8. PARONİM SÖZLƏR
Dildə səslənmə cəhətdən bir-birinə yaxın olan, lakin
müxtəlif məna ifadə edən və nitqdə səhvən biri digərinin yerin-
də işlənən sözlərə paronim deyilir. Məsələn: hərf-hərif, mətn-mə
tin, əsr-əsir, his-hiss, bala-bəla, ahəng-əhəng, həsr-həsir və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
222
Bədii ədəbiyyatda paronimlərdən kalambur yaratmaq
üçün istifadə edilir. Məsələn:
Arayışı nə barədə yazım, yoldaş ispolkom?
“– Nə barədə yazasan? Mən sizdən nə soruşdumsa, nə
ilə maraqlandımsa, haman barədə yazın.
– Hamam barədə?
– Bəli, bəli, haman barədə...” (S.Rəhman).
Bu misalda haman və hamam sözləri səslənmə cəhətdən
bir-birinə yaxın olduğuna görə obrazın nitqində bunlar də-
yişik düşür və gülüş doğurur. Paronimlər dildə omofon və
omoqraflara çox oxşayır. Lakin onların özünəməxsus fone-
tik, semantik və morfoloji xüsusiyyətləri də vardır.
Dünya dillərinin çoxunda paronimlik hadisəsi möv-
cuddur. Müxtəlif dillərə məxsus “abonent-abonement”, “maq
bet-malbet” “ekskurs-ekskursiya”, “serviz-servis”, “eskalator-
ekskavator”, ‘‘ekvador-ekvator” və s. paronim sözlərin mövcud-
lu ğu da bunu sübut edir.
6.05. FRAZEOLOGİYA ŞÖBƏSİ
Dildəki sabit söz birləşmələri, ifadə və ibarələrdən bəhs
edən dilçilik şöbəsi frazeologiya adlanır. Frazeologiya ter-
mini iki yunan sözündən əmələ gəlmişdir. Yunan dilində
phrasis “ ifadə” deməkdir. Bütövlüklə frazeologiya termini
dildə ifadə və ibarə haqqında təlim anlayışını bildirir.
Frazeologiyanın məqsədi frazeoloji vahidlərin (fra-
zemlərin) dildə mövqeyini müəyyənləşdirmək, onların
müvafiq prinsiplərə əsasən təsnifini vermək, üslubi xüsu-
siyyətlərini aydınlaşdırmaq, əmələgəlmə və inkişafetmə
yollarını aşkar etməkdən ibarətdir
1
. Frazeologiya dilçiliyin
1
A.Qurbanov. “Müasir Azərbaycan dilinin frazeologiyası”. Bakı, 1963, səh. 3-5.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
223
tam müstəqil şöbəsi kimi çox gəncdir. Lakin bu heç də o
demək deyildir ki, frazeologiya məsələləri ilə əvvəllər məş-
ğul olunmamışdır. Bu məsələ alimlərin diqqətini çoxdan
cəlb etmiş və frazeologiya “gizli” inkişaf yolu keçmişdir.
Frazeoloji vahidlərin birinci müşahidəçiləri lüğət tər-
tib edən leksikoqraflar olmuşlar. Lüğət tərtib edənlər bəzi
sözlərin mənalarının itdiyini müşahidə etmişlər. Belə və-
ziyyət, adətən, bu və ya başqa söz bölünməz birləşmə tər-
kibində olduqda nəzərə çarpmışdır
1
.
Filoloqların diqqətini cəlb edən frazeoloji material ilk
dəfə məcmuə şəklində toplanılmaqla kifayətlənilmiş, bun-
ların xüsusiyyətlərinə, məna və quruluşlarına, müxtəlif
tipə malik olduqlarına fikir verilməmişdir. “Rusiyada belə
məcmuələr üç yüz il bundan əvvəl meydana gəlmişdir”
2
.
XIX əsrin II yarısında rus alimlərindən A.A.Potebnya,
İ.İ.Sreznevski, F.F.Fortunatov, A.A.Şaxmatov və başqaları
frazeoloji materialın elmi təhlili ilə məşğul olmuşlar. On-
lar öz əsərlərində yeri gəldikcə frazeoloji materialı, əsasən,
sintaktik baxımdan işləmişlər. Başqalarından fərqli olaraq,
F.F.Fortunatov və onun davamçıları frazeoloji vahidlərin
həm semantik, həm qrammatik əlamətlərini aydınlaşdır-
mağa çalışmışlar.
XX əsrin əvvəllərində frazeologiya məsələləri ilə ilk
dəfə ətraflı şəkildə Şarl Balli məşğul olmuşdur. O, dilçili-
yin tarixində birinci olaraq frazeologiyanı leksikologiyanın
müstəqil şöbəsi kimi müəyyənləşdirmişdir. Balli nitqdə iki
növ söz birləşməsi olduğunu müşahidə etmiş, bunlardan
sabit birləşmələrin sirri onu xüsusi olaraq maraqlandır-
mışdır. O, bu növ birləşmələri frazeoloji qrup adlandıraraq
onları sinxronik planda şərh etməyə çalışmışdır.
1
А.М.Бабкин. Русская фразеология (ее развитие и источники). Ленинград, 1970, c.4.
2
В.Н.Телия. Что такое фразеология. M., 1966, c. 10.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
224
Ş.Balli frazeoloji vahidlərin əlamətini müəyyənləş-
dirməkdə birləşmənin həm zahiri, həm də daxili cəhətinə
nəzər yetirməyi mühüm şərt hesab edirdi.
1
O, sabit birləş-
mələri öz əsərində leksik, semantik və üslubi məna cəhət-
dən şərh etmişdir. Dilçilik tarixində sabit birləşməyə bu
şəkildə yanaşmaq tamamilə yeni idi. Ş.Ballinin nəzəriyyəsi
frazeologiyanın inkişafına böyük təsir göstərmişdir.
1920–30-cu illərdə frazeologiya problemlərinə həm
sovet, həm də digər ölkə dilçiliyində bir sıra əsərlər həsr
olunmuşdur. Həmin əsərlərdə sabit birləşmələrin bu və ya
digər cəhətlərinin aydınlaşdırılması ilə yanaşı, təsnifinə də
xüsusi cəhd edilmişdir.
Rus dilçiliyində frazeologiya məsələlərinə dair ilk
dəfə 1931-ci ildə Y.D.Polivanov fikir söyləmişdir. O, fra-
zeologiyaya xüsusi əhəmiyyət verərək demişdir ki, fraze-
ologiyanın leksikologiyaya münasibəti sintaksisin morfo-
logiyaya olan münasibəti kimidir. 1936-cı ildə S.İ.Abaku-
mov “Sözlərin sabit birləşmələri” adlı məqaləsində sabit bir-
ləşmələri idiomatika və frazeologiya adı altında iki qrupa
ayırmışdır. Abakumova görə, tərcümə edilməyən, mə na
bütövlüyü olan, leksik və sintaktik cəhətdən bölünmə yən,
sabit söz sırasını mühafizə edən bütün birləşmələr idio-
matikaya aiddir. Ədəbi sitatlar, şablonlar, ştamp xarak terli
bir ləşmələr frazeologiyaya məxsusdur. Buraya aid olan va-
hidlərin komponentləri məna müstəqilliyini az itirir. Həm-
çinin bu tipli vahidlər bir sözün ekvivalenti ola bilmir. Bu
bölgü frazeologiyanı düzgün təsəvvür etməyə heç cür im-
kan vermir.
Dilçiliyin tarixində frazeologiyanın leksikologiya çər-
çivəsindən çıxıb tam müstəqil şöbə kimi formalaşmasında
V.V.Vinoqradovun xidmətləri çox böyük olmuşdur. Onun
1
Ş.Balli. Fransız üslubiyyatı. 1909, rusca tərcüməsi, 1961.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
225
1940-cı illərin sonunda çap olunmuş əsərlərində rus dilinin
frazeologiyası elmi aspektdə şərh edilmişdir.
Ümumiyyətlə, V.V.Vinoqradovun frazeologiya kon-
sepsiyası frazeologiyanı dərindən dərk etməyə kömək
etmiş və tədqiqatın istiqamətini bu sahəyə yönəltmişdir.
1950–60-cı illərdə frazeologiya sahəsində ciddi tədqiqat-
lar aparılmış və o, dilçiliyin xüsusi şöbəsi kimi fərqlən-
dirilmişdir
1
. 1960-cı illərdən frazeologiya nəzəriyyəsində
bir neçə istiqamət yaranmış, frazeoloji məsələlər ayrı-ayrı
mövqelərdən şərh edilməyə başlanılmışdır.
XX əsrdə frazeologiyanın inkişafı tam yeni istiqamət
almışdır. Dilçilər frazeologiyaya dair tədqiqat sahəsində
böyük işlər görmüşlər. Rus, ukrayn, gürcü, özbək, qazax,
türkmən və s. dillərin frazeoloji sistemi yeni metodlarla
tədqiq edilmişdir. Azərbaycan dilinin də frazeoloji sistemi
tədqiqat obyektinə çevrilmişdir
2
.
Frazeologiyanın mübahisəli məsələlərindən biri onun
Dostları ilə paylaş: |