Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
212
əsərdə semantik hadisələrdən bəhs edən dilçilik şöbəsinin
semantika adlandırılması məsləhət görülür; şöbənin möv-
zu və vəzifəsi göstərilir.
XX əsrin 30-cu illərində semasiologiya problemləri ön
plana çəkilmişdir. Bu haqda bir çox ölkələrin filoloqları tərə-
findən xüsusi tədqiqatlar aparılmışdır. Xarici ölkə alimlərin-
dən
Lui Yelmslev semasiologiyanın mövzusunu daha geniş
mənada götürməyi vacib hesab etmişdir. Onun fikrincə,
semasiologiya dilin “məzmununun planını” öyrənməlidir.
Deməli, semasiologiya yalnız söz və ifadənin mənası ilə yox,
bütövlükdə dilin məzmunu ilə məşğul olmalıdır.
Yeri gəlmişkən deməliyik ki, XX əsrin I yarısında sema-
siologiyanın rolu çox şişirdilmiş, dilçiliyin şöbələri cərgəsində
birinci yerə qoyulmuşdur. Bəzən dilin bir çox hadisələri qey-
ri-qanuni olaraq semasioloji planda tədqiqata cəlb edilmişdir
ki, bu da başqa şöbələrin əhəmiyyətini müəyyən dərəcədə
azaltmışdır. Lakin XX əsrin II yarısında bu məsələlər qay-
daya salınmış, semasiologiya öz mövzusu dairəsində tədqiq
edilməyə yönəldilmişdir. İndi semasiologiyaya dair tədqiqat
sahəsində müxtəlif nəzəri istiqamətlərin yaranmasına bax-
mayaraq, obyekt ümumi, elmi məqsəd isə vahiddir.
Dilin semantikası olduqca çoxcəhətli və mürəkkəbdir.
Bununla təkcə dilçilik deyil, məntiq və fəlsəfə də məşğul
olur. Filosoflar tədqiq etdikləri bu sahəni
fəlsəfi semantika,
məntiqşünaslar isə
məntiqi semantika adlandırırlar.
Semasiologiya şöbəsinin mövzusunu təşkil edən bir
çox məsələlər hələ indiyə qədər bütün dünya dilçiliyində
istənilən şəkildə öz elmi şərhini tapmamışdır.
Dostları ilə paylaş: