1. ÜMumi DİLÇİLİk I indd


DİLÇİLİYİN İNKİŞAF TARİXİNİN



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə13/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   9   10   11   12   13   14   15   16   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2.02. DİLÇİLİYİN İNKİŞAF TARİXİNİN 
 
DÖVRLƏŞDİRİLMƏSİNƏ DAİR
Qədim və çox maraqlı elm olan dilçilik cəmiyyətin 
tərəqqisi ilə əlaqədar ictimai tələblərə müvafiq surətdə in-
kişaf etmiş və edir. Bu elmin, təxminən, 2500 ildən çox in-
kişaf tarixi vardır. Dilçiliyin keçib gəldiyi inkişaf yolu heç 
də düz xətlə və asan olmamışdır. Belə ki, bu elm ictimai-si-
yasi məsələlərlə əlaqədar müəyyən dövrlərdə aşağı, yaxud 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
30
yüksək səviyyədə tərəqqi etmişdir. Məsələn, XIX əsr də 
dilçilik o dərəcədə inkişaf etmişdir ki, əvvəlki əsrlərin heç 
birini onun nailiyyəti ilə müqayisə etmək mümkün deyil. 
Dil haqqında elmin əsrlərə görə belə qeyri-bərabər inkişafı 
onun tarixini dövrləşdirmək problemini son dərəcə çətin-
ləşdirir. Ümumiyyətlə, bu məsələyə dair filoloji ədəbiyyat-
da müxtəlif mülahizələr vardır. Belə ki, bəzi alimlər dilçi-
liyin tarixini üç dövrə, bəzi alimlər isə iki dövrə bölmüş və 
XIX əsrə kimi olan dövrü qeyri-elmi, yaxud elməqədərki 
dövr adlandırmışlar. Əlbəttə, XIX əsrədək olan dövrü qey-
ri-elmi hesab etmək fikri doğru deyil, çünki hələ qədim 
dövrlərdə dilçiliyin çox mühüm problemlərindən, o cüm-
lədən dilin mənşəyi, mahiyyəti, cümlə üzvləri, nitq hissələ-
ri, qrammatik kateqoriyalar, sözün morfoloji tərkibi və sair 
müəyyən dərəcədə elmi surətdə şərh olunmuşdur.
Dilçilik elminin bu günə qədər olan inkişafını beş 
dövrə bölmək olar:
Ümumi dilçiliyin inkişaf dövrləri
I dövr – Dilçilik rüşeymlərinin (dil haqqında görüşlərin) 
tədricən meydana çıxması, dil haqqında elmin 
təşəkkül yoluna qədəm qoyması [eramızdarı əv-
vəl – yeni eranın IV əsri].
II dövr – Şərqdə nəzəri dilçilik mülahizə və görüşlərinin 
get-gedə çoxalması [V–XV əsrlər].

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin