Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
196
bir dilin özünəməxsus sait və samitlər sistemi vardır. Bu sis-
temdə sait və samitlər keyfiyyətcə sonsuz dərəcədə müxtə-
liflik təşkil edir. Məsələn, ərəb, fars dilləri üçün uzun saitlər
xarakterik olduğu halda, Azərbaycan dilində saitlər bu cür
səciyyəvi deyildir. Buna görə də Azərbaycan dili leksikasın-
da uzun saitlər olan sözlər alınma hesab edilir.
Ümumiyyətlə, dilin fonemlər sistemi onun mənşəyi-
nin tədqiqində çox mühüm rol oynayır.
3. Fonemin zəif və qüvvətli mövqeyi
Tələffüz prosesində sait və samit fonemlərin fiziolo-
ji-akustik keyfiyyətcə öz mövqeyini saxlaması
və ya itir-
məsi kimi fonetik hadisə də mövcuddur. Bu, saitlərdən
daha çox samitlərə aiddir. Fonemlərin qüvvətli mövqeyi,
əsasən, vurğulu hecada sözün
əvvəlində gələn samit fo-
nemlərin tələffüzündə özünü göstərir.
Fonemlərin zəif mövqeyi dedikdə,
sait və samit fo-
nemlərin tələffüzündə öz yerini fizioloji-akustik keyfiy-
yətcə başqa fonemə verməsi nəzərdə tutulur. Azərbaycan
dilində bu, samitlərin əvəzlənməsində özünü göstərir.
Məsələn,
qonaq, yarpaq, dörd, mürəkkəb, toqqa və s. sözlərdə
q-x, d-t, k-g əvəzlənmə fonemlərin
mövqeyinə misal ola
bilər. Dünya dillərində bu fonetik hadisə müxtəlif forma-
da özünü göstərir. Məsələn, rus və alman dillərində söz
sonunda kar və cingiltili samit fonemlər, bir qayda olaraq,
zəif mövqeyə malikdir. İngilis və fransız dillərində isə ək-
sinə, söz sonundakı
samitlər güclü mövqe tutur
1
.
Dostları ilə paylaş: