1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə119/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   115   116   117   118   119   120   121   122   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2. Etnonimiya yarımşöbəsi. Xüsusi adların bir qrupu 
kimi öyrənilən tayfa, qəbilə, xalq, millət adları dilçilikdə et­
nonim termini ilə ifadə olunur. Onomalogiyanın etnonim-
lərdən bəhs edən yarımşöbəsi etnonimiya adlanır.
1
А.М.Селишев. Происхождение русских фамилий, личных имен и прозвищ. M.. 1968; 
В.А.Никонов. Имя и общество. M., 1974; Антропонимика. M., 1970; Н.А.Баскаков. Рус-
ские фамилии тюркского происхождения. M., 1979; Личные имена в прошлом, насто-
ящем, будущем. M., 1970; Е.Н.Полякова. Из истории русских имен и фамилий. M., 
1975; А.В.Суперанская. Общая теория имени собственного. M., 1973; А.В.Суперанская, 
А.В.Сус лова. Современные русские фамилии. M., 1981 və i.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
208
Etnonimlərin öyrənilməsi dilin mənşəyinə, tarixinə
xalqların iqtisadi, ictimai-siyasi, mədəni həyatına dair qiy-
mətli faktlar verir. Buna görə də etnonimlər xüsusi lüğət 
vahidi kimi dilçi, tarixçi alimlərin diqqətini çoxdan cəlb 
etmişdir
1
.
Azərbaycan ictimai fikir tarixində xüsusi mövqeyi 
olan A.Bakıxanov “Gülüstani-İrəm” əsərində ilk dəfə ola-
raq qədim tayfa, qəbilə adlarının mənşəyinə toxunmuş-
dur
2
. Hazırda dünya xalqlarının mənşəyini əks etdirən 
etnonimik atlasların hazırlanması müasir elmin qarşısında 
başlıca problemlərdən biri kimi dayanmaqdadır.
3. Toponimiya yarımşöbəsi. Onomalogiyanın ən bö-
yük yarımşöbələrindən biri toponimiyadır.
Toponimika yer adlarını – toponimləri öyrənir. Toponimlər 
cəmiyyətin həyatında xüsusi əhəmiyyət kəsb edir. Toponim-
siz inkişaf etmiş xalq, millət təsəvvür etmək mümkün deyildir. 
Yer üzündə adsız, ünvansız dövlət, ölkə, vilayət, şəhər, kənd, 
dağ, dərə, təpə və s. coğrafi obyekt yoxdur. İnsan harada məs-
kən salırsa, onun ayağı yerin hansı nöqtəsinə dəyirsə, oraya 
mütləq ad qoyulur. Bu mənada toponimlər tarixi məlumatları 
özündə saxlayan leksik vahiddir. Dilin onomastik sistemində 
toponimlər daha qədim xüsusi adlar hesab olunur.
Onomalogiyanın toponimiya yarımşöbəsi toponimlə-
ri tədqiq edərkən bu sahə ilə məşğul olan coğrafiya və tarix 
elminin nəticələrindən də istifadə edir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin