1. ÜMumi DİLÇİLİk I indd


tipp (eramızdan əvvəl 280-206-cı illər) və Krates



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə21/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   17   18   19   20   21   22   23   24   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

tipp (eramızdan əvvəl 280-206-cı illər) və Krates (eramız-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
45
dan əvvəl II əsrdə) dil məsələlərinin şərhinə ciddi fikir ver-
mişlər. Stoiklərin fəlsəfi məktəbi nitq hissələri haqqındakı 
görüşləri davam etdirərək daha iki nitq hissəsi (zərf və 
artikl) müəyyənləşdirmişdir. Stoiklər ismi iki yerə bölüb 
(xüsusi və ümumi isim) bunları müstəqil nitq hissəsi ad-
landırmaqda səhv etmişlər. Onlar bütün nitq hissələrinin 
mənalı (konkret məna) olduğunu göstərmişlər. Stoiklər 
qrammatika sahəsində xeyli iş görmüşlər. Belə ki, ismin 
beş halını müəyyən etmiş və hər bir hala xüsusi ad vermiş-
lər. Bundan əlavə, daxili nitq və xarici nitq deyə nitqin iki 
formasını fərqləndirmişlər.
Əşya ilə onu adlandıran söz arasında bölünməz bir 
əlaqə olduğunu sübut etməyə çalışan stoiklər etimolo-
ji araşdırmalara çox mühüm yer vermişlər. Ona görə də 
dilçilik elmində stoikləri çox vaxt etimoloji tədqiqatın atası 
hesab edirlər.
Qədim yunan dilçiliyinin yüksək inkişaf zirvəsi onun 
ikinci dövrü, yəni qrammatika dövrü hesab edilir. Bu dövr 
yunan dilçiliyi tarixində, eyni zamanda, İsgəndəriyyə dövrü 
də adlandırılır.
Məlum olduğu kimi, eramızdan əvvəl yunan qulla-
rının bir hissəsi qaçıb İsgəndəriyyədə sığınacaq tapmışdı. 
İsgəndəriyyə o dövrdə böyük mədəni və elmi mərkəz idi. 
Bu elmi mühit yunan alimlərinin yetişməsinə xüsusi imkan 
yaratmışdı. O zaman Yunanıstanın yuxarı təbəqəsində belə 
bir fikir var idi ki, elmlə, poeziya ilə məşğul olmaq yalnız cə-
miyyətin aşağı təbəqəsinə xasdır. Ona görə də qədim Yuna-
nıstanda başqa elmlərlə, bədii yaradıcılıqla yalnız cəmiyyə-
tin aşağı təbəqələri, xüsusilə hüquqsuz qullar məşğul idilər.
Beləliklə, eramızdan əvvəl III və II əsrlərdə İsgəndə-
riyyədə yunan qrammatiklərinin məktəbi yaranmışdı. Bu 
məktəbin başçısı Aristarx (eramızdan əvvəl 215–143-cü il-
lər) öz şagirdləri ilə birlikdə klassik yunan ədəbiyyatının 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
46
dili üzərində böyük işlər aparmışdır. Onun şagirdi Dioni-

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin