1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə126/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   122   123   124   125   126   127   128   129   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

6. OMONİM SÖZLƏR
Dünya dillərində omonimlik hadisəsi də geniş yayıl-
mışdır. Formaca eyni, mənaca müxtəlif olan leksik vahid-
lər omonim sözlər adlanır. Məsələn:
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya. (S.Vurğun)
Bu şeir parçasının birinci və ikinci sətirlərindəki “bağ­
lı” sözü omonim kimi işlənmişdir. Birinci sətirdəki “bağlı” 
sözünün kökü “bağ” (meşə) sözündəndir. İkinci sətirdəki 
“bağlı” sözü “bağlamaq” feilindəndir.
Omonimlər öz zahiri cəhətinə görə çoxmənalı sözlərə 
oxşayır. Çünki çoxmənalı sözlər də formaca eyni, mənaca 
müxtəlifdir. Dilçilikdə omonimləri çoxmənalı sözlərdən 
fərqləndirmək üçün dəqiq meyar indiyədək müəyyənləş-
dirilməmişdir. Bu məsələ nəinki Azərbaycan dilçiliyində, 
hətta rus və dünya dilçiliyində də hələ tam həll olunma-
mışdır. Lakin bu sahədə müəyyən fikirlər mövcuddur. 
Omonimlərin çoxmənalılıqdan fərqi ondadır ki, sözdə 
omonimlik müstəqil mənadır, lakin çoxmənalılıq isə bir 
sözün müxtəlif məna variantlarından ibarət olur.
Dildə ayrı-ayrı kök sözlərin omonim olması ilə yanaşı, 
bəzən nitq prosesində müxtəlifmənalı sözlərin eyni şəkildə 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
219
səslənməsi hadisəsi də baş verir. Bu da omonimlik hesab 
olunur. Dilçilikdə omonimlərin fonetik omonimlər (omofon), 
morfoloji omonimlər (omoform) və leksik omonimlər tipi şərh 
olunur
1
.
Omonim sözlərdən bədii yaradıcılıqda, xüsusilə şeir-
də bədii ifadə vasitəsi kimi istifadə olunur. Böyük sənət-
karlar omonimlər vasitəsilə bədii dildə gözəl ahəngdarlıq, 
musiqilik yaradır, dili daha da poetik şəklə salırlar. Azər-
baycan dilində yazılmış şeirlərdə bunların vasitəsilə təbii 
qafiyələr qurulur, bədii nitq üçün xarakterik olan cinaslar 
yaradılır. Məsələn:
Könül, sən ki düşdün eşqin bəhrinə,
Narın çalxan, narın silkin, narın üz.
Dost səni bağına bağban eyləsə,
Almasın dər, gülün iylə, narın üz!
Tikdirmisən qəsr, eyvan, oda sən,
O sevdiyin, o nökərin, o da sən.
Qıya baxdın, məni saldın oda sən,
İnsaf eylə, gəl könlümün narın üz. (Aşıq Ələsgər)
Bu şeir parçalarında “narın”, “üz”, “oda” sözləri 
müxtəlif tipli omonimləşmə hadisəsi əmələ gətirmişdir. 
Birinci bənddə omonim əmələ gətirən “narın” sözlərindən 
birincisi “ehtiyatlı”, ikincisi isə “narını”, yəni “nar meyvəsi” 
deməkdir. Təsirlik hal şəkilçisi ixtisarla “narın” (ehtiyatlı) 
sözünə omonim olmuşdur. Yenə birinci bənddə omonim 
əmələ gətirən “üz” sözləri isə başqa-başqa mənalı sadə feil 
kökləridir. Bunlardan birinci “üzmək” – “suda üzmək”, ikin-
ci “üzmək” isə “qopartmaq” mənalarında işlənmişdir.
1
A.Qurbanov. “Müasir Azərbaycan ədəbi dili”. I cild, Bakı, 2004, səh. 295-298.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
220
İkinci bənddəki omonim əmələ gətirən “oda” sözlərin-
dən birinci “oda” – “ev”, ikinci “o da” işarə əvəzliyi, üçüncü 
“oda” – “ocaq”“alov”, “atəş” mənalarında işlənmişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin