0.03. “ÜMUMİ DİLÇİLİK” FƏNNİNİN HƏCMİ
VƏ QURULUŞU
Ümumi dilçiliyin əsaslarını başlıca olaraq aşağıdakı
problemlər təşkil edir: dilçilik bir elm kimi və onun obyek-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
16
ti, dilçiliyin elmlər sistemində yeri, başqa elmlərlə əlaqə-
si, sahələri, şöbələri; dilin mahiyyəti, təbiəti, işarəviliyi,
sistemliliyi, onun inkişaf qanunları, dünya dilləri, dillərin
təsnifi, dil ilə təfəkkürün vəhdəti, dil və nitqin münasibəti,
dilin üslub müxtəlifliyi, dillə cəmiyyətin əlaqəsi, yazının
mənşəyi, dilin tədqiqat metodları və sair.
Universitetlərin tələbələri üçün hazırlanmış bu kitab-
da, əsasən, seçmə-sistemləşdirmə, seçmə-dərinləşdirmə
prinsiplərindən istifadə olunmuşdur. Seçmə-sistemləş-
dirməyə dilçiliyin şöbələri bəhsini misal göstərmək olar.
Məlumdur ki, dilçiliyin şöbələri ayrı-ayrı dilçilik fənlə-
rinin tədrisi prosesində şərh olunur. Lakin bütövlükdə
heç bir fəndə şöbələr tam şəkildə təsvir edilmir. “Ümumi
dilçilik” fənnində şöbələrin belə sistemləşdirilməsi tələ-
bələrdə dilin sistem xarakterdə olduğu qənaətini bir daha
möhkəmləndirir.
“Ümumi dilçilik” fənninin xarakterik cəhətlərindən
biri onun orta məktəblə əlaqəsidir. Məlum olduğu üzrə,
orta məktəbin yeni proqramında ümumi dilçiliyin bəzi
problemlərindən (dilin əmələ gəlməsi, dilçiliyin şöbələri,
yazının inkişafı...) şagirdlərə bilik verilməsi nəzərdə tutul-
muşdur. Həmin problemlərin əksəriyyəti dərslikdə geniş
şərh olunur ki, bu da tələbələrin – gənc filoloq müəllimlə-
rin orta məktəblər üçün daha yüksək ixtisaslı mütəxəssis
kimi hazırlanmasına xidmət edir.
“Ümumi dilçilik” fənnində hansı problemlərin seçilib
öyrədilməsi ilə yanaşı, problem ardıcıllığı, fənnin qurulu-
şu da çox vacib hesab edilən məsələlərdəndir. Buna görə
də “Ümumi dilçilik”də əvvəlcə dilçiliyin ümumi problem-
lərindən, dilin xüsusiyyətlərindən, sonra dillə əlaqədar
məsələlərin nəzəri əsaslarından və daha sonra dilçiliyin
metodlarından bəhs olunur.
|