1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə2/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   2   3   4   5   6   7   8   9   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Mahmud Kərimov,
akademik, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti (2001-2013)


10
Ali məktəblərdə filoloq müəllim kadrları hazırlığında 
dilçilik fənlərinin xüsusi yeri və rolu vardır. Tələbələrə dilin 
fonetik, qrammatik, leksik, frazeoloji, onomastik sisteminə 
dair ətraflı məlumatın verilməsi, habelə onların dilin mən-
şəyi, yaranması tarixi ilə müxtəlifi dilçilik nəzəriyyələri ilə 
dərindən tanışlığı tələbələrin ixtisaslarına dərindən yiyələn-
mələrinə və elmə böyük həvəs göstərmələrinə səbəb olur.
Bu cəhətdən filologiya fakültələrində tədris olunan “Ümu-
mi dilçilik” fənni tələbələrdə elmə daha böyük maraq və həvəs 
oyadır. Burada dilçilik elminin obyekti, təşəkkülü, mövqeyi, 
sahələri, şöbələri haqqında məlumat verilməklə tələbədə dilçilik 
elminin ictimai mahiyyəti haqqında daha aydın təsəvvür yara-
nır. Müəllif “Ümumi dilçilik” fənninin bu böyük elmi-nəzəri və 
praktik əhəmiyyətini nəzərə alaraq ilk dəfə 1977-ci ildə 7 fəsildən 
ibarət “Ümumi dilçilik” dərsliyini
1
çap etdirmişdir. Sonradan 
üzərində işləyərək onun iki cilddə
2
nəşrinə nail ola bilmişdir.
Hazırda dərsliyin I cildi, əvvəlki nəşrində olduğu 
kimi, giriş və dörd bölmədən ibarətdir. Girişdə linqvistik 
fənlər sistemində “Ümumi dilçilik” kursunun yeri aydın-
laşdırılır. Burada fənnin konkret vəzifələrindən, onun qu-
ruluş və həcmindən də bəhs olunur. Bütün bunların hamı-
sı fənnin düzgün təşkilinə kömək etmək məqsədi daşıyır.
Birinci bölməyə dilçiliyin ümumi problemləri daxil-
dir. Burada dil haqqında elmin obyektindən, onun yaran-
Ömrünü elmə sərf edən insan heç vaxt ölmür!
Məhəmməd Peyğəmbər
GİRİŞ
1
Afad Qurbanov. Ümumi dilçilik. Bakı, 1977.
2
Afad Qurbanov. Ümumi dilçilik. Bakı, 1989.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
11
masından, elmlər sistemindəki mövqeyindən, əlaqəsin-
dən, sahə və şöbələrindən bəhs olunur.
İkinci bölmədə dil və onun xüsusiyyətlərinə aid problem-
lər aydınlaşdırılır, dilin mahiyyəti, təbiəti, mənşəyi, işarəviliyi, 
inkişafı və s. məsələlər bu bölmənin məzmununu təşkil edir.
Üçüncü bölmə dillər və onların təsnifi məsələlərinin 
şərh olunmasına həsr edilmişdir. Burada müxtəlif dillərin 
yaranma səbəbləri göstərilir. Dillərin morfoloji və genealo-
ji bölgüsünün xüsusiyyəti aydınlaşdırılır.
Dördüncü bölmə dil ilə yazının münasibəti, yazının 
yaranması, xüsusiyyətləri və onun inkişaf mərhələlərinə 
həsr olunmuşdur.
Dərslik yazılarkən ümumi dilçilik sahəsində dünya el-
minin nailiyyətlərinə əsaslanılmış, son illərdə müxtəlif dillər-
də nəşr olunmuş əsərlərdən
1
geniş istifadə edilmiş və bəzi fə-
sillərdə ümumməqbul sayılan bölgülər eynilə saxlanılmışdır.
Kitab ümumi dilçiliyin tədrisi ilə bağlı ən zəruri prob-
lemlərə həsr edilmişdir. Şübhəsiz ki, əsərdə unudulmuş, tam 
əhatə olunmamış və ya oxucunu təmin etməyən bəzi mövzu-
lar ola biləcəkdir. Dərslikdə müşahidə edilən qüsurları qeyd 
edənlərə, xeyirxah təklif və arzularını, tənqidi qeydlərini söy-
ləyənlərə qabaqcadan öz təşəkkürümüzü bildiririk.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin