1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə106/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   102   103   104   105   106   107   108   109   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Ümumi dilçilik. Dilin və dillərin ümumi nəzəriyyələ-
rini əhatə edən dilçilik sahəsi ümumi dilçilik adlanır. Dil 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
188
haqqında ümumi təlim dil qruplarının elmi tədqiqi və təs-
viri üzərində yaranır. Dilin ümumi cəhətləri, onların təd-
qiqində tətbiq edilən metodlar, dilin mahiyyəti, təbiəti, 
mənşəyi, dillərin təsnifi məsələlərinin nəzəri əsasları, yazı 
nəzəriyyələri ümumi dilçiliyin mövzusunu təşkil edir. XX 
yüzillikdə ümumi dilçilik sürətlə inkişaf etmiş, dillərin bir 
sıra qanunlarına dair ümumiləşdirmələr aparılmışdır.
ÜMUMİ DİLÇİLİKLƏ XÜSUSİ DİLÇİLİK
ARASINDA QARŞILIQLI ƏLAQƏ VƏ TƏSİR
Dünya alimləri ümumi və xüsusi anlayışlarını şərh 
edərkən bunlar arasında əlaqə olduğunu müəyyənləş-
dirmişlər.
Ümumi ilə xüsusi arasında möhkəm dialektik əlaqə 
ümumi dilçiliklə xüsusi dilçilik arasında da mövcuddur. 
Hər şeydən əvvəl, ümumi dilçilik bu və ya digər məsələni 
həll edərkən xüsusi dilçiliklərin nailiyyətlərinə, elmi nə-
ticələrinə əsaslanır
1
. Ümumi dilçiliyin inkişafı xüsusi dil-
çiliklərin tərəqqisi ilə bağlıdır. Buna görə də ayrı-ayrı dil-
lərin və dil qruplarının geniş və ətraflı tədqiqi zəminində 
ümumi dilçilik də böyük sürətlə inkişaf yolu keçir.
Xüsusi dilçiliklərin inkişafı üçün də ümumi dilçiliyin 
böyük təsiri olur. Ümumi dilçiliyin bir sıra müddəaları xü-
susi dilçilikdə istifadə edilərkən onun elmi-nəzəri və elmi- 
fəlsəfi əsaslarını daha da dərinləşdirir və möhkəmləndirir. 
Xüsusi dilçilikdə ümumi dilçiliyin hazırladığı müasir elmi 
prinsiplərdən, priyomlardan, faydalı metodlardan geniş 
istifadə olunur. Bunun da nəticəsində xüsusi dilçilik öz işi-
ni ümumi elmin müasir səviyyəsində qura bilir.
1
Б.И.Косовский. Общее языкознание. Минск, 1969, с. 8.


189
1
Ф.М.Березин. История лингвистических учений. M., 1975, c. 172.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin