18
I FƏSİL
DİLÇİLİK ELMİ VƏ ONUN OBYEKTİ
1.01. DİLÇİLİYİN MÖVZUSU VƏ NƏZƏRİ
ƏSASLARI
İnsanın ictimai fəaliyyətinin
xüsusi bir növünü elm
təşkil edir. Elm insanların ciddi əmək səyi nəticəsində əldə
etdikləri biliklər kompleksidir. O, maddi aləmin, hadisələ-
rin inkişaf qanunauyğunluqlarını öyrənir.
Elm son dərəcə güclü tərəqqi vasitəsidir. İnsan onun
əsasında yeni-yeni zirvələr fəth edir, irəliyə,
gələcəyə doğ-
ru böyük inkişaf yolu keçir. Elmin qüvvəsi sənayenin, tex-
nikanın inkişafına təsir göstərdiyi kimi, ideologiyaya, onun
tərəqqisinə də xüsusi təkan verir. Müxtəlif sahələrdəki elmi
nəticələr və kəşflər insanların şüurundakı geriliyin, keçmişin
qalıqlarının, dini mistikanın aradan qaldırılmasına kömək
edir. Nəzəri biliklər daim tərəqqidə olan insan təfəkkürünün
bütün sahələrinə nüfuz edərək öz müsbət təsirini göstərir.
Elm, onun bütün sahələri insanların rifahını yaxşılaşdırmaq-
da xüsusi əhəmiyyətə malikdir. Biliklərin cəmi olan hər bir
elmin özünəməxsus tədqiqat obyekti vardır. Həmin obyekt
onun adını müəyyən edir və varlığını şərtləndirir.
Dilçilik anlayışını ifadə etmək üçün Azərbaycan di-
lində
dilçilik, dilşünaslıq, linqvistika və
dil haqqında elm ter-
minlərindən
istifadə olunur
1
. Birinci terminin ünsürləri
(
dil+çi+lik) mənşəcə xalis Azərbaycan
dili vahidlərindən
1
Qohumluğa görə Azərbaycan dilinin mənsub olduğu türk dilləri ailəsində dilçilik anlayışı
müxtəlif terminlərdə ifadə edilir, məsələn, türklər dil bilimi, türkmənlər dilçilik, özbəklər
tilşunoslik, qazaxlar til bilimi, qaraqalpaqlar til bilimi terminlərini işlədirlər.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
19
ibarətdir. İkinci terminin (
dil+şünas+lıq) tərkibindəki
şünas
morfemi fars mənşəli olub, həmin dildəki
öyrənmək məna-
sını ifadə edən “şenaxtən” feilindəndir. Son zamanlar dil
haqqında elm anlayışını bildirmək məqsədilə dilçilik ədə-
biyyatında
linqvistika termininin də işlənilməsinə rast gəli-
rik.
Linqvistika termini latınca
lingua (yəni
dil) sözündən və
yunanca –
istika şəkilçisindən əmələ gəlmişdir. Hazırda
dilçiliyimizdə hər üç
termin sinonim kimi işlənilir; lakin
dilçilik terminindən daha çox istifadə olunur.
Linqvistika termininin işlədilməsinə dair dünya dilçi-
lik ədəbiyyatında bir-birinə əks olan iki başlıca mülahizə
mövcuddur.
Bu mülahizələrin birində linqvistika bey-
nəlxalq elmi termin kimi qiymətləndirilir. Bu fikri yürü-
dənlər həmin terminin bir sıra Avropa dillərində geniş işlə-
nilməsinə əsaslanmışlar. Məsələn, hazırda ingilis və fran-
sız dillərində dil haqqında elm anlayışını bildirmək üçün
müəyyən
fərqli variantda linqvistika termini işlədilir.
İkinci mülahizədə
linqvistika termininin
dilçilik termi-
ninə məzmunca bərabər olmadığı göstərilir. Bir qrup xa-
rici ölkə dilçilərinin fikrincə,
linqvistika termininin məna
sərhədi
dilçilik termininə nisbətən məhduddur. Buna görə
də
dilçilik termini həm təbii, həm də süni dillərin tədqiqi
problemlərini əhatə edə bildiyi halda,
linqvistika təbii dil-
dən bəhs edir və eyni zamanda, təbii dili bütöv yox, onun
ancaq müəyyən cəhətini öyrənir. Bu səbəbdən də ikinci
fikrin tərəfdarları
linqvistika termininin
dilçilik termini əvə-
zində (və ya sinonim kimi)
işlədilməsini məqsədəuyğun
hesab etmirlər.
Dilçiliyin obyekti nədir? Dilçilik nəyi öyrənir və necə
öyrənir? Birinci sualın cavabı konkret olaraq belədir:
dilçi-
Dostları ilə paylaş: