Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
207
rımşöbəsi əmələ gəlmişdir. Dilçilikdə onomastik materia-
lın bölgüsü prinsipində müxtəliflik vardır.
Bəzi tədqiqatçılar toponimikanı onomalogiyaya qarşı
qoyur və onu hətta müstəqil elm hesab edirlər. Bəzi alim-
lər isə onomalogiyanın iki yarımşöbəsi (antroponimika və
toponimika) olduğunu bildirirlər.
Tədqiqatların əksəriyyətində su obyektlərinin adları-
nı bildirən xüsusi adlar (hidronimlər) toponimlərin tərki-
bində öyrənilir. Bəzi tədqiqatlarda tayfa, qəbilə, xalq adla-
rı – etnonimlər xüsusi ad kimi araşdırılmır. Ümumiyyət-
lə, müasir onomastik tədqiqatlarda
xüsusi adlar olduqca
müxtəlif bölgülər əsasında araşdırılır.
Lakin həmin təd-
qiqatların nəticələri ümumiləşdirildikdə onomalogiyanın
aşağıdakı yarımşöbələri aşkara çıxır: antroponimiya, etno-
nimiya, toponimiya, hidronimiya, zoonimiya, kosmonimi-
ya, ktematonimiya.
1. Antroponimiya yarımşöbəsi. Dilçilikdə onomalogi-
yanın şəxs adı, soyadı, ata adı, ləqəb və təxəllüsləri öy-
rənən yarımşöbəsi
antroponimiya adlanır. Atroponimiyada
an troponimlərin linqvistik əlamət və xüsusiyyətləri ilə ya-
naşı, ictimai-sosial problemləri də tədqiq edilir. Bu cəhət-
dən antroponimiyanın sosiologiya ilə bağlılığı
zərurəti
meydana çıxır. Bir çox ölkələrdə antroponimik tədqiqatlar
XX əsrin 60-cı illərindən sonra daha böyük vüsət almışdır
1
.
Dostları ilə paylaş: