1. ÜMumi DİLÇİLİk I indd


IV. Türk dillərinin qrammatikasına məxsus məlumat



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə30/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   26   27   28   29   30   31   32   33   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

IV. Türk dillərinin qrammatikasına məxsus məlumat. 
Əsərdə türk dillərinin qrammatik xüsusiyyətlərinin şərhinə 
1
А.Демирчизаде. Сравнительный метод Махмуда Кашгари. «Советская тюркология», 
№1, 1972, с. 14.
2
А.Н.Кононов. Махмуд Кашгарский и его «Дивану лугат ит-турк», «Советская тюрко-
логия», №1, Баку, 1972, с. 16.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
58
də az yer verilmir. Burada, əsasən, türk dillərinin morfolo-
ji əlamətləri ətraflı surətdə izah olunur. Mahmud Kaşqarlı 
müəyyən etmişdir ki, söz kökünün dəyişməməsi türk dil-
ləri üçün xarakterik cəhətdir. O bu dillərdə qrammatik for-
manın şəkilçi artırılması yolu ilə düzəldiyini göstərmişdir. 
Mahmud Kaşqarlı aqlütinativ dillərə aid əlamətləri türk dil-
ləri materialları əsasında ətraflı şərh etmişdir.
Mahmud Kaşqarlının “Türk dillərinin lüğəti” əsəri 
dilçilik elminin tarixində xüsusi əhəmiyyətə malik oldu-
ğu kimi, başqa bir sıra elm sahələri üçün də çox qiymətli 
mənbədir. Burada XI əsrə aid tarix, coğrafiya, etnoqrafiya 
elmlərinə, klassik poeziya və folklora dair elmi əhəmiyyət 
kəsb edən maraqlı məlumatlar az deyildir.
Ümumiyyətlə, görkəmli filoloq Mahmud Kaşqarlının 
yaradıcılığı türkologiyanın və eləcə də dilçilik elminin in-
kişafı tarixində əvəzsiz mövqeyə malikdir. Çox təəssüflə 
qeyd etməliyik ki, Şərqin bu böyük aliminin nə vaxt və ha-
rada vəfat etdiyi indiyə kimi elm aləminə məlum deyildir.
XIII əsrdə Şərq alimlərindən misirli İbn Mənsur (1232–
1311) “Ərəb dili” adı ilə məşhur olan irihəcmli lüğət hazır-
lamışdır.
XIV əsrdə şirazlı fars Firuzabadi (1329–1414) “Qa-
mus”
1
adında lüğət tərtib etmişdir. Bu lüğət elm aləmində 
böyük şöhrət qazanmışdır.
Ərəb alimləri dilçilik sahəsində bir çox nailiyyətlər 
əldə etmişlər. Onlar yunanlara nisbətən fonetika məsələlə-
rini daha dəqiq işləmiş, lüğətlərin müxtəlif növlərini ya-
ratmış, səslə hərfi bir-birindən dəqiq fərqləndirmiş, söz 
kökünə aid anlayışı düzgün müəyyən etmişlər və s. Ümu-
miyyətlə, ərəb dilçiliyi dil haqqında elmin inkişaf tarixində 
çox maraqlı və mənalı bir dövr təşkil edir.
1
Qamus – okean deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
59
Şərq filoloqları Qərbi Avropa dilçiliyinin inkişafına 
böyük təsir etmişlər. Bu məsələdə şərhçi və tərcüməçilə-
rin də fəaliyyəti az olmamışdır. Tərcüməçilər Avropa elm 
aləminə Şərq ənənələrini keçirməkdə böyük qüvvə idilər. 
Onlar müxtəlif məzmunlu bir çox materialları Qərbi Avro-
panın universal elm dili olan latın dilinə çevirmişlər.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin