Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
57
F tip li səslərin tələffüzünə toxunur, bunları qeyri-millət-
lərin nümayəndələrinin tələffüz edə bilmədiyini göstərir.
Mahmud Kaşqarlı ilk dəfə olaraq türk dillərində
ahəng
qanununun olmasını aşkar etmişdir. O, dildə saitlərin sait-
lərlə, saitlərin samitlərlə və hətta samitlərin samitlərlə hə-
mahəngləşdiyi halları incəliyi
ilə qeyd edə bilmişdir
1
.
Mahmud Kaşqarlının fonetikaya dair fikirləri türk dil-
lərinin tarixi fonetikasını yaratmaqda ən yararlı mənbədir.
III. Türk dillərinin lüğəvi vahidləri və onların seman-
tikasına aid məlumat. Mahmud Kaşqarlı
bu əsərində,
əsasən, Orta Asiyadakı türk dillərinə aid minlərlə lüğəvi
vahid toplamışdır. Tədqiqatçı
lüğətə xalis türk mənşəli
sözləri daxil etməyi nəzərdə tutmuşdur. Sözlər qeydə alı-
nanda və onun elmi şərhi verilərkən həmin leksik vahidin
hansı dilə mənsub olduğu və necə işləndiyi göstərilir.
Lüğətə daxil edilmiş sözlər
insan fəaliyyətinin müxtə-
lif sahələri ilə bağlıdır. Buna görə də bu əsər hər hansı bir
sahənin deyil, türk xalq dillərinin əhatəli lüğətidir. Mahmud
Kaşqarlı lüğətdə sözləri şərh edərkən onların semantik cəhə-
tini nəzərdən qaçırmır, bu və ya başqa lüğəvi vahidin hansı
mənanı ifadə etdiyini nümunələr əsasında aydınlaşdırır.
Lüğətdə leksik material
şərh edilərkən diqqəti cəlb
edən məsələlərdən biri də sözlərin hərfin sayına görə (iki,
üç, dörd, beş, altı hərfli sözlər) qruplaşdırılmasıdır
2
. Bu
məsələdə ərəb yazısının xüsusiyyətləri əsas götürüldüyün-
dən sözlərin çoxunda səslə hərfin miqdarı qeyri-bərabərdir.
Məsələn,
dörd hərfliyə yağmur sözü misal göstərilmişdir.
Dostları ilə paylaş: