Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
226
Məlum olduğu kimi, həm dildəki frazeoloji materialın
məcmusu və həm də bunlar haqqında elm şöbəsi
frazeo
logiya adlanır. Frazeologiya termininin belə iki məna ifadə
etməsi dilçilikdə qüsurdur. Dilin leksik tərkibi
leksika, lek-
sikadan bəhs edən şöbə
leksikologiya adlandığı kimi, fraze-
oloji tərkibi bildirmək üçün
frazika, frazika haqqında biliyi
isə
frazeologiya adlandırmaq düzgün olar.
İndiyə qədər dilçilikdə frazeoloji vahidləri bildirmək-
dən ötrü ümumməqbul termin də müəyyənləşdirilməmiş-
dir. Bu anlayışı aydınlaşdırmaq məqsədilə linqvistik ədə-
biyyatda bir sıra müxtəlif söz və ifadələrə təsadüf olunur;
məsələn, frazeologizm, frazem, frazeoloji vahid, frazeoloji
tərkib, leksikləşmiş söz birləşmələri və s. Frazeoloji ha-
disələri adlandırmaq üçün bu terminlərdən
“frazeoloji va
hid” və
“frazem” daha geniş yayılmışdır.
Dilçilikdə az işlənilmiş nəzəri
frazeoloji problemlər
hələ də çoxdur; məsələn, leksem və frazemlərin qarşılıqlı
münasibəti, frazemlərin nitq hissələrinə olan münasibəti
və s. Bütün bu məsələlərin həm xüsusi, həm ümumi dilçi-
lik planında həll edilməsi frazeologiya şöbəsinin qarşısın-
da duran əsas vəzifələrdəndir.
Dostları ilə paylaş: