1. ÜMumi DİLÇİLİk I indd


FRAZEOLOJİ VAHİD ANLAYIŞI



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə130/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   126   127   128   129   130   131   132   133   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. FRAZEOLOJİ VAHİD ANLAYIŞI
Dildə əşya və hadisələrin adlandırılması prosesin-
də təkcə sözlərdən deyil, söz birləşmələrindən, ifadə və 
ibarələrdən də istifadə olunur. Məlum olduğu kimi, söz 
birləşmələri iki şəkildə özünü göstərir: sabit və sərbəst söz 
birləşmələri. Sərbəst söz birləşməsi öz xarakterinə və daxili 
təbiətinə görə sabit söz birləşməsindən tamamilə fərqlənir. 
Həm də sərbəst söz birləşməsi sintaktik konstruksiyanın 
bir forması kimi meydana çıxdığına görə o, sintaksisin təd-
qiqat obyektində durur. Sabit söz birləşməsi isə frazeoloji 
vahid adı altında frazeologiyada öyrənilir. Frazeologiyanın 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
227
tədqiqat obyekti olan frazeoloji vahidlərə sabit söz birləş-
məsi ilə yanaşı, sabit ifadə və ibarələr də daxildir. Məsələn: 
“yanar ürək”, “polad bilək”, “dəmir iradə”, “gümüş əl”, “qa­
mış at”, “buz bulaq”, “canlı söz”, “ağıllı göz” və s. birləşmələr 
sabit söz birləşməsi, “qulaq asmaq”, “fikrə getmək”, “əl-ayağa 
düşmək”, “yola düşmək”, “başa düşmək”, “el gücü, sel gücü”, 
“daldan atılan daş topuğa dəyər”, “ağlın açarı dildir”, “çiy ət 
yeyən çirkin olar” və s. birləşmələr isə sabit ifadə və ibarələr 
adlanır.
Frazeoloji vahid gerçəkliyin əşya və hadisələrinin 
adlarını iki halda ifadə edə bilir: birinci halda frazeoloji 
vahiddən əşya və hadisəni adlandırmaq üçün ilk ad kimi 
istifadə edilir. Məsələn, “ağciyər”, “qaraciyər”, “izafi dəyər”, 
“xüsusi mülkiyyət”, “kapital yığımı”, “qızıl pul”, “istehsal mü­
nasibətləri”, “məhsuldar qüvvələr” və s. Göründüyü kimi, bu 
cür sabit söz birləşmələri, əsasən, müxtəlif elm sahələrində 
özünü göstərir.
Başqa halda isə əşya və hadisələrə əlavə ad vermək 
üçün frazeoloji vahiddən istifadə olunur. Məsələn: din­
ləmək – qulaq asmaq, qorxmaq – rəngi qaçmaq, susdurmaq – 
dilini kəsmək, uzağa – itölənə, ölmək – vəfat etmək, dün ya dan 
köçmək, həya ta vida demək, gözlərini əbədi yummaq və s. Fra-
zeologizmlər bu halda bir əşya və ya hərəkəti başqası ilə 
müqayisəli şəkildə ifadə edir. Frazeoloji vahidin başlıca 
əlamətlərindən biri onun emosional ifadə tərzinə malik ol-
masıdır. Yəni frazeoloji vahiddə danışanın həmin əşya və 
ya hadisəyə münasibəti ifadə olunur. Məs.: “ölmək” feili Azər-
baycan dilində müxtəlif emosional frazeoloji ifadə tərzində 
öz əksini tapır: a) danışanın ölən adama müsbət münasibətini 
bildirən frazeologizmlər vəfat etdi; həyata əbədi göz yumdu; 
əbədi yuxuya getmişdi; b) danışanın ölən adama mənfi mü-
nasibətini bildirən frazeologizmlər – cəhənnəmə vasil oldu; 
gorbagor oldu; bu dünyadan rədd oldu və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
228
Frazeoloji vahid dilin milliliyini daha da gücləndirir. 
Bir dil üçün səciyyəvi olan frazeoloji vahid başqa bir dildə 
anlaşılmaz olur. Frazeoloji vahid öz tərkibinin daimiliyi 
və sabitliyinə görə səciyyəvi sayılır. Bu tərkibə daxil olan 
sözlər nə başqa sözlə əvəz olunur, nə də əvvəlki formasını 
dəyişməyə məruz qalır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin