Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
187
Dilçiliyin nəzəri və tətbiqi sahələrinin biri digəri üçün
zəruridir. Məsələn, müasir dövrdə dil haqqında
elmin
sahəsi kimi tətbiqi dilçilik dilçiliyin ümumnəzəri əsasları
ilə bağlı olub, ondan asılıdır. Dilçiliyin
bu iki sahəsi bir-bi-
rini tamamlayır.
5.03. XÜSUSİ VƏ ÜMUMİ DİLÇİLİK
Dilçilik elmi
“xüsusi” və
“ümumi” terminlərinin ifadə
etdiyi anlayışlara müvafiq olaraq iki sahəyə bölünür:
xüsu
si dilçilik sahəsi və
ümumi dilçilik sahəsi.
Dilçiliyin bu sahələrinin
də hər birinin müəyyən
məqsədi vardır.
Xüsusi dilçilik. Konkret bir dilin və ya dil qrupunun
elmi tədqiqi ilə
məşğul olan dilçilik sahəsi xüsusi dilçilik
adlanır. Məlum olduğu kimi, dünya dillərinin hər biri, tə-
bii olaraq,
xüsusi cəhətlərə malikdir, bu, onları
bir-birin-
dən fərqləndirir. Xüsusi dilçiliklər belə məxsusi cəhətlərin,
qanunların tədqiqi əsasında meydana gəlir.
Bir dilin təd-
qiqilə bağlı yaranan dilçilik həmin dilin adı ilə adlandırılır;
məsələn, Azərbaycan dilinin öyrənilməsi ilə bağlı Azər-
baycan dilçiliyi, gürcü dili ilə əlaqədar gürcü dilçiliyi və s.
Yuxarıda deyildiyi kimi, xüsusi dilçilik ayrı-ayrı qohum dil
qrupları ilə də məşğul olur. Belə olduqda tədqiq edilən dil
qrupu və ya dil ailəsinin adına uyğun olaraq xüsusi dilçilik
adı yaranır. Məsələn, türk dilləri qrupunu öyrənən
türkoloji
dilçilik, slavyan dilləri qrupu ilə məşğul olan
slavyan dilçiliyi
və s. Ayrı-ayrı dillərin, yaxud dil qruplarının elmi cəhətdən
öyrənilməsi əsasında yaranmış hər bir xüsusi – milli dilçilik
inkişaf etdikcə dünya dilçiliyinin faktları kəmiyyətcə artır.
Dostları ilə paylaş: