Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
219
səslənməsi hadisəsi də baş verir. Bu da omonimlik hesab
olunur. Dilçilikdə omonimlərin
fonetik omonimlər (omofon),
morfoloji omonimlər (omoform) və
leksik omonimlər tipi şərh
olunur
1
.
Omonim sözlərdən bədii yaradıcılıqda, xüsusilə şeir-
də bədii ifadə vasitəsi kimi istifadə olunur. Böyük sənət-
karlar omonimlər vasitəsilə bədii dildə gözəl ahəngdarlıq,
musiqilik yaradır, dili daha da poetik şəklə salırlar. Azər-
baycan dilində yazılmış şeirlərdə bunların vasitəsilə təbii
qafiyələr qurulur, bədii nitq üçün xarakterik olan cinaslar
yaradılır. Məsələn:
Könül, sən ki düşdün eşqin bəhrinə,
Narın çalxan, narın silkin, narın üz.
Dost səni bağına bağban eyləsə,
Almasın dər, gülün iylə, narın üz!
Tikdirmisən qəsr, eyvan, oda sən,
O sevdiyin, o nökərin, o da sən.
Qıya baxdın, məni saldın oda sən,
İnsaf eylə, gəl könlümün narın üz. (Aşıq Ələsgər)
Bu şeir parçalarında
“narın”, “üz”, “oda” sözləri
müxtəlif tipli omonimləşmə hadisəsi əmələ gətirmişdir.
Birinci bənddə omonim əmələ gətirən
“narın” sözlərindən
birincisi
“ehtiyatlı”, ikincisi isə
“narını”, yəni
“nar meyvəsi”
deməkdir. Təsirlik hal şəkilçisi ixtisarla “
narın” (ehtiyatlı)
sözünə omonim olmuşdur. Yenə birinci bənddə omonim
əmələ gətirən
“üz” sözləri isə başqa-başqa mənalı sadə feil
kökləridir. Bunlardan birinci
“üzmək” –
“suda üzmək”, ikin-
ci
“üzmək” isə
“qopartmaq” mənalarında işlənmişdir.
1
A.Qurbanov. “Müasir Azərbaycan ədəbi dili”. I cild, Bakı, 2004, səh. 295-298.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
220
İkinci bənddəki omonim əmələ gətirən
“oda” sözlərin-
dən birinci
“oda” – “ev”, ikinci
“o da” işarə əvəzliyi, üçüncü
“oda” – “ocaq”,
“alov”, “atəş” mənalarında işlənmişdir.
Dostları ilə paylaş: