1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə27/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   23   24   25   26   27   28   29   30   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

bir əsər yaratmışam”.
Mahmud Kaşqarlının “Lüğət”i hazırkı lüğətlərdən ol-
mayıb, linqvistik-nəzəri məlumatlarla zəngin dilçilik əsə-
ridir. Bu əsərdə leksik-semantik məsələlərlə yanaşı, dilin 
1
Mahmud Kaşqarlı “Lüğət”inin şərqşünas Karl Brokelman tərəfindən alman dilinə tərcümə-
si 1928-ci ildə, Besim Atalayın türk dilinə etdiyi tərcümə 1939–1941-ci illərdə, Saleh Mütəlli-
bovun özbək dilinə tərcüməsi 1960–1963-cü illərdə nəşr olunmuşdur.
2
Lüğətin harada yazılması mübahisəlidir. Bəzi alimlər bu əsərin Kaşqarda, bəziləri isə Bağ-
dadda yazıldığını qeyd edirlər.
3
Lüğətin yazılma tarixi haqqında türkoloji tədqiqatlarda və ümumiyyətlə dilçilik ədəbiyya-
tında müxtəlif fikirlər mövcuddur. Bax: a) А.Н.Кононов. Махмуд Кашгарски о его “Дивану 
лугат ит-турк”, “Советская тюр ко ло гия”, №1, 1972, с. 8-9. b) dilçilik tarixinə dair əsərlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
54
fonetik xüsusiyyətlərinə, qrammatik quruluşuna dair də 
fi kirlər irəli sürülür. Buna görə də, haqlı olaraq, dilçilik 
ədə biyyatında bu əsər “türkoloji ensiklopediya” adlandı-
rılır. Mahmud Kaşqarlının “Lüğət”i türk dillərinin tarixini 
öyrənməkdə ən mötəbər mənbələrdən biridir.
“Türk dillərinin lüğəti” həcmcə çox böyük əsərdir. Bu 
əsərdə müxtəlif türk dillərinə aid 9.000-ə yaxın söz və söz 
birləşməsi əhatə olunmuşdur.
Lüğətin quruluşu. Lüğətin quruluşu və tərkibi prinsip-
ləri haqqında əsərin əvvəlində qeydlər vardır. Müəllif əsəri 
8 fəslə böldüyünü göstərir. Bu fəsillər eyni zamanda kitab 
da adlanır. Söz və söz birləşmələri bu fəsillərdə (kitablarda) 
müxtəlif cəhətlərə əsasən qruplaşdırılmışdır. Məsələn, əliflə 
başlanan sözlər I kitabda (fəsildə), tərkibində əlif, vav, yay 
hərfləri olmayan sözlər II kitabda toplanılıb və s. Müəllifin 
qeyd etdiyi kimi, o, hər bir kitabı da iki hissəyə bölmüş, bi-
rinci hissədə adları, ikincidə isə feilləri vermişdir.
Mahmud Kaşqarlı əsərdə ərəb dili terminlərini işlət-
mişdir. Bu haqda o yazır ki, mən hər kəsin asanlıqla başa 
düşə bilməsi üçün ərəb dilində qəbul olunmuş terminlər-
dən istifadə etmişəm.
Lüğətdə sözlərin yerləşdirilməsinin özünəməxsus
təkrarolunmaz prinsipi vardır. Burada, həmçinin, hər bir 
sözlə əlaqədar türkdilli xalqların folklor poeziyasından, 
ədəbi-bədii yaradıcılığından nümunələr – atalar sözü, zər-
bi-məsəl, hikmətli ifadə, nəsr, şeir parçası, tapmaca verilir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin