1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə133/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   129   130   131   132   133   134   135   136   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

b) Frazeoloji birlik. Bu tipli frazeoloji vahidin tərki-
bindəki sözlərdən birinin həqiqi mənası az da olsa nəzərə 
çarpır. Məsələn: “fikrə getmək”, “yola düşmək”, “dava döy­
mək”, “xəcalət çəkmək”, “ayrı düşmək” və s. frazeoloji birliklər­
də “fikrə”, “yola”, “dava”, “xəcalət”, “ayrı” sözləri həmin fra-
zeologizmlərin bildirdikləri mənalara uyğun işlənmişdir. 
Frazeoloji birlikləri başqa tiplərdən fərqləndirən səciyyəvi 
cəhət tərkibdəki sözlərdən birinin mənasının az və ya çox 
dərəcədə hiss olunmasıdır.
c) Frazeoloji birləşmə. Frazeoloji birləşmə daxilində 
sözlərdən biri mütləq öz həqiqi mənasında işlənir, o biri 
söz isə bundan asılı vəziyyətdə olur.
Məsələn: “polad iradə”, “qızıl əl”, “ağ üz”, “qızıl balıq”, 
“dumanlı fikir”, “qaranlıq sual”, “örtülü bazar” və s. frazeo-
logizmlərin ikinci komponenti kimi çıxış edən “iradə”, “əl”, 
“üz”, “balıq”, “fikir”, “sual”, “bazar” sözləri öz həqiqi məna-
larında işlənmişdir.
Dildə başqa tiplərə nisbətən frazeoloji birləşmələr 
daha çox işlənir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
231
2. Frazeoloji (sabit) ifadə və ibarələr
Dildə frazeoloji ifadə və ibarələrin işlənməsi insan-
ların zəngin həyat təcrübəsi ilə bağlıdır. Çünki heç vaxt 
kortəbii və təsadüfi şəkildə bu cür frazeoloji vahidlər dilə 
gəlmir. İnsan həyatı boyu müxtəlif hadisə və əhvalatlarla 
qarşılaşır və bunlardan nəticə çıxararaq onu öz nitqində 
obrazlı şəkildə ifadə etməyə çalışır. Məsələn, Azərbaycan 
dilində işlənən “Daldan atılan daş topuğa dəyər” ifadəsi “hər 
işi vaxtında görmək” mənasında dədə-babalardan bizə mi-
ras qalmışdır.
a) Frazeoloji (sabit) ifadələr. Bu tipli frazeoloji tərkib-
də sözlərin əksəriyyəti öz həqiqi mənasında işlənir və bu 
mənalar əsasında bir ümumi aydın və obrazlı ifadə əmələ 
gəlir. Frazeoloji ifadələr sırasına atalar sözü, məsəllər, ya-
zıçı və şairlərin yaratdıqları aforizmlər və s. daxildir.
Dünya xalqlarının dilləri bu cəhətdən olduqca zən-
gindir. Elə bir xalq yoxdur ki, onun dilində atalar sözü və 
məsəllər olmasın. Həmçinin dünya ədəbiyyatının görkəm-
li nümayəndələri öz əsərlərində külli miqdarda aforizmlər 
yaratmışlar.
Azərbaycan dili də bu cəhətdən dünyanın zəngin dil-
lərindən hesab oluna bilər. Bu dildə işlənən “ovcunun içini 
iyləmək”, “dərisinə saman təpmək”, “qoyunu qurda tapşırmaq”, 
“yerin altını da, üstünü də bilmək”, “dəvəsi ölmüş ərəb” və s. min-
lərcə frazeoloji ifadələrin hər birinin yaranma tarixi vardır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin