Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
27
artmışdır. Elmin başqa sahələri kimi, dilçilik də yüksək in-
kişaf etmiş cəmiyyət uğrunda mübarizədə öz əhəmiyyətini
tam saxlayır. İndiki dövrdə bu elm dövlətin yaxın kömək-
çisidir. Buna görə də dilçilik
elminin əhəmiyyəti dövlət
tərəfindən xüsusi olaraq qiymətləndirilir.
Demək, dilçilik ancaq müəyyən bir dövr və ya dövrlər
üçün faydalı olmayıb, həm dünənin, həm bugünün, həm
də sabahın proqressiv elmlərindəndir. Bu elm, heç şübhə-
siz, cəmiyyətin inkişafı ilə bağlı şəkildə gələcəkdə də xüsu-
si əhəmiyyətə malik olacaqdır.
28
II FƏSİL
DİLÇİLİK ELMİNİN YARANMASI
VƏ İNKİŞAFI
2.01. MƏSƏLƏNİN QOYULUŞUNA DAİR
Hər bir elm insanların həyati, zəruri tələbləri nəticə-
sində yaranır. Bütün elmlərin kökü təcrübə ilə bağlıdır.
Təşəkkül tapan bu və ya başqa elm hər hansı bir faktın öy-
rənilməsi və təsvir edilməsi ilə başlamışdır. Məhz
dilçilik
elmi də təcrübənin nəticəsi olaraq insanların vacib tələblə-
rini ödəmək məqsədilə yaranmışdır.
Dilçilik elminin yaranma tarixindən bəhs edilərkən iki
məsələ – dilçiliyin təşəkkülü və dilçiliyin ayrıca elm kimi
tam müstəqilləşməsi məsələsi bir-birilə qarışdırılmış və
buna görə də dilçiliyin yaranma tarixinə dair iki fikir mey-
dana çıxmışdır. Bunlardan birincisində dilçiliyin yaranma
tarixi XIX əsrdən götürülür, ikincisində isə dilçiliyin hələ
eramızdan əvvəl təşəkkül tapdığı və ayrı-ayrı
dövrlərdə
inkişaf etdiyi göstərilir.
Dilçiliyin tarixini XIX əsrin birinci rübündən götürən-
lər nəyə əsaslanmışlar? Əvvəla, deməliyik ki, bir sıra icti-
mai elmlər, o cümlədən pedaqogika (o vaxt buna tərbiyənin
fəlsəfəsi deyilirdi),
psixologiya, ədəbiyyatşünaslıq, dilçilik
uzun zaman ümumfəlsəfi tədqiqatların hissələri olmuşdur.
Dilçilik məsələləri fəlsəfənin tərkibində əhatə edildiyindən
müstəqil filologiya elm hesab edilmirdi. Bu elm ancaq XIX
əsrdə fəlsəfədən tam ayrılıb müstəqilləşmişdir.
Dilçiliyin tarixini XIX əsrdən hesab edənlərin əsaslan-
dıqları digər amil dilçilikdə müqayisəli-tarixi metodun tət-
biqidir. Dilçiliyin tarixini yaxın dövrdən götürənlər alman
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
29
alimi
Frans Boppun 1816-cı ildə yazılmış
“Sanskrit dilinin
yunan, latın, fars və german dilləri ilə müqayisədə təsriflənmə
sistemi haqqında” əsərini elmi dilçiliyin başlanğıcı, bünöv-
rəsi hesab etmişlər. Frans Bopp müqayisəli-tarixi metodu
dilçilik tədqiqatına geniş tətbiq edərək dil haqqında elmin
inkişafında xüsusi rol oynamışdır. Bu dilçilik metodu dil-
lərin müqayisə yolu ilə öyrənilməsinin mahiyyətini müəy-
yənləşdirmiş, beləliklə də dilçilik
elminə yeni istiqamət
verə bilmişdir. Dilçilik elminin XIX əsrdə yaranması
haqqında mülahizə, əlbəttə, şərtidir, çünki dilçilik elminin
ilk rüşeymləri hələ eramızdan əvvəlki əsrlərlə bağlıdır.
Buna görə də dil haqqındakı elmin yaranma tarixinin XIX
əsrdən başlanması anlayışı düzgün hesab edilə bilməz.
Dilçiliyin tarixini eramızdan əvvəlki dövrdən götür-
mək fikri elmi və məntiqi cəhətdən tamamilə doğrudur.
Məlumdur ki, insanlar hələ
lap uzaq keçmişdə dilin nə
olduğu, onun quruluşu, bir dilin, xüsusən öz ana dilinin
başqa xalqın dilindən fərqlənməsi ilə maraqlandığı dövr-
dən dilçilik elmi tədricən yaranmağa başlamışdır. Belə ki,
dilçilik heç də, bəzilərinin güman etdiyi kimi, gənc elm de-
yil. Onun yaranma tarixi çox-çox qədimdir; bu elmin tarixi
eramızdan əvvəlki əsrlərdən başlayır.
Dostları ilə paylaş: