İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi
Zonalararası Təcrübə Mübadiləsi
Mövzu: AzKIL-in sosial-iqtisadi təsiri
Təqdimatçı: Eynulla Bağırov, Təzəkənd İQ sədri
Fasilitatorlar: Xudayar Gülmalıyev, AzKİL2 Şimal-Qərb RƏO, Proqram mütəxəssisi
Tünzalə Hacıyeva, AzKİL2 LKH, Baş təlimçi
Elnarə Qaraxanova, AzKİL2 LKH, Təlimçi
Tarix: 21 sentyabr 2013
İcma: İsmayıllı rayonu, Təzəkənd icması
AzKİL2 çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi öz fəaliyyətini icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, inteqrasiya, işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və. s əsasında qurur. Bu şəbəkə AzKİL İdarəetmə Qrupunun təşəbbüsü ilə yaradılır və icma qrupları, bələdiyyələr və Ərazi İcra Nümayəndəliklərinin iştirak etdiyi yığıncaqlar tərəfindən idarə olunur.
AzKİL2 İcma Şəbəkəsi aşağıdakı fəaliyyətlərdən ibarətdir: Zonadaxili qarşılıqlı görüşlər, Zonalararası qarşılıqlı görüşlər, Regional Bacarıqların Artırılması Konfransları və Milli İcma İnvestisiya Konfransları.
Zonalararası Qarşılıqlı Görüşlərin təşkili
2013-cü ilin sentyabr ayının 20-25 tarixlərində AzKİL2-nin fəaliyyət göstərdiyi beş zonanın iştirakı ilə keçirilən Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası öz işini müvəffəqiyyətlə Qəbələ rayonunda keçirilən açılış konfransından başlayaraq, səfərin yekununu da burada yekun konfransı təşkil edərək tamamladı.
Bu möhtəşəm, yaddaqalan görüşə qatılan icmalardan biri də Şimal zonasının İsmayıllı rayonu Təzəkənd icmasıdır. Təzəkənd sakinləri təkcə sessiyanın iştirakçıları deyil, həm də qonaqların qəbul edilib yerləşdirilməsində ev sahibləri idilər. Müxtəlif bölgələrdən olan icmaların liderlərini və AzKİL2 əməkdaşlarını Təzəkənddə dəyirmi masa arxasında işgüzar əlaqələrin yaranmasında, müzakirələrin və mübahisələrin təhlilində, öyrənilmiş dərslərin araşdırılmasında müşahidə etdiksə, iş gününün sonunda mehriban bir “ailə”nin, möhkəm bir dostluğun, qarşılıqlı bir hörmətin şahidi olduq.
Metodologiya
Yerli İcra Nümayəndələrindən, Bələdiyyə üzvlərindən və müxtəlif icma inkişafı təcrübəsinə malik icma liderlərindən ibarət görüş iştirakçılarına qarşılıqlı fəaliyyət və icma inkişafının yeni perspektivləri haqqında fikir mübadiləsi aparmaq üçün kifayət qədər şərait yaradılmışdı. Təcrübə mübadiləsi iki hissədən təşkil olunmuşdur. I hissə seçilmiş mövzular ətrafında interaktiv müzakirələrdən ibarət idi ki, “AzKİL-in sosial-iqtisadi təsiri” mövzusu ətrafında əhəmiyyətli müzakirələr aparıldı. Hər kəsə öz fikrini bildirmək üçün fasilitatorlar tərəfindən imkan yaradıldı. Həm mövzu, həm fasilitatorlardan əlavə icmada qonaq olan AzKİL2 LİQ direktor müavini və İcma İnkişafı üzrə menecer Gülbəniz Qənbərova və Dünya Bankının AzKİL2 layihəsi üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouenin iştirakı iştirakçılar üçün çox maraqlı idi. Görüşdə qonaqlar və Təzəkənd İQ üzvləri birlikdə 24 nəfər iştirak edirdi.
s.s
|
Zona
|
Rayon
|
İcma
|
Adı, soyadı
|
1.
|
Şimal-Qərb
|
Tərtər
|
Hüseynli
|
Leyla Hacıyeva
|
2.
|
Şimal-Qərb
|
Tərtər
|
Hüseynli
|
Semnarə Hüseynova
|
3.
|
Şimal-Qərb
|
Tərtər
|
İsmayılbəyli
|
Umud Eyvazov
|
4.
|
Şimal-Qərb
|
Tərtər
|
İsmayılbəyli
|
Firdovsi Məmmədov
|
5.
|
Şimal-Qərb
|
Tərtər
|
Kəbirli
|
Zakir Bayramov
|
6.
|
Şimal-Qərb
|
Tərtər
|
Xoruzlu
|
Fədail Musayev
|
7.
|
Şimal-Qərb
|
Tərtər
|
Xoruzlu
|
Eynulla Nəsirov
|
8.
|
Şimal-Qərb
|
Tərtər
|
Qarağacı
|
Lətif Həmidov
|
9.
|
Şimal-Qərb
|
Bərdə
|
Alpoud
|
Əli Məhərrəmov
|
10.
|
Şimal-Qərb
|
Bərdə
|
Alpoud
|
Mobil Cəlilov
|
11.
|
Şimal-Qərb
|
Bərdə
|
Samuxlu
|
Ramil Abdullayev
|
12.
|
Şimal-Qərb
|
Bərdə
|
Samuxlu
|
Mustafa Əşrəfli
|
13.
|
Şimal-Qərb
|
Bərdə
|
Qarayusifli
|
Elnur Xəlilov
|
14.
|
Şimal-Qərb
|
Goranboy
|
Sarov
|
Sevda Hüseynova
|
15.
|
Şimal-Qərb
|
Goranboy
|
Xınalı
|
Vüqar Abbasov
|
16.
|
Şimal-Qərb
|
Goranboy
|
Xınalı
|
Vidadi Abbasov
|
17.
|
Şimal-Qərb
|
Göygöl
|
Balçılı
|
Məzahir Hüseynov
|
18.
|
Şimal-Qərb
|
Göygöl
|
Balçılı
|
Əminə Abbasova
|
19.
|
Şimal
|
İsmayıllı
|
Təzəkənd
|
Fikrət Nəbiyev
|
20.
|
Şimal
|
İsmayıllı
|
Təzəkənd
|
Şəfaqət Əsgərov
|
21.
|
Şimal
|
İsmayıllı
|
Təzəkənd
|
Mehman Babayev
|
22.
|
Şimal
|
İsmayıllı
|
Təzəkənd
|
Zəminə Dadaşova
|
23.
|
Şimal
|
İsmayıllı
|
Təzəkənd
|
Mirzə Bədəlov
|
24.
|
Şimal
|
İsmayıllı
|
Təzəkənd
|
Eynulla Bağırov
|
Müzakirə olunan mövzular
Sözə ilk olaraq AzKİL2 Şimal-Qərb zonasının Proqram Mütəxəssisi Xudayar Gülmalıyev başladı. Əvvəl iştirakçıları salamladı və iştirakçılardan özlərini təqdim etmələrini istədi. Müzakirə olunan mövzu açıqlandıqdan sonra müzakirə başladı. Müzakirələrdə Dünya Bankının AzKİL2 üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen və AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması meneceri Gülbəniz Qənbərova da iştirak edirdilər. Daniel Ouen bildirdi ki, mənə layihələrin sosial-iqtisadi təsirini öyrənmək maraqlıdır. Çünki bizdən daha geniş və daha dolğun məlumatlar soruşulur. Nəticələr nədən ibarət olmuş, icmanın rifahına necə təsir etmiş və s. Görünən hissə daha asandır, əslində görünməyən tərəflər daha önəmlidir. Həm birinci, həm də ikinci layihədən sonra hansı irəliləyişlər olmuşdur.
İlk olaraq İsmayıllı rayon Təzəkənd İQ-nin sədri Eynulla Bağırov AzKİL-in dəstəyi ilə təsis edilmiş İQ-nin fəaliyyəti və gələcək planları haqqında məlumat verdi və artıq icmada yaranmış inam hissindən, öz işlərinə məsuliyyətlə yanaşmalarından danışdı. O, öz çıxışında qeyd etdi ki, “Yolun bərpası” layihəsindən sonra insanların ən əvvəl əldə etdikləri inam hissidir. Bu inam hissi İQ ilə bərabər insanların özlərinin problemlərini həll edə biləcək güclərinin olmasınadır. Eyni zamanda birinci layihədən sonra əhalinin gəlir səviyyəsi xeyli artıb. Məhsullarını bazara çıxarmaqda çətinlik çəkən və ya daha çox xərclə daha az gəlir əldə edə bilən həmkəndlilərinin indi daha çox imkanlar əldə etdiyini qeyd edən İQ sədri, mənəvi dəyərlərə də AzKİL tərəfindən böyük diqqət göstərildiyini vurğuladı. “İçməli su təminatı” layihəsinin də əhalinin, xüsusən gənc nəslin sağlamlığına səbəb olmasını xüsusilə iştirakçıların nəzərinə çatdırdı. Bu layihədən sonra da insanlar maşınlarla uzaq ərazidən su daşımaqdan və bunun üçün əlavə xərclərdən azad olublar. İnsanlar içdikləri suyun təmizliyinə əmindirlər. Bu da çox vacib məsələlərdən biridir.
Bərdə rayon Alpoud icmasının lideri Əli Məhərrəmov qeyd etdi ki, bizim yollarımız çox keyfiyyətli təmir olundu. Bundan əvvəl məktəblilərimizin və bütün icma sakinlərinin üst-başı yollarda çirklənirdi, yollarımızda olan toz, yağışdan sonra isə palçıq hamını narahat edirdi. Məhsulumuzu kəndin çıxışına özümüz aparmalı olurduq, çünki taksilər kəndə girmirdilər. Təcili yardım kəndə çətinliklə gəlirdi. Artıq belə narahatçılıqlarımız yoxdur. İnsanlar əlavə xərclərdən, qadınlar əlavə zəhmətdən azad olublar. Qəbiristanlığa gedən yolun təmiri isə mənəvi dəyərlərə olan hörmətdir.
Tərtər rayon Kəbirli bələdiyyəsinin sədri Zakir Bayramov bildirdi ki, biz də AzKİL2 ilə yol layihəsi həyata keçirmişik. Yollarımız elə bərbad idi ki, uşaqların ayaqqabıları tez-tez xarab olurdu. Qəbiristanlıq yolumuzun bərbad olması kənd sakinlərini ən çox düşündürən problem idi. Hal-hazırda bu problemlər AzKİL2 ilə əməkdaşlığımız sayəsində sona çatmışdır. İnsanlar sabaha daha ümidlə baxırlar. AzKİL2 insanların ümid qapısına çevrilib.
Tərtər rayon Xoruzlu bələdiyyəsinin sədri Fədail Musayev qeyd etdi ki, AzKİL2 bizə kollektiv işləməyi öyrətdi, qadınlarımızın fəallaşmasına səbəb oldu. AzKİL-dən sonra biz özümüz bir çox işlər həyata keçirmişik.
Daniel Ouen bildirdi ki, maraqlı fikirlər səslənir və əsasən iki hissədən ibarət nəticələr var: I nəticə fiziki təminat olmuş, II nəticə layihənin təsiri ilə bağlı gələcəyə hazırlıq planlarıdır.
Goranboy rayon Xınalı icmasından və Sarov icmasından olan liderlər də öz layihələri haqqında məlumat verdilər.
Gülbəniz Qənbərova sual verdi ki, iqtisadi təhlildən sonra problemlərin yerini hansı icma dəyişdi?
İsmayıllı rayon Təzəkənd İQ-nin sədri Eynulla Bağırov bildirdi ki, biz iqtisadi təhlildən sonra suyun daha önəmli olduğunu üzə çıxardıq. Artıq evlərdə paltaryuyan maşınlar işləyir.
Tərtər rayon Hüseynli İQ-nin sədri Leyla Hacıyeva da yollarında olan problemlərdən danışdı və uşaqların, qadınların əziyyətlərini xüsusi vurğuladı. Belə əziyyətlərdən qurtulduqları üçün təşəkkür etdi.
Daniel Ouen qeyd etdi ki, layihənin hazırlanması zamanı təlimçilər sizə dayanıqlıqla bağlı məlumatlar verirlər. Layihənin həyata keçirilməsi kimi, onun dayanıqlığının qorunması və ətraf mühit məsələləri də daha çox diqqət yetirilməli olan hissələrdir.
Sahə səfəri
Görüşün II hissəsi isə İsmayıllı rayon Təzəkənd məktəbinin həyətində qurulan bulağın açılışından ibarət idi. Açılışda rayonun səlahiyyətli nümayəndələri - İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müavini Mahmud Süleymanov, İcra Hakimiyyətinin şöbə müdiri Həsən Həsənov, rayon üzrə digər kəndlərin Ərazi İcra Nümayəndələri və Bələdiyyə sədrləri, icma sakinləri və AzKİL2-nin əməkdaşları və zonalararası qarşılıqlı görüşün qonaq icmaları iştirak etdilər. Layihə açılışı zamanı KİV nümayəndələri təntənəli açılışı diqqətlə izləyir, həm qəzetlərdə, həm də televiziya ekranlarında AzKİL2 uğurunu işıqlandırmaq üçün dəqiq məlumat əldə etməyə çalışırdılar.
Növbəti sahə səfəri Qəbələ rayon Tüntül icmasında “Tibb məntəqəsinin təmiri” layihəsinin açılışında iştirak etmək oldu.
Öyrənilmiş Dərslər:
-
Əhalinin daha çox faydalandığı ərazilərin layihədə nəzərdə tutulması nəticəsində əhalinin sosial və iqtisadi vəziyyətinə daha müsbət təsiri;
-
Mənəvi dəyərlərin nəzərə alınmasının əhali arasında inamın artmasına müsbət təsiri;
-
Sosial qruplar arasında inteqrasiyanın əhalinin sosial vəziyyətinə müsbət təsiri;
-
Problemin düzgün seçiminin əhalinin iştiraklılığına təsiri
Dostları ilə paylaş: |