Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
55
rənilməsində müqayisəli metodu tətbiq etməsi yalnız tür-
kologiya üçün deyil, ümumiyyətlə,
dünya dilçiliyi tarixində
də xüsusi əhəmiyyətə malikdir.
Əsərdə türk dillərinin həm
fonetik sisteminə, həm lüğət tərkibinə, həm də qrammatik
quruluşuna dair materiallar müqayisə edilmişdir
1
. Müqa-
yisə metodundan istifadə nəticəsində Mahmud Kaşqarlı
türk dillərinə məxsus bir sıra əlamət və xüsusiyyətləri elmi
əsasda meydana çıxara bilmişdir.
Lüğətin məzmunu. Mahmud Kaşqarlının
lüğəti məz-
mununa görə olduqca zəngindir
2
. Burada linqvistik baxım-
dan aşağıdakı məsələlər diqqəti daha çox cəlb edir.
1. Türk dillərinin miqdarı və onların təsnifi məsələsi.
Mahmud Kaşqarlı bütün türk dillərini elmi baxımdan müşa-
hidə etməyi, onlara dair ümumi və fərqli xüsusiyyətləri işıq-
landırmağı qarşıya məqsəd qoymuşdur. O, lüğətin əvvəlində
müşahidə etdiyi türkdilli xalqlar və onların dilləri haqqında
geniş məlumat verir. Mahmud Kaşqarlı türkdilli xalqların
İtil (Volqa) çayı hövzəsindən Çinə qədər olan böyük ərazidə
məskən saldığını göstərir. O deyir: “Əsl türklər
20 qəbilədən
ibarətdir. Mən onları... sıra ilə Rum yaxınlığından Şərqə qə-
dər sadalayacağam”. Mahmud Kaşqarlı
Becənək, Qıfcaq, Oğuz,
Yemak, Başxurt, Basmıl, Qay, Yaboğu, Tatar, Qırğız, Çigil, Toxsı,
Yağma, Uyğur, Cumul və s. əsas qəbilələri sadaladıqdan son-
ra
qeyd edir ki, bunlar başlıca qəbilələrdir,
kiçik qəbilələr,
tayfalar daha çoxdur, onların miqdarını müəyyənləşdirmək
olduqca çətindir. Mahmud Kaşqarlı türkdilli əsas qəbilələrin
yaşadığı və yayıldığı
yerlərə dair xəritə də tərtib etmişdir.
Mahmud Kaşqarlı bu əsərində
türk dillərinin qohum ol
duğunu göstərmişdir. O, türk dilləri arasındakı qohumluğu
1
А.Демирчизаде. Сравнительный метод Махмуда Кашгари «Советская тюркология»,
№1, 1972.
2
A.N.Kononov yuxarıda adıçəkilən məqaləsində bu əsərin məzmununu altı yerə bölmüş və
dördü haqqında ətraflı məlumat vermişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
56
sübut etməklə bərabər, bunların bir-birinə olan münasibə-
tini də çox məharətlə aydınlaşdırmışdır.
Alim bir-biri ilə qohum olan türk dillərini müəyyən
cəhətlərə görə təsnif etmişdir. O,
türk dillərini ilk təs-
nif edən tədqiqatçıdır. A.N.Kononov yazır ki,
Mahmud
Kaşqarlı təsnifi dilin (nitqin) təmizliyi (düzgünlüyü), eləcə
də fonetik və qrammatik əlamətinə əsaslanır
1
.
1. Dillərin saflığı əlamətinə görə təsnifi. Bu əlamətə görə
Mahmud Kaşqarlı türk dillərini iki yerə bölür: a) saf dillər,
b) saf olmayan dillər.
Mahmud Kaşqarlı “saf” və “saf olmayan” dil dedik-
də öz kökü etibarı ilə türk olan və türkləşən qəbilə və ya
xalqı nəzərdə tutmuşdur. Mahmud Kaşqarlıya görə, türk
dilindən başqa gizli dili olan qəbilələr əslən başqa xalqlar-
dan çevrilmişlər. “Saf türklər” adı altında o, ikinci gizli dili
olmayan türk qəbilələrini nəzərdə tutmuşdur. Belə saf və
düzgün dilə o, oğuz, qıpçaq, peçeneq, toxsi, yağma, bas-
mal, yabaku, çarun, başqurd dillərini daxil etmişdir. Saf
olmayan türklər qrupuna isə tatar, xiçay, qabğaç dillərini
daxil etmişdir.
2. Dillərin fonetik və morfoloji əlamətlərinə görə təsnifi.
M.Kaşqarlı bu əlamətləri nəzərə alaraq türk dillərini iki
qrupa bölmüşdür: a) şərq qrupu dilləri – yağma, toxsi;
b) qərb qrupu dilləri – oğuz, qıpçaq, beçənək...
2
Dostları ilə paylaş: