Syuy Şen özünün “Ünsürlər və mürəkkəb işarələr haqqın-
da” adlı məşhur əsərini çin yazısının nəzəri məsələlərinə
həsr etmişdir. Burada heroqliflər əlamətlərinə görə təsnif
olunmuş və bununla bağlı digər bir sıra vacib məsələlər də
aydınlaşdırılmışdır.
Qədim və orta əsrlərdə Çində dilin öyrənilməsi ilə
əlaqədar olaraq üç filoloji sahə yaranmış və inkişaf etdi-
rilmişdir. Bunlardan birincisi və ən qədimi sünqü (sxolas-
tika) idi. Bu elm sahəsi qədim sözlərin izahı və ya sadəcə
olaraq tərcüməsi ilə, eləcə də sözün adlandırdığı qədim
əşyanın təsviri ilə məşğul olmuşdur.
İkinci dilçilik sahəsi yazılı sənədləri, heroqliflərin qu-
ruluşunu və etimologiyasını öyrənməklə məşğul olmuşdur.
Üçüncü dilçilik sahəsi fonetika və ya filologiya idi. Bu
sahə, əsasən, dildə mövcud olan fonetik fərqləri müəyyən-
ləşdirib ortaya çıxarmaqla məşğul olmuşdur. Qədim dilçilər
tərəfindən çin dilində intonasiyanın növləri müəyyənləşdi-
rilmişdir. III əsrdə dilçilər çin dilində hecaya müstəqil vahid
kimi baxmışlar. IV əsrdən başlayaraq Çin dilçiləri fonetik
hadisələr üzərində çoxlu müşahidələr, tədqiqatlar aparmış-
lar. Lakin bu dilçilik sahəsi səslərin tələffüzü mexanizminə,
fizioloji təbiətinə nəzər salmamışdır. Bununla belə, üçüncü
dilçilik sahəsi qədim Çində daha çox inkişaf etmişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
41
Dilçiliyin əsas sahəsi olan qrammatika isə Çində yalnız
XVIII əsrdən inkişaf etmiş və tədricən sxolastikadan ayrılma-
ğa başlamışdır. Bu o deməkdir ki, Çin dilçiliyinin əsas obyekti
nitq deyil, heroqliflər olmuşdur. Heroqliflərin isə xüsusi iza-
hat tələb edən formaları, oxunuşu və mənaları vardır.
Çin dilçisi Van Li Çin dilçiliyi tarixini üç dövrə böl-
müşdür. Birinci dövrdə dilçilik, əsasən, sxolastik baxım-
dan öyrənilmiş, ayrı-ayrı fonetik hadisələr dini ehkamlar
əsasında tədqiq olunmuşdur. İkinci dövrdə – yeni eranın
V əsrində Çində fonetik araşdırmalar ön plana çəkilmiş-
dir. Çin dilçiliyinin üçüncü dövrü eramızın XVII əsrinə tə-
sadüf edir. Bu əsrin ortalarından başlayaraq (Tsin sülaləsi
dövründə) Çində həmin üç dilçilik sahəsi paralel şəkildə
inkişaf etdirilir.
Çin dilinin fonetikasını öyrənmək tarixi də, öz növbə-
sində, üç mərhələyə bölünür. Birinci dövr fonetik lüğətlə-
rin meydana çıxmasından, ikinci dövr isə fonetik cədvəllər
tərtib olunduğu dövrdən başlayır; üçüncü mərhələ Çin
dilçiliyinin üçüncü inkişaf mərhələsi ilə eyni vaxta düşür.
XVII əsrə təsadüf edən bu dövrdə çin dilinin tarixi foneti-
kasının tədrisinə xüsusi fikir verilir. Burada əsas məqsəd
unudulmuş fonetik əlamətləri bərpa etməkdən ibarət ol-
muşdur. Eramızdan əvvəl V–III əsrlərdə Çində dilə aid xü-
susi risaləyə təsadüf olunur. O zaman, qədim Hindistanda
və Yunanıstanda olduğu kimi, dilçiliklə yalnız filosoflar
məşğul olurdular. Çin filosofları arasında əsas mübahisə
sözün adlandırdığı əşyaya, hərəkətə münasibəti ətrafın-
da keçirdi. Konfutsilər və onların davamçıları belə hesab
edirdilər ki, sözün mənası onun adlandırdığı əşya və ya
hərəkətə uyğun gəlməlidir. Məsələn, onların fikrincə, “yol
ona görə belə adlanır ki, biz onun üstündə yeriyirik; əşya-
lar ona görə belə adlanır ki, onların mahiyyəti belədir. Pis
və ya yaxşı davranış yoxdur və s.”
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
42
Eramızdan əvvəl III əsrdə yaşamış Syun Kuan belə
hesab edirdi ki, əşya adları razılıqla müəyyənləşdirilir və
adətə görə onlar möhkəmlənir, vərdişə çevrilir.
Dilçiliklə əlaqəsi olan ən qədim Çin kitabı “Şi çjqou
Nyan”dır. Yazılış tarixi çox mübahisəli olan bu kitabın era-
mızdan əvvəl 221-ci ildə meydana gəlməsi haqqında mü-
lahizəyə tərəfdar çıxanlar daha çoxdur.
Qədim Çin dilçiləri lüğətçilik sahəsində də böyük iş-
lər görmüşlər. Çinlilər müxtəlif tip lüğətlər yaratmağa, o
cümlədən ensiklopedik lüğətlərin hazırlanmasına xüsusi
əhəmiyyət vermişlər. Şeirləri düzgün oxuya bilmək üçün
qafiyə lüğətləri tərtib etmişlər. Bunlarla yanaşı, eramızın II
əsrində Lyu Si “Şilmin” (“Adların izahı”) adlı lüğət tərtib
etmişdir ki, orada etimologiya və semasiologiya məsələlə-
rinə xüsusi yer verilmişdir.
Eramızdan əvvəl III əsrdə meydana çıxan və II əsrdə
əlavələrlə zənginləşdirilən “Er ya” adlı izahlı çin dili lüğə-
tidir. Əsasən Xan dövründə yazılmış olan bu lüğətdə söz-
lər mənalarına görə qruplaşdırılmışdır.
Xan sülaləsi dövründə Çində həqiqi mənada lüğətlər
tərtib olunur. Bunlardan birincisi “Fan yan” adlı lüğətdir.
Çin leksikoqrafiyası tarixində “Şo ven tsze tszı” əsəri
diqqəti xüsusi cəlb edir. Qısa şəkildə “Şo ven” adlanan bu
lüğəti Syu Şen eramızın əvvəllərində yazmış, 100-cü ildə ta-
mamlamışdır. Bu lüğət ilk dəfə bütün Çin heroqliflərini əhatə
etmişdir. Həmin lüğətdə müəllif təkcə heroqliflərin mənaları-
nı izah etməklə məhdudlaşıb qalmamış, eyni zamanda onla-
rın quruluşunu və mənşəyini də izah etmişdir. Maraqlıdır ki,
Syu Şen bir çox heroqliflərin qarşısında onların adlandırdıq-
ları əşyaların şəklini də vermişdir. Məsələn, “ma” – “at” (at
şəkli çəkilib), şan – “dağ” (qarşısında dağ şəkli çəkilib).
Xan sülaləsindən sonra Çində fonetika tezliklə dilçili-
yin əsas tədqiqat obyektinə çevrilir. Bu zaman əsas diqqət
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
43
qafiyəli lüğətlərin tərtibi məsələsi üzərinə yönəldilir. Bu
dövrdə buddizmin Çində yayılması hind mədəniyyətinin
müəyyən dərəcədə çinlilər arasında yayılmasına səbəb
oldu. Həmin dövrə qədər Çin lüğətçilərini yalnız heroqlif-
lərin yazılışı və mənası maraqlandırırdı, tələffüzə heç bir
fikir vermirdilər. Beləliklə, Çində qafiyəli lüğətlərin tərti-
bi üçün geniş meydan açıldı. Bu sahədə Çində poeziyanın
geniş inkişafı da böyük rol oynadı. Həmin tipli lüğətlərə
Li Danın “Şen ley” (“Səslərin kateqoriyası”) əsərini, Lyuy
Tszinin “Yun tezi” (“Qafiyələr toplusu”) əsərini (300-cü il),
Lu Fayanın 601-ci ildə yazdığı “Tse yun“ (“Qafiyələrin doğ-
ranması”) əsərini və s. göstərmək olar.
Çində səslərin düzülüşünə görə də lüğətlər tərtib
edilmişdir. Bu cür lüğətləri ilk dəfə budda abbatı İouven
tərtib etmişdir. İouven həmin lüğəti hind əlifbasının sıra-
sına görə qurmuşdur. O, ilk dəfə dilucu samitləri, dilortası
samitləri, qoşadodaq samitləri ilə başlayan sözləri ayrıca
olaraq qruplaşdırır.
XII əsrdə Çində ilk dəfə fonetik cədvəllər meyda-
na çıxır. “Yun tszin” (“Qafiyələrin güzgüsü”) adlanan bu
cədvəlin müəllifi məlum deyil. Yazılış tarixi 960-cı ilə aid
edilən həmin cədvəl 1161-ci ildə nəşr edilmişdir.
Ümumiyyətlə, Çin dilçiliyindən bəhs edərkən qeyd
etməliyik ki, o, dünya dilçiliyi tarixində müəyyən rol
oynamışdır.
Dostları ilə paylaş: |