2. İnkişaf etmiş ölkələrdə əhalinin rifahının və yaşayış səviyyəsinin yüksək olması insanlarda özünüdərketmə və özünəhörmət hisslərinin inkişaf etməsinə gətirmişdir. Belə şəraitdə fəaliyyət göstərən sahibkar mütləq yüksək etik xüsusiyyətlərə malik olmalıdır. İqtisadi və mənəvi dəyərlərin müqayisə oluna biləcək qədər eyni əhəmiyyət kəsb etdiyi müasir dövr sahibkarlıq etikası və etiket qaydalarının dərindən öyrənilməsi zərurəti ilə səciyyələnir. Fəlsəfə, sosiologiya, estetika, psixologiya kimi elm sahələrində geniş öyrənilən həmin xüsusiyyətləri izah etmək üçün əsas anlayışları göstərək:
1. Mənəviyyat – insanın davranışının tənzimlənməsi funksiyasını həyata keçirən ictimai institut və ictimai şüurun formasıdır.
2. Etika – insanların bir-birinə və cəmiyyətə münasibətləri üzrə öhdəlikləri, onların davranışlarının əxlaq normaları sistemidir.
Müəssisələrin dövlət, alıcılar, təchizatçılar və muzdlu işçilərlə münasibətlərdə davranışlarının etik normaları korporativ etika adlı elmi istiqamətdə öyrənilir. Sahibkarlıq fəaliyyətinin bütün subyektləri ilə münasibətdə sahibkarlıq etikası özünü biruzə verir və bu münasibətlərin qurulmasında və xarakterində mühüm rol oynayır.
Sahibkarlıq etikası verdiyi sözə əməl etmək,götürülən öhdəlikləri yerinə yetirmək, vəzifə və öhdəliklərin yerinə yetirilməsinə görə mənəvi məsuliyyət daşımaq və bu kimi başqa xüsusiyyətlərdə təzahür edir. sahibkarlıq etikasının tədqiqatçıları müasir sahibkarın ümumi etik normalarını belə ifadə etmişlər:
- sahibkar həyata keçirdiyi fəaliyyətin yalnız özü üçün deyil, başqaları və cəmiyyət üçün də faydalı olmasına tam əmindir;
- sahibkar hesab edir ki, onun işçiləri işləmək istəyir və bacarırlar, özlərini sahibkarla birlikdə həyatda realizə etmək istəyirlər;
- öz işinə inanır, onu cəlbedici yaradıcılıq kimi qəbul edir, ona incəsənətə olan münasibəti bəsləyir;
- rəqabətin və əməkdaşlığın zəruriliyini qəbul edir;
- özünə şəxsiyyət kimi hörmət edir və hər bir şəxsə özü kimi hörmət edir;
- mülkiyyətə, hakimiyyətə, ictimai hərəkətə, sosial qaydalara və qanunlara hörmət edir;
- yalnız özünə deyil, başqalarına da inanır, peşəkarlığa və qabiliyyətliliyə hörmət edir;
- təhsili, elmi və texnikanı, mədəniyyəti qiymətləndirir, ekoloji normalara riayət edir;
- yeniliklərin tətbiqinə can atır;
- lazimi qərarların qəbulu məsuliyyətini tabeçiliyində olanların üzərinə qoymur;
- başqa insanların çatışmayan cəhətlərinə dözümlülük göstərir;
- öz məqsədlərini əməkdaşların məqsədləri ilə uyğunlaşdırır;
- heç kimi təhqir etmir;
- tükənməz səbrə malik olur.
Sahibkar etika qaydalarına riayət etməklə özünün müsbət imicini yaratmalıdır. Davranışda nəzakətlilik, ədəblilik, hörmətçilik, diqqətlilik kimi xüsusiyyətlər sahibkarın həyat tərzinin daimi elementləri olmalıdır. Xoşniyyətlilik, dialoq mədəniyyəti, emosiyaların tam idarə edilməsi kimi xüsusiyyətlər də sahibkarlıq etikasına da aid edilə bilər.
Sahibkarlıqda etiket qaydalarına aşağıdakıları aid etmək olar:
- təqdimetmə və tanışlıq qaydaları;
- işgüzar əlaqələrin qurulması qaydaları;
- danışıqlar prosesində özünü aparma qaydaları;
- xarici görünüşə, geyim stilinə tələblər;
- danışıq tərzinə tələblər;
- xidməti sənədləri tərtib etmək mədəniyyəti.
3. Sərmayələrin və ya maliyyənin idarə edilməsi, bazar iqtisadiyyatı şəraitində istehsal amillərinin səmərəli istifadəsi, mənfəətin əldə edilməsi və düzgün istifadəsi, riskli qərarların qəbulu, xüsusi idarəetmə sistemi, dəyişən sosial-iqtisadi mühitə uyğunlaşma, tələbatın dəyişməsini əvvəlcədən görmək qabiliyyəti, yeniliklərin qəbul və dərk olunması və digər bu kimi xüsusiyyətlər sahibkarlıq fəaliyyətinə xas olan əlamətlərdir.
Sahibkarda hər şeydən əvvəl özünə,öz bacarığına inam hissi olmalıdır. Öz gücünə inanmayan hər bir insan öz sahəsində uğur qazana bilməz. Sahibkarın nəzərdən keçirdiyi ideyalar təhlil olunmalı, daxili imkanlar düzgün qiymətləndirilməli, sahibkarın yaranmış bazar vəziyyətində mövqeyi müəyyən edilməli, xarici mühitin təsiri mükün olan qədər nəzərə alınmalı, gözlənilən risklər ölçülüb biçilməli və yalnız bütün bunlardan sonra qərar qəbul olunmalıdır.
Əmək bölgüsünün müasir inkişaf səviyyəsi təsərrüfat sahələrinin demək olar ki, hamısında fəaliyyətin təşkili üçün mütəxəssis və işçilərin cəlb olunmasını zərurətə çevirmişdir. Ona göprə də sahibkarlıq ideyasının həyata keçirilməsini icra edən komandanın yaradılması böyük əhəmiyyət kəsb edir. Gələcəyi o qədər də aydın olmayan riskli bir ideyanın realizə edilməsinə insanların cəlb edilməsi sahibkar qarşısında çoxlu vəzifələr qoyur:
- hansı ixtisaslar üzrə mütəxəssislər tələb olunur?
- onlar hansı şəxsi keyfiyyətlərə malik olmalıdırlar?
- onları öz fəaliyyət sahəsinə necə cəlb etmək olar?
Lazimi kadrların seçilməsi və onlardan səmərəli istifadə etmək yollarını üzə çıxarmaq üçün Amerikanın, Avropanın və Yaponiyanın müəssisələrində psixoloji testlərdən və bir çox başqa yoxlama üsullarından istifadə edirlər.
Sahibkarlıq fəaliyyətinin tədqiqinə həsr olunmuş həm klassik, həm də müasir iqtisadi əsərlərdə ona iqtisadi fəaliyyətin bir növü kimi baxmaqla yanaşı, onu yaradıcı proses də adlandırırlar. Sahibkarlıq fəaliyyətinin yeniliklərinin yaranması, əvvəlcədən nəticəsi məlum olmayan səylərin göstərilməsi, böyük intellektə tələbatı və bir çöx başqa xüsusiyyətləri həqiqətən bədii yaradıcılığın əlamətləri ilə uzlaşır. Məlumdur ki, yaradıcı insanlar arasında pessimist əhval-ruhiyyələi insanlar (melonxoliklər) çoxluq təşkil edir. Sahibkarın da belə hissləri yaşamaq bacarığı ona fəaliyyətinin nəticələrinin ən pis variantını təsəvvür etməyə və riskləri qiymətləndirməyə xeyli köməklik göstərə bilər. Obrazlı desək, rəssam rənglərdən, fırça kətandan istifadə edərək öz intellektual məhsulunu - əvvəllər mövcud olmayan rəsm əsərini yaratdığı kimi, sahibkar da, istehsal amillərini birləşdirərək dəyər kəsb edən, hər hansı konkret tələbatı yeni səviyyədə və ya yeni tələbatı yaradaraq ödəyən yeniliyi-əmtəəni yaradır. Qeyd edək ki, rəssamdan fərqli olaraq sahibkarın fəaliyyəti daha məsuliyyətli, daha sərt şəraitdə və daha çox riskli xarakter daşıyır. Ona görə də sahibkarlar riskli qərarları qəbul etməyi bacarmaqla yanaşı, risklərin nəticələrini təhlil etməyi, onların yüngülləşdirilməsi yollarını müəyyən etməyi bacarmalıdırlar.
Sahibkarın şəxsi xüsusiyyətlərinə aid edilən əsas qabiliyyətlərdən biri də təşkilatçılıq qabiliyyətidir. Ümumiyyətlə, təşkil sözü özündə aşağıdakı elementlkəri birləşdirir:
1. Təşkilin məqsədi və vəzifələri.
2. İş növlərini təyin etmək üçün vəzifələrin qruplaşdırılması.
3. İş növlərinin müvafiq bölmələrdə ( şöbələrdə qruplaşdırılması).
4. İdarəetmə iyerarxiyasında idarəetmə səviyyələrinin təyini, səlahiyyətlərin və məsuliyyətin dəqiq bölüşdürülməsi.
5. Təşkilin məqsədinə nail olmaq üçün hər bir işçinin maksimum səy göstərməsi üçün təşkilati, psixoloji mühitin yaradılması.
6. Nəzarət, əlaqələndirmə, qəbul edilən qərarların operativliyini təmin etmək üçün kommunikasiya sisteminin layihələndirilməsi.
7. Təşkilin struktur elementləri arasında daxili razılaşmanı təmin edən vahid təşkilati sistemin yaradılması.
Bazarlarda aparılan tədqiqatlar göstərir ki, yeniliklər həyat dövrlərinin ilk mərhələlərində bazar tərəfindən müəyyən müqavimətlə qarşılaşır. Həmin müqaviməti aradan qaldırmaq üçün sahibkar öz yeniliyinin verdiyi üstünlükləri alıcıların dərk etməsi və qəbul etmələri üçün iri həcmli təşviqat və təbligat işi aparmalı, onların ən səmərəli üsullarından istifadə etməyi bacarmalıdır.
Göstərilən şəxsi xüsusiyyətlərlə yanaşı sahibkar aşağıdakı işgüzarlıq xüsusiyyətlərini də özündə tərbiyə etməlidir:
1) idarəetmə qabiliyyəti;
2) sahibkarlıq ideyalarının həyata keçirilməsinin səmərəli planlaşdırma qabiliyyəti;
3) dəyişən iqtisadi və siyasi mühitə uyğunlaşmaq qabiliyyəti;
4) qərarları qəbul etmək və bu qərarlara görə məsulıyyət daşımaq bacarığı.
Bu gün bizim ölkəmiz qarşısında duran problemləri həll etmək üçün müasir sahibkarlara, iş adamlarına böyük ehtiyac duyulur. Əlbəttə ki, sahibkarlara (menecerlərə) qoyulan tələblər möhtəkirlik, rüşvətxorluq, xalqımıza xas olmayan və gizli iqtisadiyyata xidmət edən iş adamlarını düzgün yola çəkməlidir.



Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin