Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
209
sahədə aparılan tədqiqatlar nəticəsində göstərilir ki, hid-
ronimlər həm dildə tutduğu yerə görə, həm də yaranma
tarixinə
və leksik-semantik,
qrammatik quruluşuna görə
toponimlərdən fərqli xüsusiyyətlərə malikdir.
Buna görə
də müasir dilçilikdə hidronimlərin ayrıca onomastik vahid
kimi öyrənilməsinə meyil güclənir və bunun əsasında da
hidronimiya onomalogiyanın müstəqil yarımşöbəsi kimi
formalaşmağa başlayır.
5. Zoonimiya yarımşöbəsi. Zoonimiya yarımşöbəsin-
də dilin zooloji leksikasında mövcud olan xüsusi heyvan
ad-ləqəbləri öyrənilir. Məsələn,
Qəmər (at adı),
Məstan (pi-
şik adı),
Alabaş, Dəmir, Topuş (it adları) və s. Dildə heyvan
və quşlara ad-ləqəb vermə ənənəsi mövcuddur. Müşahi-
dələr göstərir ki, Azərbaycan dilində heyvanların adlandı-
rılması ən çox təsviri xarakter daşıyır. Yəni zoonimlər hey-
van və quşların xarici formasını, təsvirini ifadə edir.
Dünya xalqlarında zoonimlərin yaranmasına dair çox
müxtəlif dil ənənələri mövcuddur.
6. Kosmonimiya yarımşöbəsi. Onomalogiyanın səma
cisimlərinin adlarını xüsusi söz qrupu kimi tədqiqata cəlb
edən yarımşöbəsi
kosmonimiya adlanır.
Səma cisimlərinə
verilən ad-ləqəblər şərti xarakter daşıyır. Dünyanın müxtə-
lif dillərində ümumişlək kosmonimlərlə yanaşı (məsələn,
Anremua, Delfin, Eridon, Kassiopeya, Mikroskop, Oktant və s.)
hər dilin özünəməxsus xalq kosmonimləri də mövcuddur.
Məsələn,
Azərbaycan dilində işlənən Ülkər, Zöhrə, Şəms,
Qəmər, Nahid, Tahir//Tair, Dan ulduzu, Karvanqıran və s. xalq
kosmonimləri şifahi xalq ədəbiyyatında geniş yayılmışdır.
Onomalogiyanın kosmonimiya yarımşöbəsi bu cür xüsusi
adları tədqiq etməkdə astronomiya
elminin nəticələrindən
də istifadə etməli olur.
Dostları ilə paylaş: