1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə1/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
  1   2   3   4   5   6   7   8   9   ...   250
1. ÜMUMİ DİLÇİLİK I



SEÇİLMİŞ ƏSƏRLƏRİ
Ümumi dilçilik
AFAD QURBANOV
I cild






Afad Qurbanov
(1929–2009)
Beynəlxalq və milli akademiyaların akademiki,
Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və
ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və
Azərbaycan Onomastika Elmi Məktəbinin banisi



Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin
121 saylı 07 mart 2019-cu il tarixli sərəncamı ilə çap olunur.
Afad Qurbanovun “Seçilmiş əsərləri“ toplusunun
hazırlanması üzrə məsul şəxslər:
Akademik İsa Həbibbəyli
Akademik Kamal Abdullayev
Akademik Nizami Cəfərov
Akademik Möhsün Nağısoylu
Akademik Yaqub Mahmudov
Afad Qurbanov. Ümumi dilçilik. I cild (3 cilddə). Bakı, 2019, 448 səh.
Kitabın bu nəşri də Azərbaycan Respublikası Təhsil 
Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazıl-
mışdır. Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi 
nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydın-
laşdırılır. Bütün məsələlər müxtəlif sistemli dillərin materi-
allarından götürülmüş faktlar əsasında təhlil olunur.
Universitet tələbələri üçün nəzərdə tutulmuş bu dərs-
likdən müəllim, magistr, aspirant, dissertant, elmi işçi və 
eləcə də dilçiliklə maraqlanan hər bir insan faydalana bilər.
Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, in-
gilis və fransız dillərində nəşr olunmuşdur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfin-
dən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr.
ISBN 9 789952 835908
© Azərbaycan Milli Elmlər Akademiyası, 2019
www.afadgurbanov.az


5
Görkəmli dilçi alim Afad Qurbanov vətənimizi və ana 
dilimizin şöhrətini ucaltdığı kimi, özü da ucalmış, alimli-
yin kamillik zirvəsini fəth etmişdir. O, elmin çox nadir si-
malarına müyəssər olan geniş diapazonlu alim olmuşdur. 
Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və 
əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı 
dilçilik elminin korifeyi kimi görkəmli dilçilər Kononov, 
Şerbak, Tenişev, Baskakov, Budaqova, Şirəliyev, Dəmir-
çizadə və başqaları ilə bir sırada çəkilir. Professor Afad 
Qur banov elmi məktəb yaratmış və yazdığı çoxsaylı elmi 
əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dil çi-
lə rimiz dəndir.
Azərbaycan dilçilik tarixində ümumi dilçiliyə aid 
müxtəlif tipli əsərlər yazılmasına baxmayaraq, dilçiliyin bu 
sahəsi ölkəmizdə konseptual səviyyəyə yüksələ bilməmiş, 
kitablar qəliz dildə yazılmış və ümumi dilçiliyin sahələri 
tam əhatə olunmamışdır. Azərbaycan dilçiliyində ümum-
dilçilik problemləri sahəsindəki ilk sanballı elmi araşdır-
malar Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, 
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya 
elmləri doktoru, professor Afad Qurbanovun adı ilə bağlı-
dır. O, ümumi dilçilik sahəsinə dair davamlı olaraq tədris 
proqramları, kitablar, dərsliklər, dərs vəsaitləri yazmışdır 
(“Ümumi dilçilik məsələləri” dərs vəsaiti [1972], “Dilçili-
yin sistemi”, “Dilçiliyin tarixi” əsərləri [1976], “Ümumi dil-
ÖN SÖZ


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
6
çilik” dərsliyi [1977], ikicildlik “Ümumi dilçilik” monoqra-
fiyası [1989, 1993, 2004]).
A.Qurbanovun 1977-ci ildə çap olunmuş “Ümumi dil-
çilik” adlı dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələ-
ri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük 
əhəmiyyətə malikdir. Bu əsər keçmiş SSRİ məkanında müs-
bət əks-səda doğurmuşdur. Əsər Jdanov adına Leninqrad 
Dövlət Universitetinin professoru, ümumi dilçilik sahəsində 
görkəmli mütəxəssis professor V.Koduxov tərəfindən yük-
sək qiymətləndirilərək, orada ümumdilçilik məsələlərinin 
tam əhatə olunduğu, müəllifin bir çox orijinal fikir və müla-
hizələr söylədiyi qeyd edilmişdir. Bu, əslində, Afad Qurba-
novun ilk kitabdan ümumi dilçilik sahəsində öz dəsti-xətti, 
elmi konsepsiyası olduğunun təsdiqi idi.
Əsər uzun illərin sınağından uğurla çıxdıqdan sonra müəl-
lif onun üzərində təkmilləşdirmə işi apararaq 1989 və 1993-cü 
illərdə dünya dilçiliyinin ən aktual problemlərini işıqlandıran 
60 çap vərəqi həcmində ikicildlik fundamental “Ümumi dilçi-
lik” dərsliyini nəşr etdirmişdir. Afad Qurbanovun ümumi dil-
çiliyin bütün sahələrini əks etdirən bu əsəri Azərbaycanın ali 
təhsil müəssisələrində 20 ildən artıq müddət ərzində istifadə 
olunan yeganə dərslik olaraq qalmaqdadır.
A.Qurbanov həmin dərsliyində dilçilik elminin ya-
ranması və inkişaf tarixi, nəzəri dilçiliyin əsas şöbələri – 
fonetika, leksikologiya, frazeologiya, semasiologiya, ono-
malogiya, etimologiya, sözyaratma, habelə morfologiya və 
sintaksis haqqında ümumi dilçilik aspektində bəhs etmiş, 
tətbiqi dilçiliyin əsas şöbələri, qrafika, orfoqrafiya, orfo-
epiya, leksikoqrafiya, tərcüməşünaslıq haqqında məlumat 
vermişdir.
İkicildlik “Ümumi dilçilik” əsərində A.Qurbanov 
ümum dilçilik problemlərindən olan dünya dillərinin ge-
nealoji bölgüsündə özünəməxsus bir mövqe tutaraq dünya 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
7
dillərinin təsnifinə dair yeni bölgü vermişdir. Onun Altay 
dilləri ailəsi haqqındakı təsnifi bir sıra cəhətlərinə görə dün-
yada yeni, orijinal bölgü hesab olunur. Müəllifin yaradıcı-
lığında Altay dilləri ailəsində türk dillərinin mövqeyi yeni 
istiqamətdə aydınlaşdırılır və ilk dəfə 20-yə qədər dil ailəsi 
haqqında sistemli elmi məlumat verilir. Ümumiyyətlə, onun 
bu dil ailəsinin türk dilləri, monqol dilləri, mancur dilləri, 
tunqus dilləri qruplarından və yapon, koreya dillərindən 
ibarət olmasını göstərməsi elmi cəhətdən yenilikdir.
Eyni zamanda, dilçilik üçün ən çətin və maraqlı prob-
lemlərdən olan dünya dilçiliyinin inkişaf tarixinin dövrləş-
dirilməsi yeni aspektdə verilmiş və inandırıcı təsnifat irəli 
sürülərək dövrləşdirmə düzgün şəkildə əsaslandırılmışdır.
Bununla yanaşı, türk dilləri qrupunun yarımqrupları-
nın dəqiqləşdirilməsində də müəyyən faydalı mülahizə və 
konsepsiyalar irəli sürülmüşdür. Müəllif dilçilik elminin 
yaranması və inkişafı tarixindən yazaraq qədim Hind, Çin, 
Yunan, Roma dilçiliyi ilə yanaşı, haqlı olaraq, rus müəllif-
lərinin nüfuz edə bilmədikləri Şərq dilçiliyindən, onun Xə-
lil ibn Əhməd əl-Fərahidi, Sibaveyhi, Əbu Əli ibn Sina kimi 
nümayəndələrdən bəhs etmişdir.
A.Qurbanovun orta əsr dilçiləri sırasında Mahmud 
Kaşqarlıya geniş yer verməsi və onu türk dilçisi hesab etməsi 
təqdirəlayirdir. A.Qurbanovun orijinal mövqeyi onda özünü 
göstərir ki, bir sıra alimlər ərəbcə yazdığı üçün M.Kaşqarlını 
ərəb dilçiliyi nümayəndəsi hesab etdikləri halda, o, Kaşqarlının 
türk oğlu olub, əsərlərini türk dillərinə həsr etdiyini göstərir.
Müəllifin İntibah dövründə dilçiliyin inkişaf istiqamət-
ləri haqqındakı üç bənddən ibarət mülahizəsi bəzi alimlə-
rin fikrini alt-üst etmişdir. Belə ki, B.Qolovin “B Eвpone 
средние века не дали ничего нового в лингвистике” 
(“Avropada Orta əsrlərdə linqvistikada heç bir yenilik ol-
mamışdır”) deyərək orta əsrlər və Renessans dövründə bir 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
8
neçə lüğətin adını çəkdiyi halda, Afad müəllim o dövrün 
dilçiliyi haqqında geniş və ətraflı məlumat vermişdir.
Əsərdə qeyd olunmuş “Dil və düşüncə”, “Dil və nitq”, 
“Dil və norma”, “Dil və üslub”, “Dil və mədəniyyət”, “Dil 
və cəmiyyət”, “Dil və siyasət”, “Dil və kontakt”, “Dil və 
universallıq”, “Vahid ümumdünya dili”, “Dil tədqiqinin 
mər hələləri və metodları”, “Transkripsiya və transliterasi-
ya problemləri” də yeni baxımdan şərh olunmuşdur.
Müəllif dilin mənşəyi kimi vacib bir problemi kitabına 
daxil etmişdir. Hələ XIX əsrdə Paris Beynəlxalq Linqvistlər 
Cəmiyyəti belə hesab edirdi ki, dilin mənşəyi məsələsi izah-
edilməzdir, buna görə də ona heç toxunmaq lazım deyil. Afad 
Qurbanov əsərində fransız dilçisi Vandriyesin və Amerika 
dilçisi Eduard Sepirin də dilin mənşəyi barəsindəki fikirlərini 
göstərərək cəsarətlə onlara qarşı çıxır və deyir: “Dilin mənşəyi 
məsələsinin dilçilikdən kənar məsələ olduğunu söyləyənlər, 
şübhəsiz ki, bu problemin son dərəcə çətin və çoxcəhətli ol-
duğuna əsaslanmışlar. Dilin əmələ gəlməsi nə qədər çətin və 
mürəkkəb olsa da, bunu dilçiliyin problemləri sırasından xa-
ricdə düşünmək olmaz. Çünki dil dilçilik elminin obyektidir. 
Dilin əmələ gəlməsinin tam həqiqi və elmi şərhi məhz müvafiq 
elmlərin qarşılıqlı tədqiqatları əsasında mümkün olacaqdır”.
Bəhs etdiyimiz “Ümumi dilçilik” kitabı elm və təhsil sis-
temimiz üçün nə qədər əhəmiyyətli olsa da, Afad müəllimi 
qane etməmişdi. Buna görə də müəllif həmin kitab üzərində 
yenidən işləyib həcmcə iki dəfə ondan böyük və sanballı bir 
əsər ortaya qoyaraq, onun 2004-cü ildə latın qrafikası ilə nəşr 
etdirilməsinə nail olmuşdur. Bu kitabda alimin apardığı bü-
tün ümumdilçilik tədqiqatları öz əksini tapmışdır.
A.Qurbanovun ali məktəblərdə tədris olunan bir çox 
dilçilik fənninin (ümumi dilçilik, türkoloji dilçilik, Azərbay-
can nitq mədəniyyəti, bədii mətnin linqvistik təhlili, ono-
malogiya və s.) müəyyənləşdirilib formalaşdırılmasında 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
9
müstəsna xidmətləri olmuşdur. O, ilk dəfə olaraq respublika 
ali məktəblərində tədris olunan dilçilik fənlərini qruplaşdır-
mış və onların tədrisində bir sistem yaratmağa nail olmuş-
dur. A.Qurbanov dilçilik fənlərini iki böyük qrupa ayırmış-
dır: ümumdilçilik fənləri (ümumi dilçilik və dilçilik tarixi) 
və xüsusi dilçilik fənləri (tarixi-linqvistik fənlər, müasir dil 
fənləri, üslubi linqvistik fənlər, ortoloji linqvistik fənlər).
Bununla yanaşı, A.Qurbanovun 1962-2009-cu illər ər-
zində ali məktəblər üçün dilçiliyin müxtəlif sahələri ilə bağlı 
tərtib etdiyi tədris proqramları və çalışmalar xüsusilə diqqəti 
cəlb edir. Onun hazırladığı tədris proqramları və çalışma-
lar Azərbaycan dilinin, türk dilçiliyinin və ümumi dilçiliyin 
müəyyən sistem və ardıcıllıqla, elmi əsaslarla öyrənilməsində 
əhəmiyyətli rol oynamışdır. Bu proqram və çalışmalardan ali 
məktəblərdə uzun illər geniş istifadə olunur, müəllimlər və 
tələbələr onlardan dəyərincə faydalanırlar. Həmin proqram-
larda dilçiliyin tədrisi sahəsində mövcud olan dolaşıq, mü-
bahisə doğuran məsələlər dürüstləşdirilmiş, onlara aydınlıq 
gətirilmişdir. Beləliklə, A.Qurbanovun 45 ildən artıq bir müd-
dət ərzində ölkədə təhsilin, o cümlədən “Ümumi dilçilik” 
fənninin tədrisinin təşkilində böyük xidmətləri olmuşdur.
“Ümumi dilçilik” əsərində dünya dilçiliyinə və türk 
dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sü-
rüldüyündən bu kitab türk, rus və ingilis dillərinə tərcümə 
olunmuş və xarici dilçi alimlərin, o cümlədən geniş oxucu 
kütləsinin böyük marağına səbəb olmuşdur.
Afad Qurbanov ümumi dilçilik sahəsində əldə etdiyi 
elmi nailiyyətləri ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya 
dilçiliyinin və türkoloji dilçiliyin inkişafına öz tarixi töhfə-
sini vermişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin