Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
208
Etnonimlərin
öyrənilməsi dilin mənşəyinə,
tarixinə,
xalqların iqtisadi, ictimai-siyasi, mədəni həyatına dair qiy-
mətli faktlar verir. Buna görə də etnonimlər xüsusi lüğət
vahidi
kimi dilçi, tarixçi alimlərin
diqqətini çoxdan cəlb
etmişdir
1
.
Azərbaycan ictimai fikir
tarixində xüsusi mövqeyi
olan A.Bakıxanov “Gülüstani-İrəm” əsərində ilk dəfə ola-
raq
qədim tayfa, qəbilə adlarının
mənşəyinə toxunmuş-
dur
2
. Hazırda dünya xalqlarının
mənşəyini əks etdirən
etnonimik atlasların hazırlanması müasir elmin qarşısında
başlıca problemlərdən biri kimi dayanmaqdadır.
3. Toponimiya yarımşöbəsi. Onomalogiyanın ən bö-
yük yarımşöbələrindən biri toponimiyadır.
Toponimika yer adlarını – toponimləri öyrənir. Toponimlər
cəmiyyətin həyatında xüsusi əhəmiyyət kəsb edir. Toponim-
siz inkişaf etmiş xalq, millət təsəvvür etmək mümkün deyildir.
Yer üzündə adsız, ünvansız dövlət, ölkə, vilayət, şəhər, kənd,
dağ, dərə, təpə və s. coğrafi obyekt yoxdur. İnsan harada məs-
kən salırsa, onun ayağı yerin hansı nöqtəsinə dəyirsə, oraya
mütləq ad qoyulur. Bu mənada toponimlər tarixi məlumatları
özündə saxlayan leksik vahiddir. Dilin onomastik sistemində
toponimlər daha qədim xüsusi adlar hesab olunur.
Onomalogiyanın toponimiya yarımşöbəsi toponimlə-
ri tədqiq edərkən bu sahə ilə məşğul olan coğrafiya və tarix
elminin nəticələrindən də istifadə edir.
Dostları ilə paylaş: