Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
216
dilində toplu isimlər, əsasən, cəm şəkilçisiz işlənir;
hava, su,
taxıl, un, dən, torpaq, qum, tüstü, duman, çən və s. sözlər bu
qəbildəndir. Bəzi halda həmin sözlər üslubla bağlı olaraq
cəm şəkilçisi qəbul edir. Məsələn:
Yadıma düşdükcə Dilcan dərəsi
Başımdan tüstülər, dumanlar qalxır. (S.Vurğun)
Demək olar ki, bu hal ancaq metaforik məqamda baş verir.
Sözlərin təsnifi və onların tiplərinin bərpa olunması
prosesində leksik və qrammatik məna əlaqələri nəzərə alın-
malıdır. Bu hadisə dünyanın bir çox dilləri üçün tipik sayıla
bilər. Məsələn, rus dilində bu dil hadisəsi geniş yayılmışdır.
Dostları ilə paylaş: