1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə113/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   109   110   111   112   113   114   115   116   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

6.02. LEKSİKOLOGİYA ŞÖBƏSİ
Dilin leksik sistemini öyrənən şöbəyə leksikologiya deyi-
lir. Leksikologiya termini yunan mənşəli olub, “sözlər” mə-
nasını bildirən lexikos və “təlim”, “nəzəriyyə” anlayışı ifa-
də edən logos vahidlərinin birləşməsindən əmələ gəlmişdir.
Leksikologiya şöbəsinin mövzu dairəsi hələ də mü-
bahisəlidir. Konkret olaraq leksikologiyanın nədən bəhs 
etməsi, nələri əhatə etməsi dilçilər tərəfindən müxtəlif şə-
kildə şərh olunur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
200
Məlumdur ki, leksikologiya sözləri öyrənir. Lakin 
başqa şöbələrdən fərqli olaraq, burada söz təklikdə izah olu-
nur. Bu şöbə sözün mahiyyətini, leksik sistemdə möv qe yini, 
onların qruplarını tədqiq edir. Eyni zamanda, bura da dilin 
söz ehtiyatı, leksik tərkibin inkişaf tarixi də aydınlaşdırılır.
Dilçiliyin tarixindən məlum olur ki, bu və ya başqa 
dilin leksik vahidlərinin nəzəri-leksikoloji aspektdə təd-
qiqinə əvvəllər bir o qədər əhəmiyyət verilməmişdir. Buna 
görə də son zamanlara qədər bu şöbə nisbətən zəif inki-
şaf etmişdir. Ümumiyyətlə, leksikologiya məsələlərinə, 
əsasən, leksikoqrafiya işlərində bu və ya digər münasibətlə 
toxunulmuşdur.
Leksikologiya problemləri müasir dilçiliyin də ən ak-
tual məsələlərinə çevrilmişdir. Bu məsələlərə xüsusilə XX 
əsr dilçiliyində daha çox fikir verilmiş və böyük tədqiqat 
işləri aparılmışdır. Dünya xalqlarının dillərinin, demək 
olar ki, əksəriyyətinin leksik sistemi elmi əsasda müəyyən 
dərəcədə araşdırılıb tədqiq olunmuşdur. Böyük işlər apa-
rılmasına baxmayaraq, dünya dilçiliyində hələ də leksiko-
logiyanın başlıca problemi – söz problemi lazımi səviyyədə 
işıqlandırılmamışdır. Ümumiyyətlə, dilçilik elmində söz 
nədir sualına vahid və ümumməqbul cavab yoxdur. Eləcə 
də sözlə bağlı daha bir sıra leksikoloji problemlər indi də 
öz geniş həllini gözləyir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin