1. ÜMumi DİLÇİLİk I indd


YENİ DÖVRDƏ DİLÇİLİYİN İNKİŞAFI



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə39/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   35   36   37   38   39   40   41   42   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2.06. YENİ DÖVRDƏ DİLÇİLİYİN İNKİŞAFI
Cəmiyyət tarixində təkcə XIX əsrin bir dövr, özü də 
yeni dövr adlandırılması heç də təsadüfi deyil. XIX əsr hər 
cəhətdən özündənqabaqkı dövrlərdən fərqlənir. Bu dövr 
elmdə də tamamilə yeni və əzəmətli dövrdür.
Tarixdən məlum olduğu kimi, XVIII əsrin sonunda 
Qərbi Avropanın inkişaf etmiş bir sıra ölkələrində kapita-
lizm quruluşu qələbə çalmağa başlamışdı. XIX əsrdə ka-
pitalizm şəraiti elmdə, o cümlədən dilçilikdə də kökün-
dən çevriliş əmələ gətirmişdir. Əgər yeni dövrə qədərki 
1
Bəzi alimlər, o cümlədən Fridrix Şlegel sanskriti ulu hind-Avropa dili hesab etmiş və 
hind-Avropa dilləri ailəsinə aid olan bütün dillərin bu dildən yarandığını söyləmişlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
70
dilçilikdə ancaq kommentariyalar hazırlamaqla, normativ 
qrammatikalar, lüğətlər yaratmaqla kifayətlənilirdisə, XIX 
əsrin yeni ictimai şəraiti bununla razılaşmamış və müqa-
yisə yolu ilə qohum dillərdən hər birinin tarixini dərindən 
açmağı qarşıya məqsəd qoymuşdur. XIX əsrdə qohum 
dilləri quruluşuna görə müqayisə etmək əsasında bir sıra 
müqayisəli qrammatikalar meydana çıxmışdı.
Dilçiliyin tarixində XIX əsr öz mündəricatına görə çox 
zəngindir. Demək olar ki, bu əsrin hər rübü, hətta hər ili 
belə xüsusi nailiyyətlərə malikdir.
1. XIX ƏSRİN ƏVVƏLLƏRİNDƏ DİLÇİLİK
XIX əsrin əvvəllərində dilçilik dedikdə əsrin 30-cu il-
lərinə qədərki dövr nəzərdə tutulur. Əsrin bu illərində dil 
haqqında elmin tarixi bir neçə cəhətdən əlamətdardır.
Əsrin başlanğıcında dilçilik məsələləri. XIX əsrin 
başlanğıcında dilin fəlsəfəsinə və qrammatik təhlilinə 
dair bir sıra əsərlər meydana çıxmışdır ki, bunlar dilçilik-
də yeni dövrün bünövrə daşlarını təşkil edirdi. Belə əsər-
lərdən A.F.Bernqardın (1769–1820) “Dil haqqında təlim“ 
(1801–1803) və “Dilçiliyin ilk əsasları” (1805) adlı əsərlərini 
göstərmək olar
1
.
A.F.Bernqard dilin öyrənilməsinin iki aspektini mü əy yən 
etmişdir: tarixi və fəlsəfi aspekt. O, dilin öyrənilməsində bun-
lardan fəlsəfi aspekti başlıca hesab edirdi. A.F.Bernqardın əsər-
lərində dilçiliyin bir sıra mühüm məsələlərinə toxunulmuşdur. 
Onun dilçilik ideyalarının XIX əsrin görkəmli dilçilərindən 
Frans Boppa və Vilhelm Humboldta böyük təsiri olmuşdur.
XIX əsrin başlanğıcında diqqəti cəlb edən ən mühüm 
dilçilik tədqiqatlarından biri də Fridrix Şlegelin (1772–1829) 
1
В.А.Звегинцев. История языкознания XIX и XX веков в очерках и извлечениях. Часть 
I, М., 1960, C. 23-24.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
71
“Hindlilərin dili və hikməti” adlı əsəri olmuşdur. 1808-ci 
ildə yazılmış bu əsərdə Fridrix Şlegel sanskrit dilindən 
bəhs edərkən onu ideal dil adlandırır. O, romantizmin nü-
mayəndəsi kimi digər hind-Avropa dillərinin sonradan san-
skritdən yarandığı ideyasını söyləyir
1
. Hind-Avropa dillə-
rinin bir mənbədən, yəni sanskritdən yarandığı fikri əksər 
alimlər tərəfindən qəbul edilməmişdir, çünki sanskrit ulu 
dil deyildir.
F.Şlegel sanskrit dili ilə yunan, latın, fars və alman dil-
lərinin yaxın olduğunu göstərmişdir. Bu dillər arasındakı 
qohumluğun həm söz köklərində, həm də qrammatik qu-
ruluşda olduğunu izah etmişdir.
F.Şlegel ilk dəfə olaraq dünya dillərinin morfoloji təs-
nifini vermişdir. Onun bu bölgüsü sonra XIX və XX əsrlə-
rin ən görkəmli alimləri tərəfindən qəbul olunmuşdur. Şle-
gel dillərin müqayisəli öyrənilməsi zəruriliyini qeyd etmiş 
və öz əsərində ilk dəfə olaraq “müqayisəli qrammatika” 
terminini işlətmişdir
2
.
F.Şlegelin “Hindlilərin dili və hikməti” adlı əsəri elmi 
dilçiliyin inkişafında böyük rol oynamışdır. Burada bir çox 
nəzəri problemlər qoyulmuş, dilçiliyin müxtəlif məsələlə-
rinə dair maraqlı fikirlər irəli sürülmüşdür. Bu əsər, hər 
şeydən əvvəl, müqayisəli qrammatika ideyasını geniş yay-
mış və bir sıra bu tipli qrammatikaların yaranmasına səbəb 
olmuşdur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin