Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
232
Böyük təbiətlər yaranır az-az,
Hər yerdə, hər zaman inci tapılmaz. (S.Vurğun)
Bu şeir parçalarının hər biri iki misralıq frazeoloji
ibarə əmələ gətirmişdir. Bədii dildə bu cür ibarələr, əsasən,
dram janrında işlənir.
Frazeoloji vahidlər məna növlərinə, mənaca qrupları-
na, əmələgəlmə yollarına, üslubi imkanlarına və s. cəhətlə-
rinə görə bir sıra özünəməxsus əlamətlərə malikdir. Dilçi-
likdə onun geniş tədqiqat obyektinə çevrilməsi də bununla
bağlıdır.
6.06. ETİMOLOGİYA ŞÖBƏSİ
Sözün mənşəyini öyrənən şöbəyə
etimologiya deyilir.
Daha dəqiq desək, bu şöbə leksik vahidlərin əmələ gəlməsi
və inkişaf tarixi ilə məşğul olur. Etimologiya termini yu-
nan dilinə məxsusdur: həmin dildə
etimon (etymon) “sö-
zün əsas”, “əsl mənası” anlayışını bildirir.
Etimologiya ayrı-ayrı
sözlərin həm forma,
həm də
məna cəhətdən
mənşəyini müəyyənləşdirir
1
.
Etimoloji
təd qiqatda müqayisəli-tarixi metod başlıca rola malikdir.
Etimologiya müqayisəli-tarixi
metoda və daxili rekons-
truksiyaya əsaslanaraq dilin
uzaq dərinliklərinə nüfuz
edir. Sözün qədim variantını aşkara çıxarmaqla dildə baş
verən fonetik, leksik-semantik və qrammatik inkişaf prose-
sini izləyir. Bununla yanaşı, burada bir sıra elmi prinsiplər-
dən də geniş istifadə olunur. Fonetik, semantik, morfoloji
qanunlarla bağlı elmi prinsiplərə isnad olunmadan əsaslı
etimoloji tədqiqat aparmaq qeyri-mümkündür.
1
Я.В.Лоя. «История лингвистических учений». М., 1968, c. 168.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
233
Etimologiyadan bəhs ediləndə
“elmi etimologiya” anla-
yışını
“xalq etimologiyası”ndan fərqləndirmək lazım gəlir.
Elmi etimologiya sözün mənşəyinə dair təsadüfi yox, ay-
dın, dəqiq, əsaslı təsəvvür yaradır. Məsələn, dilimizdəki
“Azərbaycan” sözünün ilk formasının bərpa edilməsinə və
bu sözün etimologiyasının elmi əsasda tədqiqi və təsvirinə
dair filoloji ədəbiyyatda bir neçə mülahizə vardır
1
. Həmin
mülahizələr elmi etimologiyanın prinsiplərinə uyğun söy-
lənilmişdir.
Dostları ilə paylaş: