Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
15
qarşısında duran məqsədə aşağıdakı vəzifələrin icrasında
nail olmaq mümkündür.
Tələbələrin orta məktəbdə dilçiliyin əsaslarından al-
dıqları bilikləri davam və inkişaf etdirmək bu fənnin başlı-
ca vəzifələrindəndir. Tədris prosesində tədricən əldə olun-
muş linqvistik biliklər “Ümumi dilçilik”də
elmi-məntiqi
əsasda ümumiləşdirilir. Bununla yanaşı, dil hadisələrinə
dair hər bir elmi məlumat həm də genişləndirilərək dərin-
ləşdirilir. Bütün bunların nəticəsində oxucu-tələbə planlaş-
dırılmış bilik sisteminə əsaslı şəkildə yiyələnə bilir.
“Ümumi dilçilik” fənni
tələbələrdə linqvistik dün-
yagörüşün formalaşmasında xüsusi rol oynayır. Dilçilik-
də bu vəzifənin yerinə yetirilməsi üçün tələbələrin bütün
dilçilik fənlərində mənimsədikləri
nəzəri məlumatlarla
ideya-fəlsəfi əhəmiyyəti olan biliklərin vəhdəti yaradılmış
olur. Belə vəhdət “Ümumi dilçilik” kursunun tədrisində
fəlsəfi məsələlər öyrədilən materiallarla daha da möhkəm-
ləndirilir. Bu sahədə “Ümumi dilçilik” özünü həm
başlan
ğıc, həm də
bünövrə fənn kimi göstərir.
Nəhayət, tələbələrdə tədqiqatçılığa olan meylin güc-
ləndirilməsi, onların linqvistik
təhlilin müasir elmi me-
todları və metodikası ilə silahlandırılması da “Ümumi
dilçilik” fənninin əsas vəzifələrindən biri hesab olunur.
Buna görə də fənnin tədrisi prosesində elmi tədqiqata dair
məsələlərə xüsusi yer vermək,
müntəzəm referatlar yaz-
dırmaq həmişə diqqət mərkəzində durmalıdır.
Dostları ilə paylaş: