1. ÜMumi DİLÇİLİk I indd


heca adlanır. Bu cür hecalar ancaq bir sait səsdən  ibarət olur. Məsələn: a-na, ə-mi, a-ta



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə112/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   108   109   110   111   112   113   114   115   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

heca adlanır. Bu cür hecalar ancaq bir sait səsdən 
ibarət olur. Məsələn: a-na, ə-mi, a-ta və s.
2. Saitlə başlayıb samitlə bitən hecalar örtüsüz qapalı 
heca adlanır. Məsələn: aş-paz, əs-kik, Əh-məd və s. 
sözlərdəki birinci hecalar bu tiplidir.
3. Samitlə başlayıb saitlə bitən hecalar örtülü açıq heca 
adlanır. Məsələn: Me-şə, də-rə, tə-pə, su, ha-va və s.
4. Samitlə başlayıb samitlə bitən hecalar örtülü qapalı 
heca adlanır. Məsələn: dam, nar, top, sap, qab və s.
Heca bölgüsündə də dünya dillərində fərqli cəhətlər 
özünü göstərir. Məsələn, Azərbaycan dilində qoşasamit-
li sözlərdə heca bölgüsü qoşa samitlərin arasına düşür. 
Məsələn: qüs-sə, bən-na, tə-sər-rü-fat, saq-qal, baq-qal, 
mü-əl-lim və s. Ancaq rus, fransız dillərində qoşa samitlər 
heca bölgüsündə bir hecanın tərkibində qalır. Məsələn: rus 
dilində a-kter, o-kno, pa-tron və s.
7. Vurğu
Dil vahidlərindən olan səsin, hecanın və ya sözün 
tələffüz prosesində daha qabarıq nəzərə çatdırılması üçün 
onların qüvvətli, yüksək tonla səslənməsi vurğu adlanır. 
Məşhur rus alimi Trubetskoy haqlı olaraq vurğunu heca-
nın zirvəsi adlandırır. 
Vurğusuz dil yoxdur. Çünki danışıq prosesində insan 
məqsəddən asılı olaraq səsin tonundan qeyri-bərabər şə-
kildə istifadə edir. Dünya dillərinin bir qismində, məsələn, 
çex, latın, macar dillərində vurğu, bir qayda olaraq, sözün 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
199
ilk hecalarına düşür. Türk dillərinin əksəriyyətində, Avro-
pa dillərindən fransız dilində vurğu, əsasən, sözün sonun-
cu hecası üzərinə düşür.
8. Vurğunun növləri
Dilçilikdə müxtəlif prinsiplərə görə vurğu növləri 
göstərilir. Bunlardan biri obyektə görə vurğu növləridir:
a) heca vurğusu, b) söz vurğusu, c) ibarə vurğusu. Heca 
vurğusu bir söz daxilində bir hecanın o birinə nisbətən qüv-
vətli tələffüzünə deyilir. Söz vurğusu bütövlükdə bir sözün 
yüksək tonla tələffüzünə deyilir. Belə halda eyni bir sözdə 
həm heca vurğusu, həm də söz vurğusu birləşir. İbarə vur­
ğusu müəyyən bir ibarənin daha qabarıq nəzərə çatdırıl-
ması zamanı istifadə olunan fonetik vasitəyə deyilir.
Bunlardan başqa, dilçilikdə vurğunun işlənmə yerinə görə 
də iki növü göstərilir: sərbəst vurğu, sabit vurğu. Elə dillər var ki, 
orada vurğu sabit şəkildə özünü göstərir. Yəni vurğu, bir qayda 
olaraq, ya sözün ilk hecasında, ya da son hecasında işlənir. Elə 
dillər də vardır ki, sözdə vurğu müxtəlif hecalar üzərinə düşür. 
Məsələn, rus dilində sərbəst vurğu geniş yayılmışdır. Azərbay-
can dilində vurğu, əsasən, söz sonundakı heca üzərində olur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin