1. ÜMumi DİLÇİLİk I indd


QƏDİM YUNANISTANDA DİLÇİLİK



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə20/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   16   17   18   19   20   21   22   23   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

4. QƏDİM YUNANISTANDA DİLÇİLİK
Avropa dilçiliyinin bünövrəsi qədim Yunanıstanda 
qoyulmuşdu. Qədim Yunanıstanda bir sıra başqa elmlər 
kimi, dilçilik də yüksək səviyyədə inkişaf etmişdi.
Qədim yunan dilçiliyinin iki inkişaf dövrü olmuşdur: 
a) yunan dilçiliyinin fəlsəfi dövrü, b) yunan dilçiliyinin qram­
matika dövrü.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
44
Birinci dövrdə yunan dilçiliyi dil hadisələrini fəlsəfi 
baxımdan şərh etmişdir. Bu dövr, təxminən, iki əsr davam 
etmişdir. Dilçiliyin fəlsəfi dövründə diqqəti cəlb edən birin-
ci problem əşya ilə onun adı arasında münasibət məsələsi 
olmuşdu. Bu problemin müzakirəsində antik dövrün bir 
sıra görkəmli mütəfəkkirləri, o cümlədən Heraklit, De-
mokrit, Platon və başqaları iştirak etmişlər. Bunlar müxtə-
lif mövqedən çıxış etdikləri üçün məsələnin şərhində iki 
cəbhəyə bölünmüşlər.
Heraklit (eramızdan əvvəl 540–480-ci illər) əşya ilə söz 
arasında bölünməz əlaqə olduğunu göstərirdi. Heraklitin fik-
rinə görə, əşyanın mahiyyəti onun adı olan sözdə aydınlaşır.
Demokrit (eramızdan əvvəl 460–370-ci illər) isə Herak-
litin görüşünün əksini söyləyir. O, sözlə əşya arasında əlaqə 
olmadığını, ona verilən adın şərti məna daşıdığını göstərir.
Qədim yunan dilçiliyində sözlərin təsnifi problemi də 
filosofların diqqətini cəlb etmişdir. Dövrün görkəmli alimi 
Platon (eramızdan əvvəl 427-347-ci illər) dildə mövcud olan 
bütün sözləri məntiqi əsasda iki yerə bölmüşdür: ad və feil.
Platon (Əflatun) ad altında o söz qrupunu nəzərdə 
tutmuşdur ki, onlarda nə isə deyilir və bu sözlər cümlədə 
mübtəda olur. Feil adlanan sözlər isə adda deyiləni təsdiq 
edir.
Nitq hissələri probleminə dair antik dövrün məşhur 
filosofu Aristotel də (eramızdan əvvəl 384-322-ci illər) fi-
kir söyləmişdir. O, Platonun göstərdiyi ad və feil kateqo-
riyasına üçüncü bir nitq hissəsini – bağlayıcını artırmışdır. 
Aristotel ad və feili müstəqil mənalı sözlər; bağlayıcını isə 
qrammatik vəzifə yerinə yetirən söz kimi izah etmişdir.
Ümumiyyətlə, Aristotel “Poetika” və “Ritorika” əsərlə-
rində nitq hissələrini müxtəsər şəkildə izah etmişdir.
Nitq məsələləri ilə stoiklər də məşğul olmuşlar. Xris-

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin