Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
60
lastikaya əsaslanılırdı. Mexaniki olaraq latın dilinin xüsu-
siyyətləri başqa dillərin üzərinə köçürülürdü.
Buna görə
də ayrı-ayrı dillər öz müstəqilliyindən istər-istəməz uzaq-
laşırdı. Latın dilinin xüsusiyyətlərinə
uyğun gəlməyən
milli dil cəhətləri isə əhəmiyyətsiz əlamət kimi yavaş-ya-
vaş unudulurdu ki, bu, həmin dillərin varlığına öz mənfi
təsirini göstərirdi.
Qərbdə orta əsrlər dilçiliyinin
mərkəzi universitet-
lər idi. Məlumdur ki, XI-XII əsrlərdən başlayaraq Avropa
ölkələri arasında iqtisadi əlaqələr get-gedə çoxalırdı. Bu
əlaqələr hər bir sahədə dərin bilik tələb edirdi. Buna görə
də bir sıra ölkələrdə universitetlər yaranırdı. XI əsrdə İta-
liyadakı Salernoda, XII əsrdə Parisdə (1110), Oksfordda
(1167), XIII əsrdə Kembricdə (1209),
XIV əsrdə Praqada
(1386) universitet təşkil olunmuşdu. Universitetlərin tədris
planına katolik kilsəsi tərəfindən nəzarət edilirdi.
Ümumiyyətlə, katolik kilsəsi əsrlər boyu təhsilə rəh-
bərlik etmiş və onu öz monopoliyasında saxlamışdır.
Universitetlərdə bir sıra antik yazıların öyrənilməsinə
icazə verilirdi. Bu və ya başqa görkəmli yazıçının əsərlə-
rinə verilən kommentariya dilçilik işinin əsas forması idi.
Orta əsrlərdə xristianlığın yayılması
ilə əlaqədar bir
sıra xalqların yazısı meydana çıxmışdı. Bununla əlaqədar
bəzi dillərin xüsusən qrammatik quruluşunu öyrənməyə
maraq göstərilmişdir. Lakin bütün bunlar dilçilik elminə
yeni fikirlər əlavə edə bilməmişdi.
Nəhayət, deməliyik ki, orta əsrlərdə dil haqqında el-
min lideri ərəb dilçiliyi olmuşdur. Bu dilçilik, yəni geniş
mənada Şərq dilçiliyi İntibah dövrünün proqressiv dilçilik
elmi üçün ən faydalı mənbələrdən birini təşkil etmişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
61
Dostları ilə paylaş: