1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə135/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   131   132   133   134   135   136   137   138   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Xalq etimologiyası – xüsusi elmi hazırlığı olmayan 
şəxslərin bu və ya digər söz haqqında söylədiyi fikri əsas 
tutur. Məsələn, dilimizin leksik sistemində olan bir çox 
sözlərin, o cümlədən “Sumqayıt”, “Kürdəmir”, “Salyan”, 
“Mərdəkan” sözlərinin mənşəyi haqqında xalq arasında 
fərqli mülahizələr dolaşır. Bu sözlərə dair şərhlərdə qey-
ri-mütəxəssislərin mülahizələri aydınca müşahidə edilir.
Etimologiya dilçiliyin ən qədim şöbələrindəndir. Eti-
moloji müşahidələrə, axtarış və mühakimələrə hələ era-
mızdan çox-çox əvvəl təsadüf edilir. Buna görə də doğru 
olaraq bəzi alimlər dilçiliyin köklərini etimologiya prob-
lemləri ilə bağlayırlar
2
.
Qədim Hindistanda vedaların dili üzərində işlər apa-
rılarkən sözlərin etimoloji yaxınlığı şərhçilərin marağına 
səbəb olmuş, buradan da sözün mənşəyi haqqında müla-
hizələr başlanmışdır.
Qədim yunan alimləri sözlərin qrammatik formaları 
üzərində müşahidələr apararkən etimoloji məsələlərlə qar-
şılaşmışlar. Bizim eradan əvvəl IV əsrdə Platon etimologi-
ya məsələləri ilə ciddi məşğul olmuşdur. O, bir sıra sözlərin 
mənşəyini aydınlaşdırmağa, həqiqi mənasını müəyyənləş-
1
Bax: Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968.
2
Adam Şaff. Göstərilən əsəri, səh. 37.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
234
dirməyə böyük səy etmişdir. Buna görə də bəzi alimlər 
onu Yunanıstanda etimologiyanın banisi adlandırmışlar.
Etimologiya ilə bizim eradan əvvəl III–II əsrlərdə sto-
iklər məşğul olmuşlar. Onların fikrincə, etimologiya sözün 
əsl mənasını araşdırıb tapmalı, müəyyənləşdirilmiş bu 
məna isə sözün mahiyyətini açmalıdır.
Bizim eradan əvvəl II–I əsrlərdə etimologiya məsələlə-
ri yunan qrammatiklərinin diqqətini cəlb etmişdir. Qədim 
yunan alimi Dionisi yaratdığı qrammatika əsərində söz ya-
radıcılığı prosesini şərh edərkən etimologiya məsələlərinə 
də toxunmuşdur.
Etimologiya dilçiliyin inkişaf tarixinin bütün mər-
hələlərində ən aktual şöbə idi
1
. Orta əsrlərdə alimlər eti-
mologiyaya aid bir sıra tədqiqatlar aparmışlar. O dövrdə 
ingilis alimi Rocer Bekonun (1214–1294) gördüyü işlər xü-
susilə qiymətlidir.
XVII–XVIII əsrlərin etimoloji mühakiməsi də az ma-
raqlı deyildir. Lakin bu əsrlərdə böyük səhvlərə yol veril-
mişdir. Uydurma üsul ilə bir dilin sözü başqasına qohum 
hesab edilmişdir.
XIX əsrə qədər qrammatikanın tərkibində yarımşöbə 
şəklində inkişaf etmiş etimologiya sonradan tam müstəqil 
şöbə kimi formalaşmışdır. Etimologiyanın inkişafı tarixin-
də XIX əsrin ortalarında A.F.Tottun, yüzilliyin sonunda isə 
“gənc qrammatiklər”in böyük rolu və təsiri olmuşdur. Eti-
mologiyanın geniş elmi əsasları XIX əsrdə yaradılmışdır.
XX əsrdə dilçiliyin etimologiya şöbəsi əhəmiyyətli 
dərəcədə inkişaf etdirilmişdir. Xüsusilə rus elmində bu 
şöbənin tərəqqisinə çox geniş yer verilmiş, mükəmməl eti-
moloji lüğətlərin tərtibinə başlanılmışdır.
1
Etimologiyanın tarixinə dair geniş məlumat almaq üçün bax: B.Пизани. «Этимология», 
M., 1956, c. 7-42.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
235
Etimoloji tədqiqat sahəsində Azərbaycan dilçiliyində 
də müəyyən işlər görülmüşdür. İlk qədəmlər hesab edilə-
cək bu işləri davam və inkişaf etdirmək üçün dilçiliyimi-
zin qarşısında təxirəsalınmaz vəzifələr durur. Dilimizdəki 
minlərlə sözün ilkin formalarının bərpa olunması yaxın 
vaxtlarda həll ediləsi ən aktual problemlərdəndir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin