Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
213
Dildə sözlərin, təqribən, 90 faizi müstəqil məna bildi-
rir. Bu mənalar real gerçəklikdə mövcud olan bütün var-
lıqların təbiətini ifadə edir. Sözün xarici forması səslərlə
əhatə
olunursa, onun daxili
təbiəti müəyyən məna tutu-
muna malikdir. Hər hansı bir söz bir və ya bir neçə məna
kəsb edir. Məsələn,
stol, ağac, kağız, daş, su, çörək, taxıl, un,
adam və s.
kimi ümumişlək sözlər,
habelə elmdə işlənən
terminlər əsasən bir məna bildirir.
Baş, göz, ağız, qol, əl və s.
sözlər isə bir neçə mənada işlənə bilir.
Məna dedikdə nə başa düşülür? Buraya cisim və ha-
disələrin daxili xassələri, xarici forması, əlamət və keyfiy-
yətləri və s. daxildir. Nümunə üçün bir neçə sözün məna-
sına nəzər salaq:
Söz
Kağız
Ev
Çörək
Duz
Məna
ağac məmulatından texniki yolla hazırlanmış yazı
ləvazimatı
müxtəlif inşaat materiallarından tikilmiş yaşayış binası
undan
bişirilmiş ərzaq məhsulu
təbii yolla yeraltı və yerüstü mədənlərdən çıxarılıb
ha zırlanan və orqanizmin zəruri tələbatını
ödəyən
qi da
maddəsi
Göründüyü kimi, söz dildə mənanı olduqca qısa və
konkret ifadə etmək imkanına malikdir. Hər bir sözün mə-
nasını tam açmaq üçün bütöv bir cümləyə bərabər nitq va-
hidi işlənir. Bu cəhətdən insanların nitqində mənanın bir
sözlə ifadəsi son dərəcə heyrətamiz bir dil hadisəsi kimi
maraq doğurur.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
214
Dostları ilə paylaş: