Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
13
XX əsrdə ümumdilçilik fənlərinin inkişafına
xüsusi
əhəmiyyət verilmiş, onların tam formalaşmasına
böyük
səy göstərilmişdir. Bu məqsədlə keçən əsrin 50-ci illərin-
də ümumdilçilik fənlərinin xarakteri, təbiəti, tədris siste-
mində mövqeyi problemləri geniş müzakirə olunmuşdur.
Müzakirə zamanı ali məktəblərdə ümumdilçilik fənlərinin
mövqeyi müəyyənləşdirilmiş, bunların
hər birinin prob-
lemləri, əsasən, dəqiqləşdirilmişdir.
Ali məktəblərdə 1950-ci ilə kimi “Ümumi dilçilik” fən-
nində, əsasən,
N.Y.Marrın “Dil haqqında yeni nəzəriyyə”si
və ümumi şəkildə yazı haqqında məlumatlar tədris edilir-
di. Lakin 1950-ci il müzakirələrindən sonra həmin fənnin
məzmunu tam dəyişdirilmiş,
buraya dilçiliyin müxtəlif
sahələrinə dair başlıca problemlər daxil edilmiş və əsaslı
şəkildə tədris olunmağa başlanılmışdır.
Ümumi dilçilik problemləri müəyyən illər ərzində iki
müstəqil fənn kimi tədris olunmuşdur: “Dilçiliyə giriş” və
“Ümumi dilçilik”.
1985-ci ildən ali məktəblərdə dilçiliyin əsaslarını təş-
kil edən problemlər “Ümumi dilçilik” adı altında bir fənn
kimi tədris edilməyə başlanılmışdır.
Dilçilik fənləri sistemində xüsusi yer tutan “Ümumi
dilçilik” fənni filoloji təhsilin məzmununu zənginləşdir-
məkdə və onun səviyyəsini yüksəltməkdə xüsusi əhəmiy-
yətə malikdir. “Ümumi dilçilik” fənnini düzgün təsəvvür
etmək üçün ilk növbədə iki anlayışı –
ümumi dilçilik sahə
kimi və
ümumi dilçilik fənn kimi – bir-birindən fərqləndir-
mək lazımdır. Ümumi dilçilik
sahə kimi olduqca geniş
anlayışdır. Dil haqqında elmin ümumi dilçilik sahəsi de-
dikdə bütün ümumi nəzəri məsələlər buraya aid olur. La-
kin ümumi dilçilik fənn kimi dar mənada, tədris mənasın-
da götürülən anlayışdır. Buna görə də “Ümumi dilçilik”
fənnində dilçiliyin bütün fənlərinin əsaslarını təşkil edən
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
14
müəyyən problemlərdən
normativ şəkildə bəhs olunur.
“Ümumi dilçilik” fənni bəzən “Dil nəzəriyyəsi”, “Dilçilik
nəzəriyyəsi” və “Dilçiliyin əsasları” kimi də adlandırılmış-
dır. Son müzakirələrdə fənnin adı birmənalı olaraq “Ümu-
mi dilçilik” formasında məqsədəuyğun sayılmışdır.
Dostları ilə paylaş: