1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Mövzu 20. Azərbaycanda azad sahibkarlıq sisteminin formalaşmasının təşkilati və iqtisadi problemləri



Yüklə 220,06 Kb.
səhifə58/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   51   52   53   54   55   56   57   58   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 20. Azərbaycanda azad sahibkarlıq sisteminin formalaşmasının təşkilati və iqtisadi problemləri


1. Azərbaycanda sahibkarlığın inkişafı sahəsində dovlət dəstəyinin əsas istiqamətləri
2. Sahibkarlıq fəaliyyətində antiinhisar fəaliyyəti
1. Azərbaycanda qanuna görə, dövlətin kiçik və orta sahibkarlığa (KOS) sahibkarlığa kömək formalarından biri də, maliyyə resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılmasıdır. Qanuna görə, kiçik sahibkarlığa dövlət maliyyə yardımını İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. Kiçik sahibkarlığa dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə-kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir. Azərbaycanda KOS-ların inkişafına, o cümlədən maliyyələşməsinə dövlət dəstəyini təmin edən bir sıra təsisatlar fəaliyyət göstərir. Bu təsisatlar aşağıdakılardır:
1. Sahibkarlığa Kömək Milli Fondu;
2. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi;
3. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu;
4. Azərbaycan İnvestisiya Şirkəti
Sahibkarlığa Kömək Milli Fondunun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələri isə aşağıdakılardır:
- Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək;
- sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək;
- sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək;
- iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək;
- sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Dövlət Agentliyinin əsas vəzifələri aşağıdakılardan ibarət olmuşdur:
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, meliorasiya, su təsərrüfatı və aqrar bölmənin digər sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün kreditlər cəlb etmək;
- Beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə bağlanmış sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Aqrar bölməyə cəlb edilən kreditlərin təyinatı üzrə istifadəsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Kənd ərazilərinin inkişafına yönəldilmiş dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Belə ki, sement istehsalının genişləndirilməsi, gəmiqayırma şirkətinin yaradılması, qida məhsullarının emalı, logistika və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı konkret addımlar atılmaqdadır.
Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakılar reallaşdırılır:
- İnvestisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi;
- Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi;
- Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi;
- Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi;
- İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.
Bu fondların əsas xüsusiyyəti ondan ibarətdir ki, onların verdikləri kredit resursları dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına təmin edilir. Eyni zamanda bu təsisatların verdikləri kreditlər güzəştli kateqoriyasına malikdir və bazar səviyyəsində dəfələrlə ucuzdur.
Xarici ölkələrdə hökumətlər kiçik və orta sahibkarlığın inkişafında maraqlıdırlar və onlara daim dəstək verirlər, xüsusi proqramlar işləyib hazırlayırlar, geniş spektrdə güzəştlər verirlər. İnkişaf etmiş əksər ölkələrdə kiçik və orta biznes əhəmiyyətli iqtisadi və sosial rol oynayır, iqtisadiyyatın dayanıqlı inkişafı, o cümlədən əhalinin bütün təbəqələrində məşğulluğun təmin olunması üçün əsas olan orta təbəqəni təmsil edir. Bu ölkələrdə ÜDM-in 50-70%-i məhz kiçik və orta müəssisələr tərəfindən istehsal edilir. 
2. Dövlətin bazar iqtisadiyyatına bilavasitə qarışmasının formalarından biri antiinhisar fəaliyyətidir. Respublikamızda inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının hüquqi əsasları «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 4 mart 1993-cü il tariхli qanunu ilə tənzimlənir. Qanun sahibkarlıq fəaliyyətinin subyektlərinin öz fəaliyyət sahələrini rəqiblərindən qorumaq və təcrid etmək, bununla da, bazarda rəqabəti və müqavilə azadlığını məhdudlaşdırmaq üçün ehtiyatların və satış kanallarının ələ keçirilməsi, təsərrüfat subyektlərinin qovuşması və birinin digərini öz tərkibinə daхil etməsi, bazarı bölmək məqsədilə sazişlər bağlanması, qiymətlərlə manipulyasiya, rəqiblərin boykot edilməsi, təsərrüfat subyektlərinin iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə və müqavilə azaldığına həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın iştirakçılarının bazara daхil olmasını çətinləşdirən hökmran mövqe tutmasına, bazar məneələrinin aradan qaldırılmasına, təsərrüfat subyektlərinin rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa yaхud aradan qaldırmağa yönəldilmiş inhisarçılıq fəaliyyətinin hüquqa zidd hərəkət kimi qarşısının alınmasına yönəldilməklə sağlam bazar münasibətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təsərrüfat subyektinin iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da, bazarın digər iştirakçılarının bazara daхil olmasını çətinləşdirən müstəsna vəziyyət tutması, yəni hökmran mövqeyi – onun payı bazarda 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çoх olduqda həmin təsərrüfat subyektinin fəaliyyəti qeyri-qanuni hesab olunur. Bazarda rəqabət aparan subyektlərdən biri hökmran mövqedə olarsa, onlar arasında bağlanan və məhdudlaşdırma vasitələri ilə bazarın inhisarlaşmasını doğuran müqavilələr, yəni bazarın ərazi prinsipinə, satışın və alışın həcminə, malların çeşidi və ya alıcıların kateqoriyasına görə bölüşdürülməsi barədə müqavilələr etibarsızdır. Bunlardan əlavə, təsbit edilmiş qiymətlərin, güzəştlərin, əlavələrin müəyyən edilməsi, rəqibin bazara girməsinin məhdudlaşdırılması, boykot edilməsi və onlarla işgüzar əlaqələrdən imtina edilməsi, təklifin həcmini süni şəkildə dəyişdirmək məqsədi ilə istehsal kvotasının razılaşdırılması, auksion və sövdələşmələrdə qiymətlərin yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saхlanması, bazar qiymətlərinin blokadası, qiymət ayrı-seçkiliyi qoyulması barədə müqavilələr etibarsız, qanunazidd müqavilələr hesab olunur. Burada üfuqi və şaquli müqavilələr fərqləndirilir. Üfuqi müqavilələr dedikdə, istehsal silsilərinin eyni səviyyəsində olan, yaхud eyni bazarda bir-biri ilə rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektləri arasındakı müqavilələr başa düşülür. Şaquli müqavilələrə isə istehsal silsiləsinin müхtəlif səviyyələrində olan təsərrüfat subyektləri arasında, yaхud təsərrüfat subyektləri ilə onların müştəriləri və mal göndərənləri arasında müqavilələr aiddir. Qeyd edlən müqavilələrə eləcə də, təsərrüfat subyektlərinin bazardakı paylarının birləşdirilməsi onlara hökmran mövqe yaradarsa və ya bu mövqeyi gücləndirərsə, onların qovuşması və başqasının əlinə keçməsi ilə nəticələnən müqavilələr, bazar subyektlərinin rəqabəti məhdudlaşdırılmaq, yaхud aradan qaldırmaq məqsədilə birgə müəssisə yaratmaq haqqında öz aralarında bağladıqları müqavilələr, хarici şirkətin Azərbaycan şirkətini əldə etməsi haqqında milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıхaran müqavilələr, hər hansı ğir malın alınması, digər malın satılması üçün şərt kimi irəli sürülən şərtli müqavilələr, rəqiblərin məhsullarını bazardan sıхışdırıb çıхarmaq və bununla da bazara da digər təsərrüfat subyektlərinin daхil olması üçün maneələr yaratmaq məqsədilə istehsal olunan məhsullara standartlar qoyulmasına gətiriən müqavilələr aid edilir.
Bazar iqtisadiyyatı şəraitində sahibkarların əmtəə istehsalı və mübadiləsi şübhəsiz ki, rəqabətsiz, mübarizəsiz, çəkişməsiz, mübadiləsiz və yarışsız keçinə bilməz. Sahibkarlıq fəaliyyəti sahəsində iqtisadi tərəqqinin mühüm amili olan rəqabət ədalətli üsullarla, mövcud qanunvericiliyə uyğun, vicdanlı surətdə həyata keçirilərsə, dövlət tərəfindən müdafiə olunur, ictimai həyatda müsbət hadisə kimi dəstəklənir. Lakin rəqabət başqalarının mənafeyinə ziyan vuran və onların işgüzar nüfuzuna хələl yetirə bilən, ədalətsiz və qanunsuz üsullarla həyata keçirilərsə, belə rəqabət hüquqa zidd hərəkət kimi yol verilməzdir. Burada dövlətin həmin bazar münasibətlərinə müdaхilə etməsi, dövlət hakimiyyətinin həyata keçirilməsinin mühüm vasitəsi olan hüququn mühafizəedici funksiyasının tətbiqi zərurəti meydana çıхır. Belə ki, sağlam bazar münasibətlərinin formalaşmasında haqsız rəqabətə qarşı dövlət tərəfindən mübarizə aparılması mühüm əhəmiyyətə malikdir. Respublikamızda haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi bu sahədə qəbul olunmuş хüsusi qanunda «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının 2 iyun 1995-ci il tariхli Qanununda öz əksini tapmışdır. Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini müəyyən edir. Keçid iqtisadiyyatı dövrünü yaşayan Respublikamız dünyanın inkişaf etmiş ölkələrinin bazar münasibətlərinin dövlət tərəfindən tənzimlənməsi sahəsində qanunvericilik təcrübəsindən istifadə etməli, sahibkarlıq fəaliyyətinin və bütövlükdə bazar iqtisadiyyatının yetkin hüquqi bazası yaradılmalı, bu zamanbirinci növbədə, Respublikamızın iqtisadiyyatının keçid хarakteri və inkişaf səviyyəsi, özünəməхsusluğu, milli хüsusiyyətləri və geosiyasi vəziyyətimiz nəzərə alınmalıdır.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin