2. SÖZÜN SEMANTİK QURULUŞU Sözün mənası təkcə həyat hadisələrinə münasibətdən,
əqli fəaliyyətdən asılı deyil, həm də onun bütövlükdə dilin
leksik sistemi ilə qarşılıqlı münasibətindən asılıdır.
Müxtəlif dünya dillərinə aid sözlərin müqayisəsi
göstərir ki, bir çox sözlərin mənası bu dillərdə bir-birinə
uyğun gəlir, bəzən isə tamamilə fərqlənir. Məsələn, Azər-
baycan dilində “Gözüm səndən su içmir” frazeoloji vahi-
dinin tərkibindəki sözləri rus dili ilə müqayisə etdikdə
məlum olur ki, bu sözlərin mənası tamamilə bir-birindən
fərqlidir. Azərbaycan dilində həmin frazeoloji vahiddəki
sözlər tamamilə başqa məna ətrafında birləşmiş və ‘‘Sənə inanmıram”, ‘‘Səndən şübhələnirəm” mənasını kəsb etmişdir.
Rus dilində isə həmin frazeoloji vahidi sətri tərcümə etsək,
“Мои глаза с тебя воду не пьют” cümləsi alınar.
Dildə bir sözün bir neçə məna əlaməti ola bilir. Lakin
bu əlamətlər hamısı sözdə eyni dərəcədə ifadə olunmur.
Bu əlamətlərdən biri sözün mənası üçün əsas, digərləri isə
qeyri-əsas rol oynayır. Məsələn, “insan” sözünün bir neçə
məna komponenti vardır: 1) Yer üzündə ali şüura malik
varlıq; 2) cəmiyyətin üzvü; 3) kişi; 4) qadın; 5) vətəndaş...
Bu məna komponentlərinin sayını daha çox artırmaq olar.
Lakin bu komponentlərin içərisində 1-cisi, yəni “Yer üzün də ali şüura malik varlıq” olmaq mənası “insan” sözünün
mənasının əsas, başlıca komponentidir.
Dildə baş verən semantik inkişaf prosesində bu məna
komponentlərində də müəyyən dəyişikliklər baş verir.
Yəni sözün mənasında bir müddət əsas olan komponent
başqa bir tarixi inkişaf prosesində qeyri-əsas rola düşə bi-
lir. Sözlərin semantik quruluşunun bu cür dəyişməsi dildə
sözün yeni məna qazanmasına səbəb olur. Buradan da söz-
lərin çoxmənalılığı prosesi meydana çıxır.