Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
12
ümumi qanunauyğunluqlarından bəhs olunur, onların bir
sıra xüsusiyyətləri aydınlaşdırılır. Bu cəhətlər nəzərə alınaraq
dilçilik fənlərinin sistemi iki qrupa bölünür: ümumdilçilik
fənləri sistemi və xüsusi dilçilik fənləri sistemi. Xüsusi dilçilik
fənləri sistemi birinci sxemdə olduğu kimi dörd yerə ayrılır.
Hazırda universitetlərdə ümumdilçilik fənlərinin sis-
temini
“Ümumi dilçilik” və
“Ümumi dilçiliyin tarixi”
fənləri təşkil edir. Bu fənlərdən “Dilçiliyin tarixi” ümum-
dünya və milli dilçiliklərin inkişaf prosesini öyrənməyi, on-
ların özünə aid cəhətlərini aşkar etməyi, ayrı-ayrı görkəmli
dilçilərin, klassiklərin yaradıcılığı və elmdəki mövqeyini
müəyyənləşdirməyi qarşıya məqsəd qoyur. “Ümumi dilçi-
lik” isə dilçiliyin nəzəri əsaslarını təşkil edir. Ona görə də
bu fənn mahiyyətcə
fəlsəfi xarakter daşıyır.
Dilçilik fənlərinin hər birinin, o cümlədən ümumdil-
çilik fənlərinin də xüsusi yaranma səbəbi və inkişaf tarixi
vardır. Hər şeydən əvvəl qeyd etməliyik ki, ümumdilçilik
fənlərinin vəzifələri, xarakteri ictimai tələblərlə əlaqədar
olaraq dəfələrlə dəyişmiş, inkişaf edib təkmilləşmişdir.
DİLÇİLİK FƏNLƏRİ
Ümumdilçilik fənləri
Ümumi dilçilik
Ümumi dilçiliyin tarixi
Xüsusi dilçilik fənləri
Tarixi-linqvistik fənlər
Dostları ilə paylaş: