Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
205
onomastik vahidlər dilin leksik, qrammatik materialların-
dan törədiyinə görə lüğət tərkibinin ayrılmaz bir bölməsi
kimi tədqiq edilməlidir.
Onomalogiyanın obyekti olan xüsusi adlar dilin lü-
ğət tərkibinin bir hissəsidir.
Dilin sistemində bunlann
özünəməxsus yeri vardır. Dildə ayrıca lay təşkil edən ono-
mastik vahidlər əlamət və xüsusiyyətlərinə görə başqa lü-
ğəvi materialdan aydın şəkildə seçilir. Eyni zamanda, bun-
ların özləri
də daxilən müəyyən qruplar, sistemlər təşkil
edir. Bu cəhət nəzərə alınaraq xüsusi adlar təsnif olunur.
Dildəki xüsusi adların əlamətləri çoxdan alimlərin diqqə-
tini cəlb etmişdir. Hələ antik dövrün mütəfəkkirləri dilin lüğət
tərkibini iki yerə bölərək ümumi sözləri və xüsusi adları müəy-
yənləşdirmiş, xüsusi adlara
aid fikirlər söyləmişlər
1
.
Qədim dövrün tədqiqatçıları Misir mətnlərindən
xüsusi coğrafi adları seçmiş, onların təsnifini vermişlər.
Onomastik materialın tədqiqi ayrı-ayrı
dövrlərdə diqqət
mərkəzində durmuşdur.
Lakin onomastik leksikaya olan elmi maraq daha çox
XIX əsrdə güclənmişdir. Bu əsrdən etibarən istər Asiya-
da, istərsə də Avropanın bir sıra ölkələrində xüsusi adlara
aid
onlarca elmi-tədqiqat işləri, izahlı lüğətlər meydana
çıxmışdır.
XIX əsrin ortalarından xüsusi
adlarla təkcə dilçilər
deyil, tarixçilər və coğrafiyaşünaslar da məşğul olmuşlar.
XIX əsrin axırlarında xüsusi adlardan toponimlər diqqəti
daha çox cəlb etmişdir. Bu növ leksik kateqoriyanın öyrə-
nilməsi məqsədilə elmi cəmiyyətlər və xüsusi komissiyalar
yaradılmışdır. Əsrin sonunda Qafqazda da bu sahədə çox-
lu material toplanılmışdır
2
.
1
А.В.Суперанская. Общая теория имени собственного. M., 1973, с. 45-49.
2
Сборник материалов для описания местностей и племен Кавказа. Тифлис, 1880–1893.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
206
XX əsrin əvvəllərindən Rusiyada, İngiltərədə, Fran-
sada, Almaniya və başqa ölkələrdə xüsusi adların tədqiqi
ilə dərin və ətraflı məşğul olunmağa başlanmışdır. İngi-
lis alimi Allan Qardiner 1940-cı ildə Londonda çap olun-
muş
“Xüsusi adlar nəzəriyyəsi” adlı əsərində
1
məsələnin
tarixinə müraciət etdikdən sonra xüsusi adların təsnif və
təsviri məsələlərindən bəhs etmişdir.
Keçmiş sovet ölkəsində onomastik tədqiqatlar xüsu-
si olaraq inkişaf etdirilmişdir. Xüsusi adların (istər xüsu-
si şəxs adlarının, istərsə də xüsusi coğrafi adların) tədqiqi
hətta bir sıra dilçilik institutlarında elmi iş planına daxil
edilmişdir. Bunun da nəticəsində XX əsrin II yarısında
sovet xalqlarının dillərindəki
xüsusi adlara dair elmi
əsərlərin, lüğətlərin sayı nəzəri cəlb edəcək dərəcədə
çoxalmışdır. Rus alimlərindən V.A.Nikonov, A.A.Refor-
matski, B.A.Serebrennikov, A.V.Superanskaya və başqa-
ları xüsusi adlara aid problemlərin bir sıra məsələlərini
işıqlandırmışlar. A.Superanskaya
“Xüsusi adların ümu-
Dostları ilə paylaş: