Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
239
keçmiş zamanda olduğunu bildirir,
hərəkətin keçmişdə
baş verdiyi məlum olur;
“dır” morfemi isə hərəkətin gö-
rüldüyü barədə xəbər vermək məzmununu daşıyır. Gö-
ründüyü kimi,
“aparılmışdır” sözünün tərkibində 4 mor-
fem vardır. Bunların hər biri dildə müəyyən leksik və ya
qrammatik məna daşıyır. Həmin morfemlər daha ondan
kiçik hissələrə bölünə bilməz. Məsələn,
ap-ar, ı-l, m-ış, dı-r
və s. Morfemlər bu cür kiçik hissələrə bölünsəydi, onda dil
öz qrammatik, daha doğrusu, morfoloji quruluşunu itirər-
di. Sözün tərkibində morfemlərin bir-birindən ayrılması
kortəbii, təsadüfi xarakter daşımır.
Bir sözün daxilində
rast gəlinən morfemə onlarca, yüzlərcə başqa sözlərdə də
təsadüf edilir. Məsələn:
“aparılmışdır” sözündəki
“ıl” məc-
hulluq mənasını bildirən
morfem kimi yaz-ıl(maq),
qaz-
ıl(maq),
at-ıl(maq) və s. sözlərlə,
“mış” nəqli keçmiş zaman
mənasını bildirən morfem kimi
al-mış(ıq),
yaz-mış(ıq),
yat-
mış(ıq),
yarat-mış(ıq) və s. sözlərlə
“dir” xəbərlik mənasını
bildirən morfem kimi
“yazmış-dır, yatmış-dır, ağlamış-dır,
yaratmış-dır” və s. sözlərdə işlənir. Yaxud
al-dı-m, gəl-di-n
sözlərindəki
“m” və
“n”,
“ım” və
“in” I və II şəxsin təkini
bildirən şəxs sonluqlarının başqa fonetik variantıdır.
Misallardan göründüyü kimi, morfemlərin başlıca xü-
susiyyətlərindən biri onların dildə məhsuldar şəkildə iş-
lənməsidir. Elə morfemlər vardır ki, onlara yüzlərcə sözün
tərkibində təsadüf edilir. Məsələn, Azərbaycan dilində hal,
mənsubiyyət, cəm, zaman, şəxs şəkilçiləri bu cür morfem-
lərdəndir. Lakin elə morfemlər də vardır ki, dildə onlar tə-
sadüfi hallarda işlənir. Belə morfemlərə qeyri-məhsuldar
morfemlər demək olar. Məsələn, bəzi
sözdüzəldici şəkil-
çilər ancaq 1–2 söz əmələ gətirir. Dildə bəzən morfemlər
fonetik hadisə nəticəsində öz formasını dəyişir. Məsələn,
al-ın-m-ır, gör-ün-m-ür sözlərindəki
“m” morfemi
ma, mə
inkarlıq mənasını bildirən morfemin başqa bir fonetik va-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
240
riantıdır. Bütün bu misallardan aydın olur ki, hər bir dilin
özünəməxsus morfemlər sistemi mövcuddur.
Dostları ilə paylaş: