Qrup: mk-019 Ixtisas: Marketinq



Yüklə 32,95 Kb.
tarix01.01.2022
ölçüsü32,95 Kb.
#107122
Statıstıka


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

BAKI QİDA SƏNAYESİ KOLLECİ

Qrup:MK-019

Ixtisas:Marketinq

Fənn:Statistika

Mövzu: Ərazi İndeksleri

Tələbə:Xancığazlı Məhəmməd

Müəllim:İsabalayeva Solmaz

Baku 2021

Ərazi İndeksleri

Statistikada bilavasitə müqayisə edilməsi mümkün olan kəmiyyətlərlə yanaşı, elə məlumatlara da rast gəlinir ki, onlar müxtəlif ölçü vahidləri ilə ıfadə edilən ünsürlərdən ibarət olurlar. Və təbiidir ki, belə hallarda onlan cəmləmək mümkün olmur. Məsələn, istehsal edilmiş pambığın, taxılın, tərəvəzin, neftin, qazın həcmı haqqında natura ifadəsində verilmiş məlumatları cəmləmək otmaz, Lakin ölkədə istehsal olunmuş məhsulların həcminə ümumi xarakteristika verilməsi zəruriliyi meydana çıxır. Məhz bu zaman indeks metodundan istifadə edilir.

Ən mühüm ümumiləşdirici göstəricilərdən biri olan indeks latınca «index» sözündən əmələ gəlmiş və göstərici mənasını verir. Bəzi hallarda onu siyahı, reyestr mənasında da işlədirlər. İndeks anlayışından yalnız statistikada deyil, riyaziyyatda, iqtisadiyyatda, meteorologiyada və digər elmlərdə də geniş istifadə olunur.

Statistikada indekslərin köməyi ilə müxtəlif istehlak dəyərlərinə malik olan və müxtəlif ölçü vahidləri ilə ifadə edilən ünsürlərdən ibarət mürəkkəb sosial-iqtisadi hadisələrə xarakteristika verilir. Beləliklə, indeks bilavasitə müqayisə edilməsi mümkün olmayan ünsürlərdən ibarət kütləvi sosial-iqtisadi hadisələrin orta hesabla dəyişməsinı səciyyələndirən mürəkkəb nisbi kəmiyyətdir.

İndekslərin növləri:

1) sosial-iqtisadi hadisələri əhatəetmə dərəcəsinə;

2) müqayisə bazasına;

3) ortaq ölçülü olmasına;

4) düzəldilmə formasına;

5) tədqiqat obyektinə;

6) tədqiqat obyektinin xarakterinə;

7) sosial-iqtisadi hadisələrin tərkibinə;

8) hesablama aparılan dövrə və s. əlamətlərə görə təsnifləşdirilir.

Topludakı vahidlərin əhatəolunma dərəcəsinəə görə indekslər üç yerə bölünür:

1) fərdi indekslər;

2) ümumi indekslər;

3) qrupüzrə indekslər.

Fərdi indekslərdən topludakı sosial-iqtisadi hadisəni səciyyələndirən ayrı-ayrı ünsürlərin dəyişməsinə xarakteristika vermək üçün istifadə edilir. Buna müxtəlifi istehlak dəyərinə malik olan məhsulların (neft, qaz, polad, taxıl, tərəvəz, televizor və i a ) həcminın, yaxud da ən mühüm qiymətli kağız növlərindən biri olan səhmlərin qiymətlərinin dəyişməsinə xarakteristika verilməsi misal ola bilər. Məsələn, ölkəmizdə 2006-cı ildə 32,2 mln fon 2007-ci ildə isə 43 mln.ton neft istehsal olunmuşdursa, bu neft hasilatının 1,34 dəfə və )34%artdığını göstərir. Buradan aydin olur ki, indekslər əmsalla (əsas dövrün səviyyəsi 1 götürüldükdə), yaxud da faizlə (əsas dövrün səviyyəsi 100 götürüldükdə) ifadə olunur.

Tərkib hissələrinin bilavasitə cəmlənməsi mümkun olmayan sosial-iqtisadi hadisələrin dinamikasının (müxtəlif istehlak dəyərlərinə malik olan müxtəlif adda məhsulların fiziki həcminin müəssisə səhmlərinin qiymət indeksinin və i.a.) müəyyən etmək üçün ümumi indekslərdən istifadə edilir. Deməli. ümumi indekslər bütövlükdə toplunun dəyişməsini səciyyələndirir, Məsələn, 2003-cü ilə nisbətən 2008-ci ildə kənd təsərrüfatı məhsullan istehsalı 108% təşkil etmişdirsə, bu həmin dövrdə məhsul istehsalının 1,08 dəfə və ya 8% artdığını göstərir və ümumi indeks adlanır. İndekslər toplunun bütün ünsürlərini deyil, onun yalnız bir hissəsini (bir qrupunu) əhatə etdikdə, onlara qrup üzrə və ya subindekslər deyilir.

Dinamika üzrə indekslər hadisənin müəyyən zaman kəsiyində dəyişməsini səciyyələndirir. Buna 2008-ci ilə nisbətən 2009-cu ildə müxtəlif məhsul növləri üzrə ayrılıqda və bütün məhsullar üzrə birlikdə hesablanan fərdi və ümumi qiymət indeksləri; 2009-cu ilin iyun ayma nisbətən iyul aymda istehlak səbətinin dəyəri indeksini və s. misal göstərmək olar.

Dinamika üzrə indeksləri hesabladıqda göstəricinin cari dövrdəki qiyməti ilə əsas dövrdəki qıyməti müqayisə edilir. Lakin müqayisə üçün əsas kimi plan və ya proqnoz göstəricisi də götürüb bilər. Dinamika üzrə proseslər əsas dövrə görə və zəncirvari üsulla hesablanır.

Ərazi indekslərindən regionlararası müqayisə aparmaq üçün istifadə olunur. Bu indekslərin beynəlxalq statistikada ayn-ayn ölkələrin sosial-iqtisadi inkişaf göstəricilərini müqayisə etmək üçün çox böyiik əhəmiyyəti vardır.Məsələn, Yaponiya iləmüqayisədə ABŞ-da avtomobillərini qiymət ındeksi Bakıya nisbətən Gəncədə istehlak səbətinin dəyəri indeksi ərazi indeksləridir.

Sabit və dəyişən çəkili indeksləri də bir-birindən fərqləndirmək lazımdır.

İndekslər düzəldilmə formasından asılı olaraq iki yerə bölünür: 1) aqreqat indekslər; 2) orta indekslər. Bu bölgü onların hesablanma metodikasmdakı fərqlərlə əlaqədardır. Ümumi iqtisadi indekslərin əsas forması aqreqat indeksləridir. Orta indekslər isə törəmədir. Çünki onlar aqreqat indekslərin dəyişdirilməsi, başqa sözlə yenidən hesablanması nəticəsində alınır. Orta indekslər hesablandıqda fərdi indekslərdən istifadə olunur. Orta indekslərin özləri də iki yerə bölünür: 1) hesabi orta indekslər; 2) harmonik orta indekslər.

İndekslər öyrənilən obyektlərin xarakterinə görə iki yerə bölünür: 1) həcm indeksləri; 2) keyfiyyət göstəriciləri indeksləri.

Həcm indekslərinə sənaye və kənd təsərrüfatı məhsulları istehsalının, pərakəndə ticarət dövriyyəsinin, milli gəlirin və istehlakın fiziki həcmi indekslərini, Bakı banklararası valyuta birjasında satılan ABŞ dollarının həcmini və s. misal göstərmək olar.

Bu indekslər bir qayda olaraq ay, rüb, və il üzrə hesablanır və bu zaman sabit qıymətlərdən istifadə olunur. Keyfiyyət göstəriciləri indekslərinə qiymət, əmək məhsuldarlığı, kənd təsərrüfatı bitkilərinin və mal-qaranın məhsuldarlığı indekslərini, İngiltərə funtsterlinqinin digər valyutalara nəzərən məzənnəsini aid etməkolar. Bu indekslər hesablandıqda məhsulun miqdan sabit (dəyişməz) götürülür və onlar da ay, rüb və il üzrə hesablanır.

Tədqiqat obyektinə görə əmək məhsuldarhğı, maya dəyəri, məhsulların fiziki həcmi, dəyəri və s. indekslər bir-birindən fərqlənir.

Hadisənin tərkibinə görə indekslər iki yerə bölünür: 1) sabit tərkibli indekslər; 2) dəyişən tərkibli indekslər. Bu indekslərdənorta göstəricilərin dinamikasını təhlil etmək üçün istifadə otunur.İndekslər hesablanma aparılan dövrə görə illik, rüblük, aylıq və həftəlik indekslərə bölünür.



İqtisadi hadisələrin köməyi ilə aşağıdakı vəzifələr yerinə yetirilir:

- iki vəyadaha çox dövrdə sosial-iqtisadi hadisələrin dinamisı öyrənilir.

-orta iqtisadi indekslərin dinamikası müəyyən edilir;

-regionlar üzrə müvafiq göstəriclər arasmdakı əlaqələr ölçülür;

-bir göstəricinin qiymətinin dəyişməsinin digər bir göstəricin dinamikasina təsiri müəyyən edilir;

-faktiki qiymətlərlə verilmiş makroiqtisadi göstəricələr müqayisəli qiymətlərlə eyni göstəricilərə çevrilir.

Bu vəzifələrdən hər biri müxtəlif indekslərin köməyi ilə həll edilir.

Müxtəlifistehlak dəyərlərinəmalik olan və müxtəlif ölçü vahidləri ilə ifadəolunan hadisələri onagörə cəmləmək mümkün olurki, bütün iqtisadi nemətlərə xas olan bir ümumi cəhət vardır.Bu, onların hamısının əmək məhsulları olmasıdır. Bazar i qtisadiyyatı şəraitində isə bütün əmək məhsulları dəyər forması alır və bu, onların cəmlənməsinə imkanverir.


Göründüyü kimi, sosial-iqtisadi hadisə və prosesləri təhlil etmək və onların inkişaf qanuna uyğunluqlarını aşkara çıxarmaq üçün indekslərin çox böyük əhəmiyyəti vardır. Beləki, indekslər:

1) ayrı-ayrı müəssisə və sahələrdə, habelə bütövlükdə ölkədə istehsal olunan müxtəlif istehlak dəyərlərinə malik olan əmtəəqrupları üzrə dövlət sifarişlərinin səviyyəsini və yerinə yetirilməsini ifadə edən göstəriciləri hesablamağa imkan verir;

2) ayrı-ayrı ölkələrdə kütləvi sosial-iqtisadi hadisələri n səviyyələrindəki müxtəlifliyi səciyyələndirir;

3) mürəkkəbsosial-iqtisadi hadisələrin dinamikasının dəyişməsini əks etdirir. Buradan aydın olurki, indekslərdə adi nisbikəmiyyətlərin malik olduqları imkana malikdirlər. Lakin indekslər yuxarıda göstərildiyi kimi bilavasitə müqayisə edilməsi mümkün olmayan ünsürlərdən ibarət mürəkkəbsosial-iqtisadi hadisələrin dəyişməsi ni öyrənməyə imkan verir.

Beynəlxalq təcrübədə qiymətlər latın hərfi olan «P», məhsullarınmiqdarı «q» hərfi ilə işarə edilir. Bu işarələri n aşağısında sağ tərəfdə yazılan «0» («sıfır») əsas dövrü, «1» («bir») cari (hesabat) dövrü göstərir. Fərdi indekslər «z», ümumi indekslər isə« 1 » hərfi ilə işarə edilir.

Indekslərin hesablanmasmda aşağıdakı şərti işarələrdəni stifadəolunur:

q – istehsal edilmiş (vəyasatılmış) hər hansı bir məhsulun natura ifadəsində miqdarı (həcmi);

P - məhsul vəya əmtəə vahidinin qiyməti;

Z - məhsul vahidinin mayadəyəri;

t - məhsul vahid inin istehsalına sərf olunan iş qüvvəsi (əmək sərfi), başqa sözlə, məhsul vahidinin əmək tutumu;

T - hər hansı bir məhsulun istehsalına sərf olunan ümumi iş qüvvəsi (əmək sərfi), yaxud da müəssisənin, firmanın işçilərinin sayı;

W=Pq:T -vaxt vahidində vəya bir işçi tərəfindən istehsalolunan məhsul, başqa sözlə, dəyər ifadəsində əmək məhsuldarlığının səviyyəsi;



vvaxt vahidin də və ya bir işçi tərəfindən natura ifadəsinin istehsal olunan məhsulun miqdarı;

F=zq-məhsulun istehsalına sərf olunan bütün xərclər;

Q=pq-istehsal edilmiş bu vəya digər məhsulun ümumi dəyəri.

Fərdi indekslər toplunun ayrı-ayrı ünsürləri üzrə hesablanır . Məsələn, müxtəlif məhsullar dan ibarət topluda kartof üzrə verilmiş məlumatlara əsasən fərdi qiymət indeksini hesablamaq üçün həmin məhsulun cari dövrdəki qiymətini onun əsas dövrdəki qiymətinə bölmək lazımdır.Fərdi indekslər dinamika, planın yerinə yetirilməsi, müqayisə üzrə nisbi kəmiyyətlərə bənzəyir və onların hesablanması adamdan xüsusi bilik tələbetmir İqtisadi təyinatlardan asılı olaraq fərdi indekslər fıziki həcm, maya dəyəri, qiymət, əmək tutumu və i.a. indekslərdən ibarət ola bilər.

Məhsulun fərdi fıziki həcmin deksi aşağıda kı düsturla hesablanır:

iq=q1

q0

Bu indeks hər hansı bir məhsul i stehsalının əsas dövrə nisbətən cari dövrdə neçə dəfə artdığını (azaldığını), yaxud da artımın (azalmanın) neçə faiz təşkil etdiyini göstərir.İndeksin faizlə ifadə olunan qiymətindən 100% çıxıldıqda əldə edilən göstərici isə məhsul buraxılışının neçə faiz artdığını (azaldığını) göstərir.İndeksin düsturunda kəsrin məxrəcin də yalnız hər hansı bir dövrdə istehsal edilmiş məhsulun miqdan deyil, onun müqayisə üçün əsas götürülən plan (qpl.), normativ (qnor.), yaxud da etalon (qet.) qiyməti də olabilər. Bu zaman fərdi fıziki həcmindeksinin düsturları aşağıdakı kimi olur:



iq=q1

qpl
iq=q1

qnor.
iq=q1

qet.


Başqa göstəricilər üzrə də indekslər eyni qayda da hesablanır. Bunları aşağıdakı kimi yazmaq olar:

1) fərdiqiymətindeksi;


ip=P1

P0

2)məhsul vahidinin fərdi maya dəyəri indeksi:



iz= Z1

Z0

3)vaxt vahidin də istehsal edilmiş məhsulun miqdarına görə fərdi əmək məhsul darlığ ıindeksi:



iv=v1=q1 : q0

v0 T1T0
4)əmək sərfı üzrə əmək məhsuldarlığ ıindeksi:

iv=t0

t1
Vaxt vahidin də istehsal olunmuş məhsulun miqdarı i lə məhsul vahidinin istehsalına sərf edilmiş vaxtın miqdarı arasında

tərs mütənasiblik olduğuna görə t=1/vyazmaqo lar. Bu zaman

iv=t0/t1indeksi əsas dövrdəki göstəricinin cari dövrdəki göstəriciyə bölünməsi nətiəcisində alınır.

Əmək məhsuldarli ına xarakteristika vermək üçün bir çoxhallarda aşağıdakı düsturla dəyər ifadəsin də bir işçinin fərdi əmək məhsuldarlığı indeksi hesablanır:

İw= = :

Burada:P -müqayisəli(sabit)qiymətlərdir.

İv= və İw=

fərdi indeksləri əmək məhsuldarlığının cari dövrə nisbətən əsas dövrdə neçə dəfə yüksək (aşağı) olduğunu göstərir.Başqa sözlə, bu indeks əmək məhsuldarlığının cari dövrə nisbətən əsas dövrdə neçə dəfə yüksək (aşağı) olduğunu göstərir.



Məhsulların fərdi dəyər indeksləri bu və ya digər bir məhsulun dəyərinin əsas dövrə nisbətən cari dövrdə neçə dəfə dəyişdiyini, yaxud da əmtəənin dəyərinin artmasının (azalmasının) neçə faiz təşkil etdiyini əks etdirir və aşağıdakı düsturla müəyyən olunur:

İpq=
Yüklə 32,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin