Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
48
2. Romalılar nitq hissələri cərgəsinə yeni bir morfoloji
kateqoriyanı – nidanı artırmışlar.
3. Nitq hissələri cərgəsindən artikli çıxarmışlar, çünki la-
tın dilində bu nitq hissəsinə aid anlayış yoxdur.
4. Roma dilçiləri sayları fərqləndirib mənaca iki yerə
bölmüşlər: miqdar sayları və sıra sayları.
Bütün yuxarıda deyilənlərdən göründüyü kimi, qə-
dim dövrdə dilçiliyin inkişafında iki ənənənin – hind və
yunan dilçiliyi ənənələrinin əhəmiyyəti böyük olmuşdur.
Bu ənənələrin dünya dilçiliyinin yaranması tarixində və
inkişafında rolu əvəzsizdir.
Dostları ilə paylaş: