1. ÜMumi DİLÇİLİk I indd


III dövr – Nəzəri dilçiliklə yanaşı, tətbiqi dilçilik axtarışları



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə14/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   10   11   12   13   14   15   16   17   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

III dövr – Nəzəri dilçiliklə yanaşı, tətbiqi dilçilik axtarışları 
coğrafiyasının genişlənməsi [XVI–XVIII əsrlər].
IV dövr – Dilçiliyin tam müstəqil ictimai elm statusunu 
alması [XIX əsr].
V dövr – Dilçiliyin şaxələnməsi, elmi-tədqiqat metodla-
rının kəmiyyətcə zənginləşməsi, yeni perspektiv 
istiqamətlərin meydana gəlməsi [XX əsr – XXI 
əsrin əvvəli].


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
31
2.03. QƏDİM DÖVRDƏ DİLÇİLİYİN İNKİŞAFI
Bu dövr eramızdan əvvəlki zamanı və eramızın I-IV 
əsrlərini əhatə edir. Qədim dövrü təşkil edən əsrlərin tarixi 
şəraiti, ictimai-siyasi vəziyyəti, əsasən, quldarlıq qurulu-
şu ilə bağlı idi. Həmin dövrdə dünyanın Şərq qütbündə 
bir sıra dövlətlər, ölkələr təşəkkül tapmışdı. Bu ölkələrin 
xalqları dünya mədəniyyətinin və elminin yaranmasında 
xüsusi rol oynamışlar. Belə qədim mədəniyyətə malik olan 
xalqlardan şumerləri, akkadları, qədim misirliləri və nə-
hayət, hindliləri, yunanları, romalıları göstərmək olar.
Dilçilik elminin yaranması və ayrı-ayrı tarixi dövrlər-
dəki inkişafında bu göstərilən xalqlarla bərabər, dünyanın 
daha bir çox xalqları da iştirak etmişlər. Buna görə də dilçi-
liyin yaranması və inkişafını ancaq bir xalqın və ya bir neçə 
millətin adı ilə bağlamaq doğru olmaz. Bu, yəni dilçilik 
elmi dünyanın müxtəlif qitələrində yaşayıb-yaradan on-
larca qədim və müasir xalqın zehni əməyinin məhsuludur.
1. QƏDİM MƏDƏNİ ÖLKƏLƏRDƏ DİLÇİLİK
RÜŞEYMLƏRİ
Dilçiliyin tarixindən bəhs edərkən, adətən, qədim Mi-
sirdə və ya Babilistandakı dilçilik haqqında heç bir məlumat 
verilmir. Bu da, şübhəsiz ki, yeni eradan çox əvvəl həmin 
ölkələrdə nəzəri və sistemli dilçiliyin hələ yaranmaması ilə 
bağlıdır. Qədim Misirdə, eləcə də Babilistanda dilin qrafik 
quruluşu, bu və ya digər kateqoriyası haqqında heç bir mə-
lumat yoxdur. Lakin dilçiliyin ilk rüşeymləri məhz ən qədim 
mədəniyyət ocağı olan həmin ərazilərdə meydana çıxmışdır. 
Bundan əlavə, nəzəri ədəbiyyatların yoxluğu heç də qədim 
misirlilərin və şumerlərin dil və onun mücərrəd problemləri 
haqqında düşünmədiklərini söyləməyə əsas vermir. Misir-
lilər eramızdan əvvəl III minillikdə Misir fironu IX Amenxo-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
32

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin