1. ÜMumi DİLÇİLİk I indd


 Dilçilik elminin başqa dillərin mənimsənilməsin-



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə11/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   7   8   9   10   11   12   13   14   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

3. Dilçilik elminin başqa dillərin mənimsənilməsin-
də əhəmiyyəti. Məlumdur ki, hələ qədimdə dünya dilləri 
öyrənilmədikdə insanlar arasında əlaqə zəif idi, bəlkə də, 
yox dərəcəsində idi. Başqa dilləri bilmək insanların inki-
şafını müəyyən qədər asanlaşdırmışdır. Belə ki, insanlar 
ayrı-ayrı dillərə bələd olduqca müxtəlif xalqların kəşflə-
rini, nailiyyətlərini mənimsəyə bilmişlər. Dillərin öyrənil-
məsi, eyni zamanda, qarşılıqlı əlaqələri daha da artırır və 
qüvvətləndirir. Özgə dillərin öyrənilməsində müqayisəli 
fonetikanın, müqayisəli leksikologiya və qrammatikanın 
xüsusi rolu vardır. Məsələn, müqayisəli fonetika əsasında 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
26
rus və Azərbaycan dillərinin səciyyəvi və fərqli fonemləri 
aşkar edilmişdir. Bu fonetik bilik, öz növbəsində, rus dili-
nin mənimsənilməsini asanlaşdırmağa xüsusi kömək edir.
4. Dilçilik elminin mədəni tərəqqidə əhəmiyyəti. Di-
gər filoloji elmlərlə yanaşı, mədəni tərəqqidə dilçilik elmi-
nin də əhəmiyyəti az deyildir. Ayrı-ayrı xalqların yazıları 
üçün əlifbalar yaratmaq, düzgün yazı qaydaları və ədəbi 
tələffüz normaları müəyyənləşdirmək, bunları tənzim 
edib xalqın istifadəsinə vermək, müxtəlif məqsədli lüğət-
lər hazırlamaq və s. mədəni tərəqqidə xüsusi əhəmiyyət 
kəsb edən faktlardır. Dilçilik elminin nailiyyətləri nəzərə 
alınmadan mədəni tərəqqini əsl və geniş mənada təsəv-
vür etmək olmaz. Elə buna görədir ki, dilçiliyə olan tələbat 
get-gedə artır.
5. Dilçilik elminin ümumtəhsil əhəmiyyəti. Müasir 
dövrdə dilçilik elminin təhsil əhəmiyyəti də diqqəti cəlb edir.
Hazırkı şəraitdə dilçiliyə müraciət edilmədən hərtərəf-
li filoloq-müəllim yetişdirmək qeyri-mümkündür. Çünki 
filoloji təhsildə dilçilik biliyinin xüsusi mövqeyi vardır. 
Cəmiyyətin inkişafı ilə əlaqədar olan əsrimizin I rübündən 
etibarən dilçilik biliyinə maraq və tələb xeyli çoxalmışdır. 
Bu sahədəki ehtiyac və tələblərin yerinə yetirilməsi ali 
məktəb sistemində bir sıra dilçilik fənlərinin tədrisi prose-
sində həyata keçirilir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin